Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-756/2025 17.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X14 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1994-cü il tarixdə anadan olmuş X3 xx.xx.2003-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, 1963-cü ildə Kürdəmir rayonunda anadan olub. 1985-ci ildə Kürdəmir rayon Xırdapay kənd sakini X4 ilə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından xx.xx.1994-cü ildə X5 adlı uşağı anadan olub. Ruslan sağlam uşaq kimi doğulmuş, sonradan ağır xəstəliyə düçar olub. Müxtəlif vaxtlarda müalicə etdirməklərinə baxmayaraq heç bir nəticəsi olmamış və xx.xx.2003-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra ölüm kağızını almaq üçün qeydiyyat şöbəsinə müraciət etməmişlər. Daha sonra rayon xəstəxanasına müraciət etsələr də onun ölümü barədə sənəd əldə edə bilməyiblər. Ona görə də qeydiyyat şöbəsində ona bildiriblər ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət etsin. Odurki məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, xx.xx.1950-ci ildə Kürdəmir rayonunda anadan olub, orta təhsillidir. Ərizəçi yaxından tanıyır. X5 1994-cü il tarixdə anadan olub, 2 yaşına qədər sağlam uşaq olub sonradan səhhətində problemlər yaranıb. 2003-cü ilin aprel ayında vəfat etdi. Onu kənd camaatı ilə birlikdə Kürdəmir rayon Xırdapay kənd “Şıxlıq” qəbirstanlığında dəfn etmişlər. Dəfndə şəxsən iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərdi ki, xx.xx.1961-ci il tarixdə anadan olub, orta təhsillidir. Kürdəmir rayon Bakı prospekti 41/7 ünvanında yaşayır. Ərizəçi həmkəndlisidir, münasibətləri həmişə normal olmuş, biri-birinin xeyir-şər işlərində iştirak etmişlər. X5 1994-cü il tarixdə anadan olub, 2003-cü ilin aprel ayında vəfat etdi. Dəfndə şəxsən iştirak etmişdir. İşə əlavə olunmuş XVİİ ЖГ №485027 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1994-ci ildə anadan olmuşdur. İşə əlavə olunmuş, Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2024-cü il tarixli, 3- 165/8-10-1xx-xx/2024 nömrəli məktubdan görünür ki, X3 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmiş və ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. İşdə olan, Kürdəmir Rayon Mərkəzi Xəstəxanası-nın xx.xx.2024-cü il tarixli 894 nömrəli məktubdan görünür ki, X1 ilə əlaqədar müraciətlərinə cavab olaraq bildirmişlər ki, X3 ölümü haqqında Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Arxiv bölməsində məlumat tapılmamışdır. Səbəb isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş "Tibbi qeydiyyat sənədlərinin saxlanılması müddətinə əsasən ölüm haqqında qeydiyyat kitabının saxlanılma müddəti 3(üç) ildir. Müddət bitdikdən sonra utilizasiya olunur. İşdə olan Kürdəmir rayon İHB-nın Xırdapay kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi İ.Qədirovun tərtib etdiyi xx.xx.2025-ci il tarixli 248 nömrəli arayışdaƏrizəçi məhrum oğlu X5 xx.xx.1994-cü ildə anadan olmuş və xx.xx.2003-cü ildə vəfat etmişdir, “Şıxlıq” qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi Şirinova X6 rayonunun Xırdapay kəndində yaşayır. xx.xx.1994-ci ildə anadan olmuş oğlu X5 xx.xx.2003-cü ildə ölmüşdür, Kürdəmir rayon Xırdapay kənd “Şıxlıq” qəbristanlığında dəfn edilmişlər. X2 ölümü haqqında şəhadətnamə alınmadığından, ərizəçi bəzi sənədləşmənin aparılması ilə bağlı işləri apara bilmir. X3 xx.xx.2003-cü ildə ölməsi və onun Kürdəmir rayon Xırdapay kənd “Şıxlıq” qəbirstanlığında dəfn edilməsi dindirilmiş şahidlərin ifadələri və işdə olan sənədlərlə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu-nun12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Hazırki iş üzrə ərizəçi xx.xx.1994-cü ildə anadan olmuş X3 xx.xx.2003-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən, o cümlədən Maraqlı şəxs xx.xx.2004-cü il tarixli, 3-165/8-10-1xx-xx/2024 nömrəli məktubunda X3 ölüm haqqında akt qeydinin Maraqlı şəxsndə aşkar edilmədiyi göstərilmişdir. Başqa sözlə, xx.xx.1994-ci ildə anadan olmuş X3 xx.xx.2003-cü ildə ölməsi faktının dövlət qeydiyyatı orqanlarında qeydə alınmasından imtina edildiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1994-cü ildə anadan olmuş X3 xx.xx.2003-cü ildə Kürdəmir rayonunda ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 339-341-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 12 mart 1994-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş X3 15 aprel 2003-cü il tarixdə Kürdəmir rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-756/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-756/2025
17.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver