Məhkəmə qərarları › İş №2(041)-815/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-815/2024

25.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-815/2024 25.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölümün qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək anası 20.07.*932-ci il tarixdə Kürdəmir rayonu Topal-Həsənli kəndində anadan olmuş X3 02.**.20*2-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, anası X6 *932-ci ildə Kürdəmir rayonu Topal-Həsənli kəndində anadan olmaqla ölənə kimi Kürdəmir rayonunun Xırdapay kəndində yaşamış və 02.**.20*2-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində ölmüşdür. Mərhum anası X6 öləndən sonra ona ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda anası Sumanın ölüm haqqında şəhadətnaməyə ehdiyacı var. Belə ki, ona vacib olan bəzi vərəsəliklə bağlı sənədləşmələrdə işlərinin aparılması üçün mərhum anası Sumanın ölüm haqqında şəhadətnaməsinin olması zərurəti yaranmışdır. Bu barədə Maraqlı şəxsnə müraciət edib, lakin oradan anası Sumanın ölümlərinin qeyd edilmədiyi ona bildirilib və ölümün qeyd edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilib. Ona görə də anası 20.07.*932-ci il tarixdə Kürdəmir rayonu Topal-Həsənli kəndində anadan olmuş X3 02.**.20*2-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərdi ki, Ərizəçi ilə hazırda qonşuluqda yaşayır. O, Ərizəçi mərhum anası Suma ilə uzun müddət qonşu kimi bir küçədə yaşayıblar. Sumanın öldüyü günü və vaxtı yaxşı xatırlayır. Şükufənin anası Suma 02.**.20*2-ci il tarixdə özünə məxsus Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən evdə ölmüşdür. Suma vəfat edəndən sonra onu qohumlarının və biz qonşuların iştirakı ilə Kürdəmir rayon Qəbristanlığında dəfn etmişlər. Bir qonşu kimi sumanın yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X7 digər şahid X4 ilə eyni məzmunda ifadə verib qonşusu olan X3 02.**.20*2-ci il tarixdə öldüyünü və onun yaşadıqları Xırdapay kənd qəbristanlığında dəfn edildiyini bildirdi. İş materiallarına əlavə edilmiş V-JQ № 33*489 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx *956-cı il tarixdə atası Zərbalı ilə anası Sumanın birgə nikahlarından doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZE № 04*39372 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 20.07.*932-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şahidlərin iştirakı ilə tərtib edilmiş və Kürdəmir RİHB-nin Xırdapay İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş Aktdan görünür ki, X6 02.**.20*2-ci il tarixdə Xırdapay kəndində vəfat etmiş və 02.**.20*2-ci il tarixdə Xırdapay kəndində Şıxlıq qəbiristanlıqında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 3-*6-5/8-xx-xx/2024 nömrəli məktubdan görünür ki, onun anası 20.07.*932-ci il təvəllüdlü X3 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmamış və ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi anası X6 *932-ci ildə Kürdəmir rayonu Topal-Həsənli kəndində anadan olmaqla ölənə kimi Kürdəmir rayonunun Xırdapay kəndində yaşamış və 02.**.20*2-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində ölmüşdür. Mərhum anası X6 öləndən sonra ona ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda anası Sumanın ölüm haqqında şəhadətnaməyə ehdiyacı var. Belə ki, ona vacib olan bəzi vərəsəliklə bağlı sənədləşmələrdə işlərinin aparılması üçün mərhum anası Sumanın ölüm haqqında şəhadətnaməsinin olması zərurəti yaranmışdır. Bu barədə Maraqlı şəxsnə müraciət edib, lakin oradan anası Sumanın ölümlərinin qeyd edilmədiyi ona bildirilib və ölümün qeyd edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilib. Ona görə ki, həmin sənədi artıq başqa cür əldə edə bilmir. Ərizəçinin anası 20.07.*932-ci il təvəllüdlü X3 02.**.20*2-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən yaşadığı evdə ölməsi ərizəçinin özünün izahatı, iş üzrə dindirilmiş şahidlər X2 və X5 ifadələri ilə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X* haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli, anası 20.07.*932-ci il tarixdə anadan olmuş X3 02.**.20*2-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən evdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20.07.*932-ci il tarixdə kürdəmir rayonunun Topal-Həsənli kəndində anadan olmuş X3 02.**.20*2-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən evdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar