Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-709/2025 07.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci il tarixdə doğulmuş əri X7 xx.xx.2004-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, mərhum X9 onun hayat yoldaşıdır. Əri Azad xx.xx.1955-ci ildə doğulmuş və xx.xx.2004-ci ildə vəfat etmişdir. O, Ağsu rayon, Hacıqədirli kənd qəbirstanlıqda dəfn edilmişdir. Əri Azadın ölümü haqqında heç bir sənəd almamışdır. Daha sonra Qeydiyyat və rayon xəstəxanasına müraciət etsələr də onun ölümü barədə sənəd əldə edə bilməmişlər. Onun doğumu dövlət orqanında qeydiyyata alındığı üçün bu gün DSNF bağlı təqaüdlə bağlı heç bir əməliyyat apara bilmirlər. Bununla bağlı dövlət orqanlarına və o, cümlədən qeydiyyat şöbəsinə müraciət etdikdən sonra ona bildirmişlər ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət etməlidir. O, da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ərizəçi onun qaynanasıdır. Ərizəçinin əri Azad xəstə olduğu üçün ölmüş, onları kənd camaatı Ağsu rayon Hacıqədirli kənd qəbirstanlığında dəfn etmişlər. O, ailə həyatı quranda artıq Azad ölmüşdür. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində göstərdi ki, ərizəçi ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunda yaşamışlar. 2004-cü il noyabr ayında bələdiyyə üzvü kimi işləmişdir. O zaman Azad artıq xəstə olduğu üçün Bakıda xəstəxanada müalicə olunurdu. Bir neçə gündən sonra isə o ölmüşdür. Onu Ağsu rayon Hacıqədirli kənd qəbiristanlığında ata və anasının yanında dəfn etmişdilər. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərdi ki, Ərizəçi onun bibisidir. Ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunda yaşamışlar. Bibisinin əri həbsxanada olan zaman vəziyyəti pisləşmiş və onu Bakıya, xəstəxanaya aparmışlar. Bir neçə gün sonra o, xəstəlikdən ölmüşdür. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-10-3xx-xx/2024 nömrəli məktubundan müəyyən olunur ki, X7 ölüm faktının qeydə alınması ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün mümkün olmadığından imtina edilərək, Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ölüm epikrizinin surətindən görünür ki, 1955-ci il təvəllüdlü, məhkum X9 xx.xx.2004-cü il tarixdə ƏN PX 10 saylı Cəzaçəkmə müəssisəsindən “Ağciyər vərəmi” diaqnozu ilə İxtisaslaşdırılmış müalicə müəssisəsinə (İMM) daxil olmuşdur. Aparılan bütün tibbi tədbirlərə baxmayaraq xəstənin ümumi vəziyyəti proqressiv olaraq pisləşmiş və xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Son klinik diaqnoz: “Hər iki ağciyərin infiltrativ vərəmi, dağılma mərhələsində VM (-) neqativ” təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Ərəbsarvan bələdiyyəsinin sədri-Xumar Ələkbərova, Ərəbsarvan bələdiyyəsinin işçisi-Əmiraslan Əsədullayev, Hacıqədirli kənd sakini-Ənvər Həmidov və Hacıqədirli kənd sakini-Süleyman Behbudov tərəfindən imzalanmış aktdan görünür ki, Ağsu rayonu Hacıqədirli kəndində 1955-ci ildə doğulmuş mərhum X9 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Onlar Ağsu rayon Hacıqədirli kənd qəbirsanlığında mərhumun qəbirinə baxış keçirmişlər. Həqiqətən məzar daşının üzərinə mərhumun ölüm tarixi xx.xx.2004-cü il qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 245 nömrəli arayışından görünür ki, həqiqətən 1955-ci il təvəllüdlü X9 xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1955-ci ildə doğulmuş X7 xx.xx.2004-cü il tarixdə ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci ildə doğulmuş X7 xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Müəssisəsinin X1 “Hər iki ağciyərin infiltrativ vərəmi, dağılma mərhələsində VM (-) neqativ” diaqnozundan ölməsi faktı müəyyən edilsin. X3 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. . Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-709/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-709/2025
07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver