Məhkəmə qərarları › İş №2(041)-86/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-86/2025

14.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-86/2025 14.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, İddiaçı və Cavabdehnın iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları və birgə nikah müddətində əldə olunmuş əmlakdan pay” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh onda qalan 660 manat dəyərində 6,6 qram çəkidə 583 əyyarlı sirkon qaşları olan 1 ədəd nişan üzüyü,1650 manat dəyərində 16,5 qram çəkidə 583 əyyarlı sirkon qaşları olan Fantaiya qızıl üzük komplekt, 900 manat dəyərində 9 qram çəkidə 583 əyyarlı rubin qaşları olan 1 ədəd qızıl üzük, 480 manat dəyərində 4,8 qram çəkidə 583 əyyarlı sirkon qaşları olan 1 ədəd qızıl üzük və 2390 manat dəyərində 23,9 qram çəkidə 583 əyyarlı qolbaq və boyunbağı dəstindən ibarət ümumi dəyəri 6080 manat olan qızıl-ziynət əşyalarının, cavabdehlə birgə nikah dövründə əldə etdikləri 16000 manat dəyərində 10 baş inək heyvanlarının 5 başının ,özləri olmadıqda isə qızıl-zinət əşyalarının cəmi dəyəri 6080 manatın və 5 baş inək heyvanlarının dəyəri olan 8000 manatın, cəmi 14080 manat pulun, ödənilmiş dövlət rüsumuna görə 132,24 manat, mediasiya təşkilatına ödədiyi 50 manat və mütəxəssis rəyi verilməsi üçün ödədiyi 100 manat ümumilikdə 14230 (on dörd min iki yüz otuz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, o, Cavabdeh ilə 2011-ci ildə evlənib ailə qurmuşlar, nikahlarını 19 fevral 2014-cü ildə bağlamışlar. Evliliklərindən iki uşaqlarıxx.xx.2013-cü il tarixdə Ruqiyyə və xx.xx.2015-ci il tarixdə isə Hüseyn adlı uşaqları olmuşdur. O,cavabdehlə evləndikdən sonra 2013-cü ilədək cavabdeh valideynləri ilə birlikdə yaşayandan sonra onlardan ayrılıb müvəqqəti yaşamaq üçün daxma adlanan tikilidə yaşamışlar. Təxminən 5 il həmin tikilidə yaşadıqları müüddətdə birlikdə iki mərtəbəli ev tikərək 2018-ci ili dekabr ayında həmin evə köçərək orarda yaşamışlar. O, cavabdehlə evlənib ailə quranda cavabdeh və onun valideynləri ona sirkon qaşları olan bir ədəd nişan üzüyü, sirkon qaşları olan Fantaiya qızıl üzük komplekt, rubin qaşları olan bir ədəd qızıl üzük, sirkon qaşları olan bir ədəd qızıl üzük, qolbaq və boyunbağı dəsti hədiyyə vermişlər. Bundan başqa o,gəlin köçəndə atası ona bir baş yanında balası olan inək vermiş və cavabdehlə yaşadıqları müddətdə həmin inək artaraq, 10 baş inək olmuşdur. 2023-cü ildə cavabdeh valideynləri ilə birlikdə ona şər ataraq yaşadığı evdən uşaqları ilə birlikdə qovub çıxartmışlar. Cavabdeh onu evdən qovub çıxardandan sonra aralarında olan nikahın pozulması tələbi ilə Kürdəmir rayon məhkəməsinə müraciət etimiş və məhkəmənin xx.xx.2023-cü il tarixli,2(041)-1646/2023 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. O, dəfələrlə cavabdehdən onda qalan qızıl-zinət əşyalarını qaytarmasını tələb etsə də o,qızılları qaytarmaqdan imtina etmişdir. Cavabdeh onun qızıl əşyalarını girov qoyub kredit götürmüşdür. Eləcə də heyvanları girov qoyulmuşdur. Ona görə də iddi tələbinion təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmədi və bildirdi ki, əgər onun 10 baş inəyi var idisə, kerdit götürməzdi. O, 20 dekabr 2021-ci ildə iddiaçının razılığı ilə "xxxx" ASC-dən 2900 manat kredit götürmüş və iddiaçıya məxsus qızıəl-zinət əşyalarının hamısını girov qoymuşdur. 56 qrama yaxın qızıl girov qoyulmuşdur. Kreditin ödənilməsində geçikmələr olmuş, ödəniş apara bilməmişdir. Boşanmağa 5 ay qalmış bank pulu tələb etmiş, bank ödəniş olmadığından 2022-ci ilin dekabrında qızıl əşyalarını satmışdır. Onlarda heç vaxt 10 baş inək olmayıb. Onların bir baş yanı balalı inəyi olub və həmin heyvanı da boşanmadan sonra İmişli rayon mal bazarında 1450 manata satmışdır. Götürülmüş krediti uşaqlarına sərf etmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. -İşdə olan “Sahibkar Entrepreneur” fiziki şəxs X1 tərəfindən verilmiş və möhürlə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 07 saylı mütəxəssi rəyindən görünür ki, qiymətləri tələb olunan zərgərlik məmulatlarının bazar qiyməti aşağıdakı kimidir: 1.Nişan üzüyü,583 əyyarlı,sirkon qaşları ilə 6,6 qram-600 manat, 2.”Fantaziya”komplekt,583 əyyalı,sirkon qaşları ilə,16,5 qram çəkidə-1650 manat,

3. Üzük,583 əyyarlı,rubin qaşlar ilə,9 qram çəkidə-900 manat,

4. Üzül,583 əyyarlı,sirkon qaşlar ilə,4,8 qram çəkidə-480 manat,

5. Qolbaq və boyunbağı dəsti,583 əyyarlı,23,9 qram çəkidə- 2390 manat təkil edir. -İşdə olan Sabiabad rayonu “Fərid” mal-qara alğı-satqı bazarı”nın direktoru tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 8 aylıq yanında balası olan, qarnında isə 3 aylıq balası olan inəyin orta bazar qiyməti 1800-2000 manat təkil edir. - Kürdəmir RİHB-nın Ərəbqubalı kənd İƏD-i üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 16 nömrəli arayışından görünür ki, Rahim İsmaylovun 2022-ci ildə özünə məxsus iki baş iribuynuzlu mal-qarası olmuşdur. - "xxxx" ASC-nin müştəri xidməti departamentinin mütəxəssisi H.Q.Soltanaov, "xxxx" ASC-nin qiymətləndirici kredit mütəxəssisi və Cavabdeh imzaladığı xx.xx.2021-ci il daşınar əşyanın qiymətləndirmə aktından görünür ki, bir ədəd boyunbağı 583 əyyar, çəkisi 23,5 qram, qiyməti 1030 manat, qolbaq bir ədəd 583 əyyar 11,56 qram çəkidə, qiyməti 506,9 manat, üzük 583 əyyar, çəkisi 5,3 qram, qiyməti 216,56 manat, bir cüt sırğa 583 əyyar, çəkisi 9,2 qram, qiyməti 375,91 manat, üzük 583 əyyar, çəkisi 6 qram qiyməti 245,16 manat qiymətləndirilərək "xxxx" ASC-nə girov qoyulmuşdur. -Bank Respublika ASC-nin Sabirabad filialının xx.xx.2022-ci il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixli, 2201***-*******01 saylı kredit müqaviləsinin təminatı olaraq 2ZİNAS190791601 saylı girov müqaviləsinə əsasən, 2900 AZN kredit ayrılmışdır. Girov qoyulmuş qızıl zinət əşyaları xx.xx.2022-ci ildə satılmış və kredit bağlanmışdır. - Fərdi sahibkar Məlikov M.S tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Yasin oğlunun "xxxx" ASC-nə girov qoyduğu və xx.xx.2022-ci ildə satışa çıxarılmış qızıl zinət əşyalarının adı, əyyarı və çəkisi aşağıdakılardır: bir ədəd boyunbağı 583 əyyar, çəkisi 23,5 qram, qolbaq bir ədəd 583 əyyar 11,56 qram, üzük 583 əyarlı 5,3 qram, bir cüt sırğa 583 əyyar, 9,2 qram,üzük 583 əyarlı, çəkisi 6 qram. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçı tələb etdiyi qızıl zinət əşyalarının mövcudluğunu, ona hədiyyə edildiyini, həmin əşyaların cavabdehdə qaldığını və qaytarılmadığını, eləcə də birgə nikah dövründə 5 baş yanı balalı inək əldə etdiklərini, həmin inəklərin cavabdehdə qaldığını sübut etməlidir. MPM-in 106.3-cü maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırıldığı faktları digər tərəfin etiraf etməsi əks tərəfin gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğunu, ona hədiyyə edildiyini etiraf etsə də, iddiaçı ilə yaşadığı dövrdə 5 baş inəyin olduğunu etiraf etmir. Odur ki, iddiaçı qızıl zinət əşyalarının mövcudluğunu sübut etmə vəzifəsindən azad edilsə də, qızıl zinət əşyalarının çəkisi, əyyarı və qiymətini, həmin əşyaların cavabdehdə qalmasını, eləcə də beş baş yanı balalı inəyin olduğunu, bu inəklərin birgə nikah dövründə alındığını və cavabdehdə qaldığını sübut etmək vəzifəsindən azad edilmir. Məhkəmə iddiaçı və cavbdehi, təqdim edilən sübutları araşdırıb belə qənaətə gəlir ki, iddiaçı ona cavabdeh tərəfindən hədiyyə edilmiş qızıl zinət əşyalarının əyyarını və bir qramının qiymətini təsdiq edən sübutlar təqdim etsədə, həmin əşyaların çəkilərini müəyyən edən mötəbər sübut təqdim etmədi. Əksinə, cavabdeh tərəfindən təqdim edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçıya məxsus olmuş qızıl zinət əşyaları 23,50 qarm çəkidə 585 əyyarlı boyunbağıdan, 11,56 qram çəkidə 583 əyyarlı qolbağdan, 5,3 qram çəkidə olan 583 əyyarlı üzükdən, 9,2 qram çəkidə olan 583 əyyarlı bir cüt sırğadan və 6 qram çəkidə olan 583 əyyarlı üzükdən ibarət olmuş, həmin qızıl zinət əşyaları Cavabdeh ilə "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixli, 2201***-*******01 saylı kredit müqaviləsinin təminatı olaraq bağlanmış 2ZİNAS190791601 saylı girov müqaviləsinə əsasən 2900 AZN kreditin təminatı olaraq banka girov qoyulmuş, həmin qızıl zinət əşyaları xx.xx.2022-ci ildə satılaraq və cavabdehin krediti bağlanmışdır. Məhkəmə iddia tələbində göstərilən qızıl zinət əşyalarının qiyməti məsələsini həll edərkən hesab edir ki, cavabdehdən alınmalı olan qızıl zinət əşyalarının dəyəri müəyyən edilərkən, iddiaçının təqdim etdiyi mütəxəssis rəyində qeyd edilən 583 əyarlı bir qram qızılın qiymətinin 100 manat təşkil etməsi nəzərə alınmalıdır. Belə ki, mütəxəssis rəyində iddiaçının təqdim etdiyi əşyaların çəkiləri düz qeyd olunmasa da, “Nişan üzüyü, 583 əyyarlı, sirkon qaşları ilə 6,6 qram - 600 manat” müəyyən edildiyini nəzərə alsaq, rəydən qızılın qramının qiymətinin 100 manat təşkil etdiyi görünür ki, bu da real və ağlabatandır. Məhkəmə qeyd edilənlərə əsasən və tətbiq edilməli hüquq normalarına əsasən belə hesab edir ki, iddiaçının cavabdehdən ona hədiyyə edilmiş qızıl-zinət əşyalarının dəyərini tələb etməsi hissəsində iddia tələbi qismən, 2350 manat dəyərində olan 23,50 qarm çəkidə 585 əyyarlı boyunbağı, dəyəri 1156 manat olan 11,56 qram çəkidə 583 əyyarlı qolbağ, dəyəri 530 manat olan, 5,3 qram çəkidə olan 583 əyyarlı üzük, dəyəri 920 manat olan, 9,2 qram çəkidə olan 583 əyyarlı sığa və dəyəri 600 manat olan, 6 qram çəkidə olan 583 əyyarlı üzükdən ibarət qızıl-əşyaları əşyalarının cəmi dəyəri olaraq 4956 manat tələbi hissəsində əsaslıdır. Həmçinin, məhkəmə iddiaçının birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbi ilə bağlı qeyd edir ki, İddiaçı Cavabdehla birgə nikah dövründə beş baş yanı balalı inək əldə edilməsini və bu heyvanların cavabdehdə qalması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədi. İddiaçı tərəfindən təqdim edilən İki ədəd səs yazısı qeydə alınmış disk məhkəmə iclasında dinlənilmiş, lakin həmin disklər də kifayət qədər güclü və aydın olmadığından, şübhədən kənar standartları əks etdirmədiyindən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Buna baxmayaraq, cavabdeh izahatında birgə nikah dövründə bir baş yanı balalı inək olduğunu və bu inəyi 1450 manata satdığnı bildirdi. Azərbaycan Respublikası MPM-nin 106.3-cı maddəsinə əsasən, cavabdehin izahatında bu halı etiraf etməsi iddiaçını bu faktı sübut etmə vəzifəsindən azad edir. Odur ki, məhkəmə iddiaçının cavabdehlə birgə nikah dövründə əldə edilmiş əmlakdan (beş baş yanıbalalı inəklərin dəyərindən) pay tələbinə dair iddiasını da qismən, yəni bir baş yanıbalalı inəyin dəyərinin yarısını tələb etməsi hissəsində əsaslı sayır. Məhkəmə bir baş yanıbalalı inəyin qiyməti məsələsini həll edərkən iddiaçının təqdim etdiyi mütəxəssis arayışında yanı balalı inək üçün qeyd edilmiş qiymətin əsas götürülməsini daha ağlabatan və əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı tələb etdiyi– 2350 manat dəyərində olan 23,50 qarm çəkidə 585 əyyarlı boyunbağı, dəyəri 1156 manat olan 11,56 qram çəkidə 583 əyyarlı qolbağ, dəyəri 530 manat olan, 5,3 qram çəkidə olan 583 əyyarlı üzük, dəyəri 920 manat olan, 9,2 qram çəkidə olan 583 əyyarlı sığa və dəyəri 600 manat olan, 6 qram çəkidə olan 583 əyyarlı üzükdən ibarət qızıl-əşyaları əşyalarının cəmi dəyəri olaraq 4956 manat və birgə nikah dövründə əldə edilmiş bir baş yanıbalalı inəyin 1800 manat təşkil edən qiymətinin ½ hissəsi, yəni 900 manat Cavabdeh alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman mediasiya xərci, mütəxəssis rəyi almaq üçün xidmət haqqı və dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu və digər xərclər ödənilmiş iddia tələbinə mütənasib olaraq cavabdehdən alınıb iddiaçiya qaytarılmalı, qalan hissədə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

Q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. İddiaçı tələb etdiyi – 2350 manat dəyərində olan 23,50 qarm çəkidə 585 əyyarlı boyunbağı, dəyəri 1156 manat olan 11,56 qram çəkidə 583 əyyarlı qolbağ, dəyəri 530 manat olan, 5,3 qram çəkidə olan 583 əyyarlı üzük, dəyəri 920 manat olan, 9,2 qram çəkidə olan 583 əyyarlı sırğa və dəyəri 600 manat olan, 6 qram çəkidə olan 583 əyyarlı üzükdən ibarət qızıl zinət əşyalarının cəmi dəyəri olaraq 4956 (dörd min doqquz yüz əlli altı) manat və birgə nikah dövründə əldə edilmiş bir baş yanıbalalı inəyin 1800 manat təşkil edən qiymətinin ½ hissəsi, yəni 900 (doqquz yüz) manat, ümumilikdə 5856 manat pul vəsaiti Cavabdeh alınıb İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 50 manat mediasiya xərcinin 20 manatı, mütəxəssis rəyi almaq üçün ödənilən 100 manat xidmət haqqının 40 manatı və ödənilmiş dövlət rüsumunun 78,56 manatı Cavabdeh alınıb İddiaçı verilsin. Mediyasiya xərcinin, mütəxəssis üçün ödənilən haqqın və ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar