Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-803/2025 29.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X17 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X3 xx.xx.2000-ci il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində xəstəlikdən ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, bacısı X7 xx.xx.2000-ci il tarixdə xəstə doğulmuş, 03 ay yaşadıqdan sonra xx.xx.2000-ci il tarixdə xəstəlikdən ölmüş və onu Sığırlı uşaq qəbrstanlığında dəfn etmişlər. Bacısı öləndən sonra atasanın və anasının xəstəliyi və savasızlığı səbəbindən onun ölməsini də heç bir orqanda qeyd etdirməmişlər. Daha sonra kənd və rayon xəstəxanasına müraciət etsə də onun ölümü barədə sənəd əldə edə bilməmişdir. Onun doğumu dövlət orqanında qeydiyyata alındığı üçün o bu gün onlara məxsus torpaq sahəsini rəsmiləşdirə və bundan başqa yaşayış evinə sayğac qoydura bilmirlər. O bacısının ölüm faktını müəyyən etdirmək üçün dövlət orqanlarına və o, cümlədən qeydiyyat şöbəsinə müraciət etdikdən sonra ona bildiriblər ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət edib. O da məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, xx.xx.1962-ci ildə Zaqata rayonu Əliabad kəndində doğlulub Kürdəmir rayon Sığırlı kəndində yaşayır, orta təhsillidir, işləmir, ailəlidir. Ərizəçi onun qonşusudur. Həqiqətən də X7 2000-ci ildə anadan olub 3 ay yaşadıqdan sonra xəstəlikdən vəfat edib. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərdi ki, xx.xx.1975-ci ildə Şamaxı rayonu Çaylı kəndində anadan olub Kürdəmir rayonu Sığırlı kəndində yaşayır orta təhsillidir, işləmir, evlidir. Ərizəçi onun qonşusudur, münasibətləri həmişə normal olmuş, biri-birinin xeyir şər işlərində iştirak etmişlər. Hadisə haqqında məlumatı var. Uşaq xəstə idi bir gün eşidibki ölüb. Onu Sığırlı uşaq qəbirsanlığında dəfn etmişlər. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur, X7 2000-ci ildə anadan olub 3 ay yaşadıqdan sonra xəstəlikdən ölüb. Onu Sığırlı uşaq qəbirsanlığında dəfn etmişlər. İşə əlavə olunmuş Kürdəmir rayonu Qeydiyyat şöbəsinin 1-AZ-M.157980 nömrəli arayışdan görünür ki, X7 xx.xx.2000-ci ildə anadan olmuşdur. X2, anası X6r. İşə əlavə olunmuş, Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-165/810-xx-xx/2025 nömrəli məktubdan görünür ki, X3 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. Ölümün qeydə alınması üçün tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi olmalıdır və ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. İşdə olan Kürdəmir rayon İHB-nın Sığırlı kənd İƏD üzrə nümayəndəsi M.Əmirovun tərtib etdiyi aktda xx.xx.2000-ci il təvəllüdlü X7 həqiqətən 2000-ci ildə vəfat ediyi, lakin, valideynlərinin səhlənkarlığından ölüm qeydiyyatı aparılmadığı qeyd olunub. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi Məmmədov X10 rayonunun Sığırlı kəndində yaşayır. xx.xx.2000-ci ildə anadan olmuş bacısı X7 xx.xx.2000-ci ildə Kürdəmir rayonu Sığırlı kəndində ölmüş, Kürdəmir rayon Sığırlı uşaq qəbristanlığında dəfn edilmişlər. X1 ölümü haqqında şəhadətnamə alınmadığından, ərizəçi bəzi sənədləşmənin aparılması ilə bağlı işləri apara bilmir. X3 xx.xx.2000-ci ildə ölməsi və onun Kürdəmir rayon Sığırlı uşaq qəbirstanlığında dəfn edilməsi dindirilmiş şahidlərin ifadələri və işdə olan sənədlərlə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu-nun12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Hazırki iş üzrə ərizəçi xx.xx.2000-ci ildə anadan olmuş X3 xx.xx.2000-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən, o cümlədən Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-165/810-xx-xx/2025 nömrəli məktubunda X3 ölüm haqqında akt qeydinin Maraqlı şəxsndə aşkar edilmədiyi göstərilmişdir. Başqa sözlə, xx.xx.2000-ci ildə anadan olmuş X3 xx.xx.2000-ci ildə ölməsi faktının dövlət qeydiyyatı orqanlarında qeydə alınmasından imtina edildiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2000-ci ildə anadan olmuş X3 xx.xx.2000-ci ildə Kürdəmir rayonunda ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 339-341-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05 aprel 2000-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş X3 05 iyul 2000-ci il tarixdə Kürdəmir rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-803/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-803/2025
29.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver