Məhkəmə qərarları › İş №2(041)-774/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-774/2023

06.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-774/2023 06.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə, Ərizəçi cavabdeh Maraqlı şəxsna qarşı ölümün qeyd edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsna qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.04.*980-cı il tarixdə Kürdəmir rayon Yenikən kəndində anadan olmuş X* 25 mart *998-ci il tarixdə yaşadığı Kürdəmir rayon Yenikənd kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir. İddiaçı məhkəmədən işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirak etmədiyinə və işə onun iştirakı olmadan baxmağı xahiş etmədiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi cavabdeh Maraqlı şəxsna qarşı ölümün qeyd edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən *0 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar