Məhkəmə qərarları › İş №2(041)-81/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-81/2023

11.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-81/2023 11.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ ** yanvar 2023-cü il Kürdəmir şəhəri Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək qızı *3.08.*96*-ci il təvəllüdlü mərhum atası X*2 26.04.202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, atası X*7 *3 avqust *96*-ci ildə Kürdəmir rayonunun Şahsevən kəndində doğulmuşdur. Atası onlarla birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi yaşayış evində yaşayıb. Atası uzun illər serroz xəstəliyindən əziyyət çəkib. Belə ki, ölümündən bir neçə müddət əvvəl atası X*2 halı pisləşmiş, müayinə olunması üçün xəstəxanaya apardıqları zaman həmin onun serroz xəstəliyinin olduğunu öyrənmişlər. Mərhum atası X*7 26.04.202*-ci il tarixdə evdə olarkən qəflətən halı pisləşdikdən təcili yardıma zəng etmişlər. Hadisə yerinə gələn tibb işçiləri atasını müayinə etdikdən sonra onun öldüyünü birldirmiş və bu barrədə onlara ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişlər. Bundan sonra mərhum X*3 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Növsan Südçülük sovxozunda yerləşən məzarlıqda dəfn etmişlər. Sonradan o, mərhum atasının ölümünün qeyd edilməsi ilə bağlı Xəzər rayon Qeydiyyat şöbəsinə müraciət etsə də atasının ölümünün qeyd edilməsinin mümkün olmadığını bildirib ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsini izah etmişdlər. Ölüm haqqında sənədi başqa cür əldə edə bilmir. Ona görə də *3.08.*96*-ci il təvəllüdlü mərhum atası X*2 26.04.202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərdi ki, mərhum X*7 onun bacısının yoldaşı idi. Onlar Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda özlərinə məxsus evdə yaşayırlar. 26.04.202*-ci il tarixdə bacısı ona zəng edərək əri Fayıqın halının pisləşdiyini bildirmişdir. Bundan sonra onlar həmin gün Bakı şəhərinə, bacısıgilə getmiş və Fayıqın ödüyünü görmüşlər. Həmin gün Fayıqı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən məzarlıqda dəfn etmişlər. Yaxın qohum kimi mərhum Fayıqın bütün yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər X8 və X* Zinyət Seydulla qızı ilə eyni məzmunda ifadə verib, X*2 26.04.202*-ci il tarixdə vəfat etdiyini və onu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən məzarlıqda dəfn etdiklərini bildirdilər. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi göndərilmiş *0.*2.202*-ci il tarixli, 05/*5-*40* nömrəli məktubdan görünür ki, onun 26.04.202*-ci il tarixdə ölmüş atası X*4 ölümünün qeyd edilməsi üçün həkim arayışını təqdim etmədiyi üçün ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. İş materiallarına əlavə edilmiş 26.04.202*-ci il tarixli Təcili və X*0 Stansiyası Ölüm haqqıqnda xəbərdarlıqdan görünür ki, X*7 26.04.202*-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş və Bakı şəhəri, Xəzər rayonu, Binə Bələdiyyəsi tərəfindən Ərizəçi verilmiş *3.*2.202*-ci il tarixli, 3952 nömrəli arayışdan görünür ki, onun atası X*7 26.04.202*-ci il tarixdə vəfat etmiş və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən məzarlıqda dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi atası X*7 *3 avqust *96*-ci ildə Kürdəmir rayonunun Şahsevən kəndində doğulmuşdur. Atası onlarla birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi yaşayış evində yaşamaqla, uzun illər serroz xəstəliyindən əziyyət çəkib. Belə ki, ölümündən bir neçə müddət əvvəl atası X*2 halı pisləşmiş, müayinə olunması üçün xəstəxanaya apardıqları zaman onun serroz xəstəliyinin olduğunu öyrənmişlər. Ərizəçinin mərhum atası X*7 26.04.202*-ci il tarixdə evdə olarkən qəflətən halı pisləşdikdən sonra təcili yardıma zəng etmişlər. Hadisə yerinə gələn tibb işçiləri atasını müayinə etdikdən sonra onun öldüyünü birldirmiş və bu barədə onlara ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişlər. Bundan sonra mərhum X*3 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən məzarlıqda dəfn etmişlər. Sonradan o, mərhum atasının ölümünün qeyd edilməsi ilə bağlı Xəzər rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, atasının ölümünün qeyd edilməsinin mümkün olmadığını bildirib ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsini izah etmişdlər. Ölüm haqqında sənədi başqa cür əldə edə bilmir. Ərizəçinin *3.08.*96*-ci il təvəllüdlü atası X*2 26.04.202*-ci il tarixdə Bakı şəhərində ölməsi özünün izahatı, həmçinin iş üzrə dindirilmiş şahidlər X4, X5 və X2 ifadələri ilə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli, *3.08.*96*-ci il təvəllüdlü X*2 26.04.202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *3.08.*96*-ci il təvəllüdlü X*2 26.04.202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar