Məhkəmə qərarları › İş №2(041)-940/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-940/2025

08.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-940/2025 08.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X6 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş məhrum əri X2 28 may 2016-cı il tarixdə Şəki şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, Kürdəmir şəhər sakini X1 rayonunda yerləşən Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən xəstəlikdən vəfat etmiş və onun ölümü ilə bağlı verilmiş tibbi arayış itirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırki işdən məlum olur ki, ərizəçi məhrum əri X2 ölümü ilə bağlı verilmiş tibbi arayışın dublikatının verilməsi barədə həmin arayışı verən tibb müəssisəsinə müraciət etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar