Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1091/2025 17.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Rəsmiyə Cəmil qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs 2 saylı Bakı Asan Xidmət Mərkəzinin Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs 2 saylı Bakı Asan Xidmət X1rşı xx.xx.1960-ci il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində doğulmuş X2 20 mart 2025-ci il tarixdə Bakı şəhərində bədxassəli yeni törəmə xəstəliyi nəticəsində ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, X11 oğlu onun qardaşıdır. O, xx.xx.1960-ci ildə Gədəbəy rayonu, Slavyanka kəndində anadan olmuşdur. Qardaşı 20 mart 2025-cı il tarixdə Bakı şəhərində bəd xassəli yeni törəmə xəstəliyi səbəbindən ölmüş və Slavyanka kənd qəbristanlığında dəfn edilmişdir. Lakın bü günədək qardaşına ölüm haqqında şəhadətnamə alınmamışdır. O, şəhadətnamə almaq üçün 2 saylı Bakı Asan Xidmət X5 müraciət etmişdir. Lakin qardaşının ölümünü təsdiq edən tibbi sənədlər olmadığı üçün 2 saylı Bakı Asan Xidmət X3 ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir.Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs 2 saylı Bakı Asan Xidmət X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərini nəzərə alaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X7 ifadə verərək, bildirmişdir ki, ərizəçi onun qaynıdır. Onun qardaşı Vidadi 20 mart 2025-cı il tarixdə Bakı şəhərində bəd xassəli yeni törəmə xəstəliyi səbəbindən ölmüş, Gədəbəy rayonu, Slavyanka kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında dindirilmiş digər şahid X4 eyniməzmunlu ifadə vermişlər. İşdə olan doğum haqqında şəhadətnamənin suraətindən görünür ki, 19 avqust 1974cü il tarixdə doğulmuş Ərizəçi ata qrafasında X8, ana qrafasında X9 qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin suraətindən görünür ki, 15 iyun 1960-cı il tarixdə doğulmuş X2 ata qrafasında X8, ana qrafasında X9 qeyd edilmişdir. İşdə olan 2 saylı Bakı Asan Xidmət Mərkəzinin Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, 15 iyun 1960-cı il tarixdə doğulmuş X2 20 mart 2025-ci il tarixdə Bakı şəhərində bədxassəli yeni törəmə xəstəliyindən ölməsi faktı sübut edilmişdir. Ona görə də ərizə təmin edilməli, 15 iyun 1960-ci ildə doğulmuş X2 20 mart 2025-ci il tarixdə Bakı şəhərində bədxassəli yeni törəmə xəstəliyi nəticəsində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i : Ərizə təmin edilsin. 15 iyun 1960-cı il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində doğulmuş X2 20 mart 2025-ci il tarixdə Bakı şəhərində bəd xassəli yeni törəmə xəstəliyi nəticəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-1091/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1091/2025
17.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver