Məhkəmə qərarları › İş №2(041)-734/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-734/2023

23.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-734/2023 23.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X*6 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Ərizəçi nun iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, *5.03.*0994-cü ildə anadan olmuş X* xx.xx.2009-cu ildə kürdəmir şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə tələb onunla əsaslandırılmışdır ki, mərhum X5 onun qardaşıdır. Qardaşı *5.03.*994cü ildə Kürdəmir rayon Sığırlı kəndində anadan olmuşdur. Mərhum qardaşı X5 5.02.2009-cu ildə vəfat etmişdir.X9 kənd qəbirstanlığında dəfn etmişlər. Qardaşı Şəmistanın ölümü ilə bağlı heç bir qeydiyyat aparılmamışdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin İlahənin ölümü barədə Qeydiyyat şöbəsində heç bir akt qeydi aşkar olunmamışdır. Hazırda mülkiyyətlərində olan pay torpaq sahəsini sənədləşdirmək istəyirlər. Lakin qardaşı Şəmistanın ölümü ilə bağlı sənəd olmadığı üçün pay torpaq sahəsini sənədləşdirə bilmirlər. X* ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Məhkəmə iclasında ərizəçi ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi və X5 onun oğludur. X5 mərhum əri X7 birgə nikahlarından *5.03.*994-cü ildə doğulmuş, Şəmistan *5 yaşında olarkən həyətdə olan ot tayasının üstündən yıxılaraq boynu qırılmış və aldığı xəsarətlərdən dünyasını dəyişmişdir. Onu kənd camaatı ilə birlikdə Sığırlı kənd qəbristanlığında dəfn etmişlər. Lakin onun ölüm barədə heç bir yerə müraciət etməmişlər. Məhkəmə iclasında dindirilmiş şahid X*2 və Cavadov Hicran Qubat oğlu X6 ilə eyni məzmunda ifadə verərək X3 xx.xx.2009-cu ildə vəfat etdiyini və onun Kürdəmir rayon, Sığırlı kənd qəbristanlığında dəfn edildiyini təsdiq etdi. İşə əlavə olunmuş, Kürdəmir rayon Sığırlı kənd sovetliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 *5.03.*994-cü il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş və Kürdəmir rayonu Sığırlı kənd üzrə İcra nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X5 xx.xx.2009-cu ildə vəfat etmişdir. İşə əlavə olunmuş, Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-*6- 5/8-*0-*35/2023 nömrəli məktubdan görünür ki, X3 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmiş və ona rayon məhkəməsinə müraciət etməsi izah edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizə a.ağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mərhum X5 Ərizəçi qardaşıdır. Şəmistan *5.032.*994-cü ildə doğulmuş və xx.xx.2009-cu ildə vəfat etmişdir. X2 Sığırlı kənd qəbristanlığında dəfn etmişlər. Şəmistanın ölməsi barədə sənəd almamışlar. Sonradan kənd və rayon xəstəxanasına müraciət edib ona ölüm haqqında sənəd almaq istəsələr də, mərhum Şəmistanın ölməsi barədə heç bir sənəd əldə edə bilməmişlər. Ş.Şəmiyevin doğumu qeyd edildiyinə görə onlar vərəsəlik qaydasında heç bir əməliyyat apara bilmirlər. Belə ki, pay torpaq sahələrində Şəmistanın adı oluğu üçün həmin sənədi öz adlarına sənədləşdirə bilmir. Bununla bağlı dövlət orqanlarına, o cümlədən Maraqlı şəxsnə müraciət etmiş və Qeydiyyat şöbəsində qardaşı Şəmistanın ölümünün qeyd edilmədiyini bildirib ona məhkəməyə müraciət etməsini izah etmişlər. X3 ölümü ilə bağlı sənədi başqa cür əldə etmək mümkün olmamışdır. X3 xx.xx.2009-cu ildə ölməsi və onun Sığırlı kənd qəbristanlığında dəfn edilməsi ərizəçinin özünün izahatı və iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun*2 aprel 20*9-cu il tarixli 3 nömrəli qərarının *.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.*-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Hazırki iş üzrə ərizəçi *5.03.*994-cu ildə anadan olmuş X* xx.xx.2009-cu ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən, o cümlədən Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, məktubunda X3 ölüm haqqında akt qeydinin Maraqlı şəxsndə aşkar edilmədiyi göstərilmişdir. Başqa sözlə, *5.03.*994-cü ildə anadan olmuş X3 xx.xx.2009-cu ildə ölməsi faktının dövlət qeydiyyatı orqanlarında qeydə alınmasından imtina edildiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *5.03.*994-cü il tarixdə Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş X3 xx.xx.2009-cu il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. *5.03.*994-cü il tarixdə Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş X3 xx.xx.2009cu il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən * (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar