Məhkəmə qərarları › İş №2(041)-701/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-701/2023

25.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-701/2023 25.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi Cəbiyev Yaşar İlham oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, *3.09.*986-ci ildə anadan olmuş əri X2 xx.xx.2022-ci ildə Kürdəmir şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi iddia tələblərini müdafiə edərək izahatında göstərdi ki, mərhum X4 onun Əridir. Asimlə 02.04.20*0-cu ildə ailə həyatı qurmuşalr. Onların birgə nikahlararından iki uşaqları anadan olmuşdur. Asimlə 2022-ci ilin sentyabr ayında ər-arvad münasibətlərində yaşaıblar. Asim xx.xx.2022-ci il tarixdə gecə saatlarında evdən çıxmış, lakin evə qayıtmamışdır. Səhəri gün ona məlumat vermişlər ki, bir nəfər şəxs küçədə ölmüşdür. Həmin əraziyə gedərəkən həmin şəxsin əri Asim olduğu məlum olmuşdur. Onun ölümü ilə bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılıb. Arışdırmanıən nəticəsi olaraq Asimin ürək tutumasında vəfat etdiyi məlum olmuşdur. Bununla bağlı 08.*0.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Bundan sonra Asimin ölümü ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin Asimin ölümü barədə Qeydiyyat şöbəsində heç bir akt qeydi aşkar olunmamışdır. Hazırda uşaqlarına ailə başçısını itirməyə görə sosial müavinət alınmalıdır. Lakin Asimin ölüm haqqında şəhadətnaməsi olmadığı üçün həmin hüquqdan məhrum olmuşdur. Ərizəçi məhkəmədən ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Ərizəçi onun qızıdır. X*3 20*0-cu ildə ailə həyatı qurublar. Onların birgə nikahlarında iki uşaqları var. Asimlə Gülər 2022-ci ilin sentyabr ayına kimi ər-arvad münasibətlərində yaşayıblar. xx.xx.2022-ci il tarixdə Gülkər ona zəng vuraraq Asmin evə gəlməsiyini bildirmişdir. Onu axtarsalarda tapa bilməmişlər. Səhəri gün ona məlumat vermişlər ki, Asim küçədə ölüb. Asim ölüm ilə bağlı Kürdəmir rayon prokururluğunda araşdırma aparılmışdır. Araşdırmanın nəticəsi olaraq Asimin ürək tutmasında öldüyü məlum olmuşdur. Asimi Kürdəmir rayon Xırdapay kənd qəbirstanlığında dəfn etmişlər. Lakin onun ölüm barədə heç bir yerə müraciət etməmişlər. Məhkəmə iclasında dindirilmiş şahid X5igər şahid X8 ilə eyni məzmunda ifadə verərək X2 xx.xx.2022-ci ildə vəfat etdiyini və onun Kürdəmir rayon, Xırdapay kənd qəbristanlığında dəfn edildiyini təsdiq etdi. İşə əlavə olunmuş, nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X2 nikahları 02.04.20*0-cu il tarixdə Kürədmir rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. İşə əlavə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08.*0.2022-ci il tarixli qərarın surətindən görünür ki, X2 ölümü ilə bağlkı cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə olunmuş, Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş *0.05.2023-cü il tarixli, 3- *6-5/8-*0-334/2023 nömrəli məktubdan görünür ki, X2 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmiş və ona rayon məhkəməsinə müraciət etməsi izah edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizə a.ağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mərhum X4 Ərizəçi əridir. Asim xx.xx.2022-ci ildə vəfat etmişdir. X* Xılrdapay kənd qəbristanlığında dəfn etmişlər. Asimin ölməsi barədə sənəd almamışlar. Sonradan rayon xəstəxanasına müraciət edib ona ölüm haqqında sənəd almaq istəsələr də, mərhum Asimin ölməsi barədə heç bir sənəd əldə edə bilməmişlər. Asimin doğumu qeyd edildiyinə görə onlar vərəsəlik qaydasında heç bir əməliyyat apara bilmirlər. Belə ki, ərizəçi ailə başçısını itirməyə görə uşaqlarına sosial yardım ala bilmir. Bununla bağlı dövlət orqanlarına, o cümlədən Maraqlı şəxsnə müraciət etmiş və Qeydiyyat şöbəsində əri Asimin ölümünün qeyd edilmədiyini bildirib ona məhkəməyə müraciət etməsini izah etmişlər. X2 ölümü ilə bağlı sənədi başqa cür əldə etmək mümkün olmamışdır. X2 xx.xx.2022-ci ildə ölməsi və onun Xırdapay kənd qəbristanlığında dəfn edilməsi ərizəçinin özünün izahatı və iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun*2 aprel 20*9-cu il tarixli 3 nömrəli qərarının *.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.*-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Hazırki iş üzrə ərizəçi *3.09.*986-ci ildə anadan olmuş əri X2 xx.xx.20229-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən, o cümlədən Maraqlı şəxs *0.05.2023-cü il tarixli, məktubunda X2 ölüm haqqında akt qeydinin Maraqlı şəxsndə aşkar edilmədiyi göstərilmişdir. Başqa sözlə, *3.09.*984-cü ildə anadan olmuş X2 xx.xx.2022-cu ildə ölməsi faktının dövlət qeydiyyatı orqanlarında qeydə alınmasından imtina edildiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *3.09.*989-cu il tarixdə Kürdəmir rayonu Xırdapay kəndində anadan olmuş X2 xx.xx.2022-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *3.09.*986-ci il tarixdə Kürdəmir rayonu Xırdapay kəndində anadan olmuş X2 xx.xx.2022-ci il tarixdə Kürdəmir rayonunun Xıldapay kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən * (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar