Məhkəmə qərarları › İş №2(042)-1004/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1004/2024

13.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1004/2024 13.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Nihat Natiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı xx.xx.1953-cü ildə Gədəbəy rayonu, Miskinli kəndində doğulmuş X4nun xx.xx.1953-cıi il tarixdə Gədəbəy rayonu, Miskinli kəndində “epilepsiya” səbəbindən vəfat etməsi, xx.xx.1970-ci ildə Gədəbəy rayonu, Miskinli kəndində doğulmuş qardaşı X5 xx.xx.1972-ci il tarixdə Gədəbəy rayonu, Miskinli kəndində “göbək ciyəsinin anomaliyası” səbəbindən vəfat etməsi, xx.xx.1964-cü ildə Gədəbəy rayonu, Miskinli kəndində doğulmuş bacısı X2 xx.xx.1989-cu il tarixdə Gədəbəy rayonu, Miskinli kəndində “ağ ciyərin vərəmi” səbəbindən vəfat etməsi faktlarının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki X16 və X12 qardaşları, X6 isə bacısıdir. X16 xx.xx.1953-cü ildə, X6 xx.xx.1964-cü ildə, X12 isə xx.xx.1970-ci ildə Gədəbəy rayonu, Rüstəm Əliyev kəndində doğulmuşlar. X16 xx.xx.1953-cü ildə “epilepsiya” xəstəliyindən, X12 xx.xx.1972-ci ildə “göbək ciyəsinin anomaliyası” xəstəliyindən, X6 isə xx.xx.1989-cu ildə “ağ ciyərin vərəmi” xəstəliyindən ölmüşdür. Onların hər biri öldükləri tarixlərdə Miskinli kənd qəbristanlığında dəfn edilmişlər. X2 qəbir daşı olsa da qardaşlarının qəbirdaşları yoxdur. Bu günədək qardaşlarına və bacısına ölüm haqqında şəhadətnamələr alınmamışdır. O, ölüm haqqında şəhadətnamələr almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin qardaşlarının və bacısının ölümünü təsdiq edən tibbi sənədlər olmadığı üçün ona ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də qardaşlarının və bacısının vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Bu faktın təsdiqi ona bir sıra əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini nəzərə alaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadə verərək, bildirmişdir ki, ərizəçi onun bacısıdir.X4, X12 və bacısı X1 rayonu, Miskinli kəndində xəstəliklərdən ölmüşlər. Məhkəmə iclasında dindirilmiş şahid kimi dindirilmiş X18 və X13 eyniməzmunlu ifadələr vermişlər. İşdə olan X10 surətindən görünür ki, ərizəçi xx xxxxxx 1976-ci ildə Gədəbəy rayonu, Rüstəm Əliyev kəndində doğulmuşdur. Onun atası qrafasında X7, ana qrafasında isə X14 göstərilmişdir. İşdə olan X10 surətindən görünür ki, X16 01 noyabr 1953-cü ildə Gədəbəy rayonu, Rüstəm Əliyev kəndində doğulmuşdur. Onun atası qrafasında X7, ana qrafasında isə X14 göstərilmişdir. İşdə olan X10 surətindən görünür ki, X12 12 iyul 1970-ci ildə Gədəbəy rayonu, Rüstəm Əliyev kəndində doğulmuşdur. Onun atası qrafasında X7, ana qrafasında isə X14 göstərilmişdir. İşdə olan X10 surətindən görünür ki, X6 01 iyul 1964-cü ildə Gədəbəy rayonu, Rüstəm Əliyev kəndində doğulmuşdur. Onun atası qrafasında X7, ana qrafasında isə X14 göstərilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, xx.xx.1953-cü il tarixdə Gədəbəy rayonu, Miskinli kəndində doğulmuş X11 xx.xx.1953-cıi il tarixdə Gədəbəy rayonu, Miskinli kəndində “epilepsiya” xəstəliyindən ölməsi, xx.xx.1970-ci il tarixdə Gədəbəy rayonu, Miskinli kəndində doğulmuş X5 xx.xx.1972-ci il tarixdə Gədəbəy rayonu, Miskinli kəndində göbək ciyəsinin anomaliyası səbəbindən ölməsi, xx.xx.1964-cü il tarixdə Gədəbəy rayonu, Miskinli kəndində doğulmuş X2 xx.xx.1989-cu il tarixdə Gədəbəy rayonu, Miskinli kəndində ağ ciyərin vərəmi xəstəliyindən ölmsi faktları sübut edilmişdir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1953-cü il tarixdə Gədəbəy rayonu, Miskinli kəndində doğulmuş X11 xx.xx.1953-cü il tarixdə Gədəbəy rayonu, Miskinli kəndində epilepsiya xəstəliyindən ölməsi faktı müəyyən edilsin. xx.xx.1970-ci ildə Gədəbəy rayonu, Miskinli kəndində doğulmuş X5 xx.xx.1972-ci il tarixdə Gədəbəy rayonu, Miskinli kəndində göbək ciyəsinin anomaliyası xəstəliyindən ölməsi faktı müəyyən edilsin. xx.xx.1964-cü ildə Gədəbəy rayonu,Miskinli kəndində doğulmuş X2 xx.xx.1989-cu il tarixində Gədəbəy rayonu, Miskinli kəndində ağ ciyərin vərəmi xəstəliyindən ölməsi faktı müəyyən edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar