Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-922/2023 11.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) cəlb edilməklə şəxsin ölməsi faktının müəyyən edilməsinə dair ərizəsinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Kürdəmir rayon məhkəməsinə ərizə ilə müraciət edərək, əri X* *0.09.2009-cu ildə vəfat etməsi faktının barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, X2 onun əridir. Əri Sədrrədin 0*.02.*950-ci ildə anadan olmuş, *0.09.2009-cu ildə vəfat etmişdir. Ərinin ölüm haqqında heç bir sənəd almamışlar. Daha sonra kənd və rayon xəstəxanasına müraciət edərək onun ölüm barədə saənəd tələb etsələrdə heç bir nəticəsi olmamışdır. Onun ölümü ilə bağlı sənəd almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin bununla bağlı təsdiqedici sənədləri olmadığı üçün onlara imtina edilmiş, ərinin ölməsi faktını təsdiq edən sənədi başqa cür əldə edə bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Ərizəçi onun yaxın qohumudur. Ərizəçinin əri onun qardaşıdır. Qardaşı Sədrəddin *0.09.2009-cu il tarixdə xəstəlikdən vəfat edib, onu kənd camaatı ilə birlikdə kənd qəbristanlığında dəfn etmişlər. O, yaxın qohum kimi mərhum Sədrəddin Eynullayevin dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X7 digər şahid X3 ilə eyni məzmunda ifadə verərək X* *0.09.2009-cu ildə vəfat etdiyini və onun Kürdəmir rayon Qarasaqqal kənd qəbursatanlığında dəfn edildiyini təsdiq etdi. İşə əlavə olunmuş, Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş 08.*2.2022-ci il tarixli, 2/652 nömrəli məktubdan görünür ki, X* ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmiş və ona rayon məhkəməsinə müraciət etməsi izah edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X2 Ərizəçi əridir. X2 *950-cü il tarixdə anadan olmuş, *0.09.2009-cu ildə vəfat etmiş, Kürdəmir rayon Qarasaqqal kənd qəbristanlığında dəfn edilmiş, lakin ona ölüm haqqında sənəd almamışlar. Sonradan kənd və rayon xəstəxanasına müraciət edib ona ölüm haqqında sənəd almaq istəsələr də, bu barədə heç bir sənəd əldə edə bilməmişlər. X* doğumu qeyd edildiyinə görə mülkiyyətlərində olan pay torpaq sahəsini öz adlarına sənədləşdirə bilmir. Bununla bağlı dövlət orqanlarına, o cümlədən Maraqlı şəxsnə müraciət etmiş və Qeydiyyat şöbəsində X* ölümünün qeyd edilmədiyini bildirib ona məhkəməyə müraciət etməsini izah etmişlər. X* ölümü ilə bağlı sənədi başqa cür əldə etmək mümkün olmamışdır. X* *0.09.2009-cu ildə ölməsi və onun Kürdəmir rayon Qarasaqqal kənd qəbristanlığında dəfn edilməsi ərizəçinin özünün izahatı və iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə olan sənədlərlə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 nömrəli qərarının *.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.*-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Hazırki iş üzrə ərizəçi *950-cü ildə anadan olmuş X* *0.09.2009-cu ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən, o cümlədən Maraqlı şəxs 08.*2.2022-ci il tarixli, məktubunda X* ölüm haqqında akt qeydinin Maraqlı şəxsndə aşkar edilmədiyi göstərilmişdir. Başqa sözlə, *950cü ildə anadan olmuş X* *0.09.2009-cu ildə ölməsi faktının dövlət qeydiyyatı orqanlarında qeydə alınmasından imtina edildiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *950-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş X* *0.09.2009-cu il tarixdə Kürdəmir rayonunda ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 0*.02.*950-ci ildə Kürdəmir rayonunda anadan olmuş X* *0.09.2009-cu il tarixdə Kürdəmir rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən * (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-922/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-922/2023
11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver