Məhkəmə qərarları › İş №2(041)-75/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-75/2023

27.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-75/2023 27.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Kürdəmir rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 25.04.*97*-ci il tarixdə Kürdəmir rayonunun Söyüdlər kəndində anadan olmuş bacısı X4 *3.*0.20*4-cü il tarixdə Kürdəmir rayonunun Söyüdlər kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, mərhum bacısı X** 25.04.*97*-ci il tarixdə Kürdəmir rayonunun Söyüdlər kəndində anadan olmuşdur. Mərhum bacısı Sənubər *3 oktyabr 20*4-cü il tarixdə ölmüş və onu Söyüdlər kəndinin qəbristanlığında dəfn etmişlər. Sənubərin ölümü onlara çox pis təsir etdiyinə görə ona həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda ailələrinə vacib olan bəzi sənədləşmə işlərinin aparılması üçün mərhum bacısı X4 ölümü haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu məqsədlə o, Kürdəmir rayon Qeydiyyat şöbəsinə müraciət edib mərhum bacısı X4 ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Kürdəmir rayon Qeydiyyat şöbəsində bacısı Sənubərin ölümünün qeyd edilmədiyini bildirib ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müractət etməsini izah edib, bu barədə məktub vermişlər. Mərhum bacısı X4 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ona görə də 25.04.*97*-ci il tarixdə Kürdəmir rayonunun Söyüdlər kəndində anadan olmuş bacısı X4 *3.*0.20*4-cü il tarixdə Kürdəmir rayonunun Söyüdlər kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə maraqlı şəxs Kürdəmir rayon Qeydiyyat şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında dindirilmiş şahid X*2 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşının qaynıdır. X2 onların gəlini olmuşdur. Mərhum uzun müddət xəstə olmuş və *3.*0.20*4-cü il tarixdə xəstəlikdən ölmüşdür. Sənubər öləndən sonra onu yaşadıqdları Söyüdlər kəndinin qəbristanlığında dəfn etmişlər. O, yaxın qohum kimi mərhum Sənubərin dəfnində və bütün yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X* Eldar Qəhrəman oğlu ilə eyni məzmunda ifadə verib, X7 *3.*0.20*4-cü il tarixdə öldüyünü və onu Kürdəmir rayonunun Söyüdlər kəndinin qəbristanlığında dəfn etdiklərini bildirdi. İş materiallarına əlavə edilmiş 08.05.*97*-ci il tarixli, AZ-*998792 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X** 25.04.*97*-ci il tarixdə Kürdəmir rayonunun Söyüdlər kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Köhünlü kənd İƏD üzrə nümayəndəliyi Ərizəçi vnrilmiş *6.*2.2022-ci il tarixli, 583 nömrəli arayışdan görünür ki, onun mərhum bacısı X4 qəbrinin baş daşında adı, soyadı səhv olaraq X5 qeyd olunub, əslində isə X8r. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi göndərilmiş *6.*2.2022-ci il tarixli, 2/670 nömrəli məktubdan görünür ki, onun 25.04.*97*-ci il təvəllüdlü bacısı X4 ölümü haqqında akt qeydi Kürdəmir rayon Qeydiyyat şöbəsində aşkar olunmamış və ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi mərhum bacısı X** 25.04.*97*-ci il tarixdə Kürdəmir rayonunun Söyüdlər kəndində anadan olmuşdur. Mərhum bacısı Sənubər *3 oktyabr 20*4-cü il tarixdə ölmüş və onu Söyüdlər kəndinin qəbristanlığında dəfn etmişlər. Sənubərin ölümü onlara çox pis təsir etdiyinə görə ona həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda ailələrinə vacib olan bəzi sənədləşmə işlərinin aparılması üçün mərhum bacısı X4 ölümü haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu məqsədlə o, Kürdəmir rayon Qeydiyyat şöbəsinə müraciət edib mərhum bacısı X4 ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Kürdəmir rayon Qeydiyyat şöbəsində bacısı Sənubərin ölümünün qeyd edilmədiyini bildirib ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müractət etməsini izah edib, bu barədə məktub vermişlər. Mərhum bacısı X4 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ərizəçinin 25.04.*97*-ci il təvəllüdlü bacısı X4 *3.*0.20*4-cü il tarixdə Kürdəmir rayonunun Söyüdlər kəndində ölməsi özünün izahatı, həmçinin iş üzrə dindirilmiş şahidlər X*2 və X3 ifadələri ilə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli, 25.04.*97*-ci il təvəllüdlü X4 *3.*0.20*4-cü il tarixdə Kürdəmir rayonunun Söyüdlər kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25.04.*97*-ci il təvəllüdlü X4 *3.*0.20*4-cü il tarixdə Kürdəmir rayonunun Söyüdlər kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar