Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-993/2025 12.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində doğulmuş mərhum qızı X6 xx.xx.1991-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, o, öz ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Xırdapay kəndində yaşayır. Mərhum əri X14 ilə birgə nikahdan xx.xx.1989-cu il tarixdə doğulmuş X4 xx.xx.1991-ci il tarixdə yaşadıqları evdə ölmüşdür. X4 öləndən sonra onu Kürdəmir rayonunun "Şıxlıq" adlanan qəbristanlığında dəfn etmişlər. Qızı Mənsimənin kiçik yaşlarında ölməsi ailəyə çox pis təsir etdiyinə görə həmin vaxt ölməsi barədə heç bir sənəd almamışlar. Ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan və Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində olan həyətyanı torpaq sahəsini və fərdi yaşayış evini X1. X9 ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almış, lakin həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi onların ailə üzvlərinin ümumi birgə mülkiyyətində qalmışdır. Ümumi birgə mülkiyyətdə olan 0.06 ha hayətyanı torpaq sahəsinin X3 adına rəsmiləşdirilməsi məqsədilə Kürdəmir “Asan xidmət” mərkəzinə müraciət edərkən mərhum X4nın ölümünün qeyd edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də birgə mülkiyyətdə olan 0,06 ha həyətyanı torpaq sahəsinin X3 adına sənədləşdirilməsi mümkün olmamış və ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməыi izah edilmişdir. O, da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşının yoldaşıdır. Ərizəçinin qızı Mənsimə ciyər xəstəliyindən ölmüş, Bakıda xəstəxanada müalicə olunmuş, sonra isə evə gətirilmiş, sağalmamış, iki yaşında vəfat etmişdir. Onu kənd camaatı Kürdəmir rayon Şıxlıq kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında dindirilmiş şahid X13 ifadəsində göstərdi ki, Ərizəçi onun qaynı yoldaşıdır. Esmiranın qızı Mənsimə 2 yaşı olanda xəstəlikdən yaşadıqları Kürdəmir rayonu, Xırdapay kəndində ölmüşdür. Onu Kürdəmir rayon Şıxlıq kənd qəbiristanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/810-xx-xx/2025 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi bildirilmişdir ki, xx.xx.1989-cu il təvəllüdlü X7 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmadı, ölümün qeydə alınması üçün tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi olmalıdır. Qeyd olunan sənədləri təqdim edə bilmədiyi üçün ölüm faktını qeydə almaq səlahiyyətləri daxilində deyildir. Bu barədə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli XİV.7Q 408571 nömrəli arayışdan görünür ki, X12 xx.xx.1989-cu il tarixdə Kürdəmir rayonu Xırdapay kəndində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi ərazi bölmələrinin idarəetmə birliyi “Kürdəmi rayon mərkəzi xəstəxanası” PHŞ-in xx.xx.2025-ci il tarixli 8/2025 nömrəli Ərizəçi ünvanlandığı məktubdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm hadisələrinin qeydiyyat kitabı”-nın baxılma müddəti 3 (üç) il olduğu üçün və vaxtı keçmiş tibbi sənədlərin utilizasiya olunması ilə bağlı sözü gedən X7 ölümü barəsində “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də heç bir məlumat tapılmamışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X3 adına rəsmiləşdirilmiş 0.06 ha torpaq sahəsinin hüquqi sahibləri-X15, Ərizəçi, X16, X11 və X10r. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1989-cu ildə doğulmuş X7 xx.xx.1991-ci il tarixdə Kürdəmir rayonu, Xırdapay kəndində ev şəraitində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1989-cu ildə doğulmuş X7 xx.xx.1991-ci il tarixdə Kürdəmir rayonu, Xırdapay kəndində ev şəraitində ölməsi faktı müəyyən edilsin. X2 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-993/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-993/2025
12.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver