Məhkəmə qərarları › İş №2(042)-1089/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1089/2025

11.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1089/2025 11.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Rəsmiyə Cəmil qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı xx.xx.2003-cü ildə Gədəbəy rayonu, Qurudərə kəndində anadan olmuş oğlu X2 28 aprel 2025-cı il tarixdə Luqansk şəhərinin Novoaydarskiy rayonunda avtoqəza səbəbindən vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə baxış iclasında ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, X5 onun övladıdır. O, xx.xx.2003-cü ildə Gədəbəy rayonu, Qurudərə kəndində anadan olmuşdur. Oğlu 28 aprel 2025-cı il tarixdə Luqansk şəhərinin Novoaydarskiy rayonunda avtoqəza nəticəsində ölmüş və bundan sonra Azərbaycana gətirilmiş Gədəbəy rayonu, Qurudərə kənd qəbristanlığında dəfn edilmişdir. Lakın bü günədək oğluna ölüm haqqında şəhadətnamə alınmamışdır. O, şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin oğlunun ölümünü təsdiq edən tibbi sənədlər olmadığı üçün Maraqlı şəxs ona ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərini nəzərə alaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X8 ifadə verərək, bildirmişdir ki, ərizəçi onun oğludur. Onun nəvəsi Qoruxmaz 28 aprel 2025-cı il tarixdə Rusiya Federasiyasının Luqansk Xalq Respublikasının Luqansk şəhərinin Novoaydarskiy rayonunda avtoqəza səbəbindən ölmüş, Gədəbəy rayonu, Qurudərə kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında dindirilmiş digər şahid X4 eyniməzmunlu ifadə vermişdir. İşdə olan Arayışdan görünür ki, X6 01 yanvar 2003-cü il tarixdə doğulmuşdur. Onun atası Ərizəçi, anası X1r. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan Məhkəmə-Tibbi Ekspertizası tətəfindən verilmiş X13 Şəhadətnamənin surətindən görünür ki,X6 28 aprel 2025-ci il tarixdə avtomobil qəzasında aldığı xəsartlər nəticəsində ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və şahid ifadələrini tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, xx.xx.2003-cü ildə Gədəbəy rayonu, Qurudərə kəndində doğulmuş X3 avtoqəza nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı sübut edilmişdir. Ona görə də ərizə təmin edilməli, xx.xx.2003-cü ildə Gədəbəy rayonu, Qurudərə kəndində doğulmuş X3 28 aprel 2025-cı il tarixdə Luqansk şəhərinin Novoaydarskiy rayonunda avtoqəza səbəbindən ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i : Ərizə təmin edilsin. xx.xx.2003-cı ildə Gədəbəy rayonu, Qurudərə kəndində doğulmuş X2 28 aprel 2025-cı il tarixdə Luqansk şəhərinin Novoaydarskiy rayonunda avtoqəza səbəbindən aldığı xəsarətlər nəticəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar