Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1110/2025 05.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi ölüm faktının müəyyən edilməsi haqqında ərizəsi üzrə mülki iş (açar sözlər: hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında, ölümün faktının müəyyən edilməsi) hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Rəsmiyə Cəmil qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin mahiyyəti
1. Ərizəçi məhkəməyə ərizə verərək, xx.xx.1969-cu il tarixdə Gədəbəy rayonu,Qumlu kəndində anadan olmuş qardaşı X3 xx.xx.1988-ci il tarixdə Rusiya Federasiyasının Sverdlovsk vilayətində bədbəxt hadisə səbəbindən vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, X6 onun qardaşıdır.Qardaşı xx.xx.1969-cu il tarixdə Gədəbəy rayonunun Qumlu kəndində doğulmuşdur. O, xx.xx.1988-ci il tarixdə bədbəxt hadisə nəticəsində Rusiya Federasiyasının Sverdlovsk vilayətində vəfat etmişdir.Qardaşının ayağına dəmir düşmüş və qan itirməsi səbəbindən ölmüşdür.O, Azərbaycana gətirilmiş və Qumlu kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin bu vaxta qədər ölüm haqqında şəhadətnamə alınmamışdır. O,ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edilmişdir. Lakin qardaşının ölümünü təsdiq edən tibbi sənədlər olmadığı üçün Maraqlı şəxs ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Buna görə də qardaşının vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiqi ona bir sıra əmlak hüquqlarının, o cümlədən, vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün zəruridir.
II. Tərəflərin mövqeləri və şahid ifadələri:
3. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat vermiş və ərizənin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 və X2 ifadələrində bildirmişlər ki, ərizəçi onların qonşusudur. X6 ərizəçinin qardaşı olmuşdur. O, Rusiya Federasiyasında üzərinə dəmir düşməsi nəticəsində vəfat etmiş və Gədəbəy rayonu, Slavyanka kənd qəbiristanlığında dəfn olunmuşdur.
5. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə ərizəçini və şahidləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir.
8. Belə ki, - İşdə olan doğum haqqında şəhadətnamənin suraətindən görünür ki, X5 xx xxxxxx 1965-ci il tarixdə doğulmuş ata qrafasında X7, ana qrafasında X1 qeyd edilmişdir. - İşdə olan Arayışdan görünür ki, X6 07 yanvar 1969-cü il tarixdə doğulmuş ata qrafasında X7, ana qrafasında X1 qeyd edilmişdir. - Maraqlı şəxs tərəfindən Ərizəçi ərizəsinə cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığından ərizənin qeydiyyat orqanında təmin edilməsi mümkün deyildir.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; - 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
10. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, xx.xx.1969-cu il tarixdə doğulmuş X6 xx.xx.1988-ci il tarixdə Rusiya Federasiyasının Sverdlovsk vilayətində vəfat etmişdir. Onun həmin tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarında olan sənədlərlə təsdiqlənmişdir. X3 ölüm faktını təsdiq edən sənədlər olmadığından ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Bu səbəbdən Eldar Hüseynovun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir.X3 ölüm faktının müəyyən edilməsi ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Buna görə də, ərizə təmin edilməli, xx.xx.1969-cu il tarixdə doğulmuş X3 Rusiya Federasiyasının Sverdlovsk vilayətində bədbəxt hadisə nəticəsində xx.xx.1988-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir.
V. Nəticə:
11. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 326, 360, 362-ci maddələrini rəhbər tutaraq,
qət etdi:
Ərizə təmin edilsin. xx.xx.1969-cu il tarixdə doğulmuş X3 xx.xx.1988-ci il tarixdə, Rusiya Federasiyasının Sverdlovski vilayətində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Fizuli Mirzəquliyev