Məhkəmə qərarları › İş №2(041)-820/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-820/2024

28.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-820/2024 28.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölümün qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək **.*2.*963-cü il tarixdə Cəbrayıl rayonu Qaçqın və Məcburi köçkünlər üçün yeni salınmış şəhərcikdə vəfat etmiş və Beyləqan şəhər qəbristanlığında dəfn olunmuş X* ölümünün qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası keçirilərkən Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmək üçıün ərizəyə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və dövlət rüsumu ödəməkdən azad edilməsi üçün müəyyən edilmiş sənəd əlavə etməmişdir. Bu isə iddia ərizəsinin məhkəmədə baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *50.*.2-ci maddəsinin tələbinə görə ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin *52.*.*-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin *50.*.*-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, iddia ərizəsi AR MPM-nin *49-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilməməklə verildiyinə və onun məhkəmə icraatı mümkün olmadığına görə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölümün qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *52.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin *52.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *52, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölümün qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi Ərizəçi qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra *0 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar