Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1216/2025 26.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «əmlak tələbi barədə» iddiası üzrə mülki iş (açar sözlər: mülkiyyət hüququ ilə əlaqədar mübahisələr) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmlak tələbi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəmədə iddia qaldıraraq, mülkiyyətində olan yuxarıda göstərilən daşınar əmlakların və ya həmin əmlakların dəyəri olan 2.716 manat pulun Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2025-ci il tarixdə qeyri-rəsmi olaraq ailə qurmuşdur. Birgə ailə münasibətlərindən övladı yoxdur. Hazırda faktiki olaraq ailə münasibətləri dağılmışdır və o anasının yaşadığı evə qayıtmışdır. Cavabdehlə ailə qurduqdan sonra mövcud olan adət-ənənələrə uyğun olaraq cavabdehin yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüş və cehiz kimi müəyyən daşınar əmlakı özü ilə aparmışdır. Cehiz əşyaları bunlardır: - dəyəri 125 manat olan 5 ədəd döşək, dəyəri 40 manat olan 6 ədəd yorğan, dəyəri 120 manat olan 8 ədəd yastıq, dəyəri 44 manat olan 11 ədəd döşəkcə, dəyəri 20 manat olan 2 ədəd mütəkki, dəyəri 60 manat olan 2 ədəd masa örtüyü, dəyəri 80 manat olan 1 ədəd örtük, dəyəri 300 manat olan 1 çəmadan dəsmal, dəyəri 200 manat olan 1 sandıq yastıq üzü, dəyəri 80 manat olan Pastel dəstləri, dəyəri 70 manat olan 1 ədəd ütü stolu, dəyəri 40 manat olan 1 ədəd ütü, dəyəri 15 manat olan 1 ədəd samovar, dəyəri 12 manat olan 1 ədəd termus, dəyəri 200 manat olan 4 ədəd xalça, dəyəri 40 manat olan 12 ədəd pərdə, 2 ədəd meyvə qabı, dəyəri 80 manat olan 1 ədəd çil-çıraq, dəyəri 80 manat olan 1 ədəd böyük qazan, dəyəri 60 manat olan 3 ədəd şirəli böyük qazan, dəyəri 40 manat olan 3 ədəd şirəli balaca qazan, dəyəri 25 manat olan 1 ədəd şirəli vedrə, dəyəri 35 manat olan 4 plastik vedrə, dəyəri 30 manat olan 7 ədəd ləyən, dəyəri 20 manat olan 4 ədəd padnus, dəyəri 35 manat olan 5 böyük ləyən, dəyəri 80 manat olan 2 dəst pastel üzü, dəyəri 30 manat olan 1 ədəd lampa, dəyəri 70 manat olan 1 ədəd sac, dəyəri 42 manat olan 7 ədəd qənd qabı, dəyəri 300 manat olan 60 ədəd boşqab, dəyəri 20 manat olan 1 ədəd şirəli çaydan, dəyəri 9 manat olan 1 ədəd balaca çaydan, dəyəri 80 manat olan 5 qutu qab-qacaq, dəyəri 80 manat olan 3 ədəd divan örtüyü, dəyəri 37 manat olan 1 ədəd zibil qabı, döşəmə silən, süpürgə, dəyəri 12 manat olan 6 ədəd oturacaq örtüyü, dəyəri 40 manat olan 2 ədəd saç feni, dəyəri 25 manat olan 1 ədəd blender,dəyəri 150 manat 5 ədəd təsbeh. Cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək ona geri qaytarmaqdan imtina etmişdir. Hesab edir ki, onun mülkiyyətində olan daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmalıdır.
II. Tərəflərin mövqeləri və şahid ifadələri:
3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etdi və izahatında göstərdi ki, iddia ərizəsində qeyd edilən əmlaklar ona məxsus evdədir. Həmin əşyaların iddiaçıya qaytarılmasına etirazı yoxdur.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
7. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
8. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
9. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
10. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir .
11. Azərbaycan Respublikası MPM-in: - 76.1-ci maddəsinə əsasən, Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən, Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
12. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçı tələb etdiyi cehiz əşyalarının mövcudluğunu, həmin əşyaların ona məxsus olmasını, cavabdehdə qaldığını və qaytarılmadığını sübut etməlidir.
13. Məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi cehiz əşyaları - dəyəri 125 manat olan 5 ədəd döşək, dəyəri 40 manat olan 6 ədəd yorğan, dəyəri 120 manat olan 8 ədəd yastıq, dəyəri 44 manat olan 11 ədəd döşəkcə, dəyəri 20 manat olan 2 ədəd mütəkki, dəyəri 60 manat olan 2 ədəd masa örtüyü, dəyəri 80 manat olan 1 ədəd örtük, dəyəri 300 manat olan 1 çəmadan dəsmal, dəyəri 200 manat olan 1 sandıq yastıq üzü, dəyəri 80 manat olan Pastel dəstləri, dəyəri 70 manat olan 1 ədəd ütü stolu, dəyəri 40 manat olan 1 ədəd ütü, dəyəri 15 manat olan 1 ədəd samovar, dəyəri 12 manat olan 1 ədəd termus, dəyəri 200 manat olan 4 ədəd xalça, dəyəri 40 manat olan 12 ədəd pərdə, 2 ədəd meyvə qabı, dəyəri 80 manat olan 1 ədəd çil-çıraq, dəyəri 80 manat olan 1 ədəd böyük qazan, dəyəri 60 manat olan 3 ədəd şirəli böyük qazan, dəyəri 40 manat olan 3 ədəd şirəli balaca qazan, dəyəri 25 manat olan 1 ədəd şirəli vedrə, dəyəri 35 manat olan 4 plastik vedrə, dəyəri 30 manat olan 7 ədəd ləyən, dəyəri 20 manat olan 4 ədəd padnus, dəyəri 35 manat olan 5 böyük ləyən, dəyəri 80 manat olan 2 dəst pastel üzü, dəyəri 30 manat olan 1 ədəd lampa, dəyəri 70 manat olan 1 ədəd sac, dəyəri 42 manat olan 7 ədəd qənd qabı, dəyəri 300 manat olan 60 ədəd boşqab, dəyəri 20 manat olan 1 ədəd şirəli çaydan, dəyəri 9 manat olan 1 ədəd balaca çaydan, dəyəri 80 manat olan 5 qutu qab-qacaq, dəyəri 80 manat olan 3 ədəd divan örtüyü, dəyəri 37 manat olan 1 ədəd zibil qabı, döşəmə silən, süpürgə, dəyəri 12 manat olan 6 ədəd oturacaq örtüyü, dəyəri 40 manat olan 2 ədəd saç feni, dəyəri 25 manat olan 1 ədəd blender,dəyəri 150 manat 5 ədəd təsbehdən ibarət cehiz əşyalarının mövcudluğunu və iddiaçının gəlin köçdüyü evdə qalmasını cavabdeh etiraf edir.
14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir.
15. Belə ki, Cavabdeh cehiz əşyalarının qaytarılması barədə tələbi məhkəmə iclasının fasiləsiz audio yazısı aparılarkən etiraf etmişdir. MPM-in 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 191.3 və 52.5-ci maddələrinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın həmin hissəsinin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır.
16. Odur ki, iddiaçı həmin əşyaların mövcudluğunu və cavabdehlərdə qalmasını sübut etmək vəzifəsindən azad edilmiş sayılır.
17. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələb etdiyi cehiz əşyalarının və ya həmin əşyaların dəyərinin cavabdehdən alınıb ona qaytarılması tələbi əsaslıdır.
18. Məhkəmə iddia tələbində göstərilən cehiz əşyalarının qiyməti məsələsini həll edərkən hesab edir ki, cavabdehdən alınmalı olan cehiz əşyalarının dəyəri müəyyən edilərkən iddiaçının izahatında göstərdiyi qiymətlər cavabdeh tərəfindən mübahisələndirilmədiyindən həmin qiymətlər əsas götürülməlidir.
19. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı tələb etdiyi cehiz əşyalarından – dəyəri 125 manat olan 5 ədəd döşək, dəyəri 40 manat olan 6 ədəd yorğan, dəyəri 120 manat olan 8 ədəd yastıq, dəyəri 44 manat olan 11 ədəd döşəkcə, dəyəri 20 manat olan 2 ədəd mütəkki, dəyəri 60 manat olan 2 ədəd masa örtüyü, dəyəri 80 manat olan 1 ədəd örtük, dəyəri 300 manat olan 1 çəmadan dəsmal, dəyəri 200 manat olan 1 sandıq yastıq üzü, dəyəri 80 manat olan Pastel dəstləri, dəyəri 70 manat olan 1 ədəd ütü stolu, dəyəri 40 manat olan 1 ədəd ütü, dəyəri 15 manat olan 1 ədəd samovar, dəyəri 12 manat olan 1 ədəd termus, dəyəri 200 manat olan 4 ədəd xalça, dəyəri 40 manat olan 12 ədəd pərdə, 2 ədəd meyvə qabı, dəyəri 80 manat olan 1 ədəd çilçıraq, dəyəri 80 manat olan 1 ədəd böyük qazan, dəyəri 60 manat olan 3 ədəd şirəli böyük qazan, dəyəri 40 manat olan 3 ədəd şirəli balaca qazan, dəyəri 25 manat olan 1 ədəd şirəli vedrə, dəyəri 35 manat olan 4 plastik vedrə, dəyəri 30 manat olan 7 ədəd ləyən, dəyəri 20 manat olan 4 ədəd padnus, dəyəri 35 manat olan 5 böyük ləyən, dəyəri 80 manat olan 2 dəst pastel üzü, dəyəri 30 manat olan 1 ədəd lampa, dəyəri 70 manat olan 1 ədəd sac, dəyəri 42 manat olan 7 ədəd qənd qabı, dəyəri 300 manat olan 60 ədəd boşqab, dəyəri 20 manat olan 1 ədəd şirəli çaydan, dəyəri 9 manat olan 1 ədəd balaca çaydan, dəyəri 80 manat olan 5 qutu qab-qacaq, dəyəri 80 manat olan 3 ədəd divan örtüyü, dəyəri 37 manat olan 1 ədəd zibil qabı, döşəmə silən, süpürgə, dəyəri 12 manat olan 6 ədəd oturacaq örtüyü, dəyəri 40 manat olan 2 ədəd saç feni, dəyəri 25 manat olan 1 ədəd blender,dəyəri 150 manat 5 ədəd təsbeh, onlardan hər hansı birinin naturada verilməsi mümkün olmadıqda onun dəyər qiyməti Cavabdeh alınıb İddiaçı verilməlidir.
20. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir.
21. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Belə olan halda, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,
qət etdi:
İddia təmin edilsin. Aşağıda sadalanan əşyalar Cavabdeh alınaraq İddiaçı qaytarılsın:
5 ədəd döşək – dəyəri 125 manat, 6 ədəd yorğan – dəyəri 40 manat, 8 ədəd yastıq – dəyəri 120 manat, 11 ədəd döşəkcə - dəyəri 44 manat, 2 ədəd mütəkki – 20 manat, 2 ədəd masa örtüyü – dəyəri 60 manat, 1 ədəd örtük – 80 manat, 1 çəmadan dəsmal – dəyəri 300 manat, 1 sandıq yastıq üzü- dəyəri 200 manat, Pastel dəstləri – dəyəri 80 manat, 1 ədəd ütü stolu – dəyəri 70 manat, 1 ədəd ütü – dəyəri 40 manat, 1 ədəd samovar – 15 manat, 1 ədəd termus- dəyəri 12 manat, 4 ədəd xalça- dəyəri 200 manat, 12 ədəd pərdə- dəyəri 40 manat, 2 ədəd meyvə qabı- 1 ədəd çil-çıraq- dəyəri 80 manat, 1 ədəd böyük qazan-dəyəri 80 manat, 3 ədəd şirəli böyük qazan - dəyəri 60 manat, 3 ədəd şirəli balaca qazan – dəyəri 40 manat, 1 ədəd şirəli vedrə - dəyəri 25 manat, 4 plastik vedrə - dəyəri 35 manat, 7 ədəd ləyən- dəyəri 30 manat, 4 ədəd padnus - dəyəri 20 manat, 5 böyük ləyən - dəyəri 35 manat, 2 dəst pastel üzü- dəyəri 80 manat, 1 ədəd lampa- dəyəri 30 manat, 1 ədəd sac – dəyəri 70 manat, 7 ədəd qənd qabı- dəyəri 42 manat, 60 ədəd boşqab- dəyəri 300 manat, 1 ədəd şirəli çaydan – dəyəri 20 manat, 1 ədəd balaca çaydan – dəyəri 9 manat, 5 qutu qab-qacaq- dəyəri 80 manat, 3 ədəd divan örtüyü – dəyəri 80 manat, 1 ədəd zibil qabı, döşəmə silən, süpürgə - dəyəri 37 manat, 6 ədəd oturacaq örtüyü – dəyəri 12 manat, 2 ədəd saç feni- dəyəri 40 manat, 1 ədəd blender – dəyəri 25 manat, 5 ədəd təsbeh- dəyəri 150 manat,
Həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 60 (altmış) manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov