Məhkəmə qərarları › İş №2(042)-1114/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1114/2022

20.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1114/2022 20.12.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1943-cü ildə Gədəbəy rayonunda anadan olmuş X2nın 25 avqust 2022-ci il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində, qocalıq səbəbindən ölməsi (vəfat etməsi) faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, X2 xx.xx.1943-cü il tarixdə anadan olmuşdur. O, ailə üzvləri ilə birlikdə mövsümi olaraq Abşeron rayonunda və Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. Hal-hazırda şəxsi işləri ilə əlaqədar Söyüdlü kəndində müvəqqəti yaşayır. Anası isə bəzən onların yanında Abşeron rayonunda, bəzən isə şəhər həyatına öyrəşə bilmədiyinə görə Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən evlərində yaşamışdır. X2 xx.xx.2022-ci il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən evlərində qocalıq səbəbindən ölmüş və Söyüdlü kənd qəbiristanlığında dəfn edilmişdir. Bu barədə Gədəbəy rayon prokurorluğunda araşdırma aparılmışdır. Gədəbəy rayon prokurorluğunun 02 sentyabr 2022-ci il tarixli qərarı ilə faktla bağlı cinayət hadisəsi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin vaxt X2na ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda X2nın ölümünü təsdiq edən tibbi sənədlər olmadığı üçün Maraqlı şəxs onlara anasına ölümü haqqında şəhadətnamə verməkdən imtina edir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. X3 məhkəmə iclasında bildirdi ki, Ərizəçi onun qonşusudur. X1 isə ərizəçinin anasıdır. E.Qurbanova 25 avqust 2022-ci il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində yaşadığı evdə qocalıq səbəbindən vəfat etmişdir. E.Qurbanova Gədəbəy rayonu, Söyüdlü kənd qəbiristanlığında dəfn edilmişdir. Dəfn mərasimində o da iştirak etmişdir. X4 məhkəmə iclasında X8 ilə eyni məzmunlu ifadə verərək X5 25 avqust 2022-ci il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində qocalıq səbəbindən vəfat etdiyini və Gədəbəy rayonu, Söyüdlü kənd qəbiristanlığında dəfn olunduğunu təsdiq etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarında olan sübutları araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Söyüdlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 oktyabr 2022-ci il tarixli, 499 saylı arayışdan görünür ki, Cəfərov X10 rayonu, Söyüdlü kəndində qeydiyyatda olmasına baxmayaraq ilin müxtəlif fəsillərində mövsümi olaraq Söyüdlü kəndində yaşayır. İşdə olan Gədəbəy RİHB-nın Söyüdlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 oktyabr 2022-ci il tarixli, 130 saylı məktubdan görünür ki, X1 mövsümi olaraq Söyüdlü kəndində yaşamışdır. İşdə olan 02 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan, xx.xx.1943-cü il təvəllüdlü X5 yaşadığı evdə ölmüş vəziyyətdə tapılması barədə daxil olmuş məlumat Gədəbəy rayon Polis şöbəsinin 27 avqust 2022-ci il tarixli, 19815401-1222 nömrəli məktubu araşdırılması üçün istintaq aidiyyəti üzrə rayon prokurorluğuna göndərilmiş, məlumatla bağlı araşdırılma aparılmış və toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan vətəndaş Ərizəçi müraciətinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş 05 oktyabr 2022-ci il tarixli, 05/Q-11-583 nömrəli məktubdan görünür ki, mərhum oğlu X5 ölməsinə dair Maraqlı şəxsnə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölümün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığı səbəbdən Maraqlı şəxsndə ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülümüşdür. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, xx.xx.1943-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuş, X7 25 avqust 2022-ci il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində vəfat etmiş və Gədəbəy rayonu, Söyüdlü kənd qəbiristanlığında dəfn edilmişdir. Onun 25 avqust 2022-ci il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində ölməsi şahid ifadələri və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X5 ölümü ilə əlaqədar tibbi sənədlər olmadığından və onun ölümündən müəyyən müddət keçməsinə görə ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, onun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X5 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1943-cü ildə Gədəbəy rayonunda anadan olmuş X5 25 avqust 2022-ci il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində qocalıq səbəbindən ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, X6 veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “25 avqust 2022-ci il”, öldüyü yer kimi “Gədəbəy rayonu, Söyüdlü kəndi”, ölüm səbəbi kimi “qocalıq” qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar