Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-839/2025 04.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X8 Xalıq oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Maraqlı şəxs iştirakı ilə, Ərizəçi X2 Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2024-cü il tarixində Bakı 10 saylı Mediasiya təşkilatında bir uşağa görə 235 manat ümumilikdə isə iki uşağa görə 470 manat alimentin ödənilməsi tələbinə əsasən 17 fevral 2025-ci il tarixinədək yığılmış 3320 manat (üç min üç yüz iyirmi manat) gecikdirilmiş borcun ödənilməsini və barışıq sazişi üzrə hər ayın 15 dən 29-na kimi olan 470 manat məbləğin tam ödənilməsi barədə Barışıq sazişinin təsdiqlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixində Bakı 10 saylı Mediasiya təşkilatında bir uşağa görə 235 manat ümumilikdə isə 2 uşağa görə 470 manat aliment tələbilə maraqlı şəxs ödəməyə razılıq verilmişdir və həmin alimentin ödənilməsini öz üzərinə öhdəlik götürmüşdür. Lakin qarşı tərəf Barışıq sazişi üzrə 4 dəfə ödəniş olub mart ayı üzrə iki dəfə 1000 manat və 350 manat, aprel ayı 300 manat, oktyabr ayı 200 manat ümumilikdə 1850 manat, digər aylar üzrə uzərinə götürdüyü öhdəliyə də əməl etməyərək Sazişin tələblərini pozmuşdur. Ərəziçə məhkəməyə göndərdiyi teleqrammada öhdəsində xəstə uşağının olmasını nəzərə alaraq, ərizəyə iştirakı olmadan baxılaraq qərar qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barışıq sazişi bağlanarkən işlədiyi üçün alimenti vaxtında ödəmiş, hazırda işləmədiyindən borcu yaranmış və yaxın vaxtlarda borcunu ödəyəcəkdir. İş materiallarında olan, Bakı 10 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/10/2024-00114 nömrəli barışıq sazişindən görünür ki, Maraqlı şəxs bəyan edir ki, birgə nikah dövründə anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 bir uşağa görə 235 manat ümumilikdə 470 manat aliment ödəməyə razıdır və həmin məbləği mart ayından başlayaraq hər ayın 15-dən 30-dək uşaqlarının anası X2 adına olan bank hesabına ödəniş etməyi öz üzərinə öhdəlik götürür. Barışıq sazişinin 2-ci bəndində Maraqlı şəxs ünvanı ünvan 1 İşə əlavə edilmiş, Elektron Məhkəmə informasiya sistemindən tərəflərə aid məlumat pəncərəsində Maraqlı şəxs ünvanı ünvan 2ası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Barışıq sazişində tərəflər arasında alimentin tutulması, məbləği və şərtləri göstərildiyi halda, mübahisənin predmeti qrafasında alimentin artırılması qeyd edilmişdir. Bundan əlavə, sazişdə tərəf kimi Maraqlı şəxs haqqında məlumatlar (yaşayış yeri üzrə) düzgün müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355- 23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü madəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi barışıq sazişinin təsdiq edilməsindən əlavə 17 fevral 2025-ci il tarixinədək yığılmış 3320 manat (üç min üç yüz iyirmi manat) gecikdirilmiş borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə hesab edir ki, göstərilən nöqsan və tələblərlə barışıq sazişinin təsdiq edilməsi barədə ərizə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələblərinə cavab vermədiyi üçün rədd edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilməsin. X4 ilə Maraqlı şəxs arasında Bakı 10 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/10/2024-00114 nömrəli barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-839/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-839/2025
04.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver