Məhkəmə qərarları › İş №2(042)-1118/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1118/2023

27.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1118/2023 27.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X13 iştirakı ilə, Ərizəçi “atalığın müəyyən (etiraf) edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 12 iyul 2007-ci il tarixdə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində vəfat etmiş X6 onun atası olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1948-ci ildə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olmuşdur. Hal-hazırda Bakı şəhərində pasport qeydiyyatında olsa da, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində müvəqqəti qeydiyyatdaya və yaşayır. Müvəqqəti qeydiyyata alınması barədə Kiçik Qaramurad kənd İƏD üzrə nüamyəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışı ərizəsinə əlavə edir. Mərhum X4 ilə anası X9 arasında rəsmi nikah o doğulduqdan sonra, yəni xx.xx.1954cü il tarixdə bağlanmışdır. Ona görə də onun atalığı müəyyən edilməmiş, ona verilən doğum haqqında şəhadətnamədə ata qrafası boş saxlanılmışdır. O, xx.xx.1970-ci ildə o rəsmi nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra ona Alıyeva soyadı verilmişdir. X4 xx.xx.2007-ci ildə, anası X9 isə xx.xx.2002-ci ildə vəfat etmişdir. O, valiynlərindən miras qalmış əmlaka vərəsə tanınmaq istəyir. Lakin atalığı müəyyən edilmədiyindən onun müraciətinə baxılmaqdan imtina edilmişdir. Atalığının müəyyən edilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, valideynləri vəfat etdiyindən atalığının qeydiyyat orqanında müəyyən edilməsi mümkün olmamış və bu barədə ona qeydiyyat şöbəsindən imtina məktubu verilmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi etibarnamə üzrə nümayəndəsi X19 ərizədə göstərilənlərə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasında bildirdi ki, Gədəbəy rayonu, Morxulu kəndində yaşayır. O, ərizəçini tanıyır. Ərizəçi onun qaynının qızıdır. Ərizəçi X4, anası X9 olmuşdur. X14 vəfat etmişdir. X1 məhkəmə iclasında X2nın ifadəsi ilə eyni məzmunlu ifadə verərək X6 Ərizəçi atası olmasını təsdiq etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Gədəbəy rayon İHB-nın Kiçik Qaramurad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli, 376 saylı arayışdan görünrü ki, Ərizəçi RİH başçısının Kiçik Qaramurad kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 01 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 04-cü səhifəsinə, 04 nömrəli şəxsi hesabına əsasən müvəqqəti yaşayan kimi qeyd edilmişdir. Hazırda Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində yaşayır. İşdə olan müvəqqəti qeydiyyat vəsiqəsinin və onunla bağlı məktubun surətindən görünür ki, Alıyeva X11 rayonu, Kiçik Qaramurad kəndində xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvəqqəti qeydiyyata alınmışdır. İşdə olan doğum haqqında arayışdan görünür ki, X10 xx.xx.1948-ci il tarixdə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində doğulmuş, anası qrafasında X9 qeyd edilmiş, atası qrafası boş saxlanılmışdır. İşdə olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X8 nikahlarını xx.xx.1970-ci il tarixdə bağlamışlar. Nikahdan sonra ərə Alıyev, arvada Alıyeva soyadı verilmişdir. İşdə olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X9 nikahlarını xx.xx.1954-cü il tarixdə bağlamışlar. İşdə olan ölüm haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X14 xx.xx.2007-ci il tarixdə, X9 xx.xx.2002-ci il tarixdə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ərizəsinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi atası və anası vəfat etdiyinə görə onun atalığının müəyyən edilməsi qeydiyyat şöbəsində mümkün deyildir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.10-cu maddəsinə əsasən, məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır:

1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. İşin faktiki hallarından görünür ki, Ərizəçi xx.xx.1948-ci il tarixdə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olmuşdur. Ərizəçi anadan olduğu zaman X4 ilə anası X9 arasında rəsmi nikah olmadığından atalığı müəyyən edilməmiş və ona verilmiş doğum haqqında şəhadətnamədə ata qrafası boş saxlanılmışdır. X14 xx.xx.2007-ci il tarixdə ölmüşdür. Ərizəçinin uşağın atalığının məhkəmədən kənar qaydada müəyyən etdirmək imkanı atası vəfat etdiyindən tükənmişdir. Ərizəçi atasının mərhum X14 olması həm ərizəçinin nümayəndəsinin izahatı, həm də şahid ifadələri ilə öz təsdiqini tapır. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx xxxxxxx 1948-ci il tarixdə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olmuş, Ərizəçi atasının 12 iyul 2007-ci il tarixdə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində vəfat etmiş X14 olması hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, Ərizəçi veriləcək yeni doğum haqqında şəhadətnamədə onun “atası” qrafasında X14 qeyd edilsin, qalan məlumatlar olduğu kimi saxlanılsın. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar