Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1297/2024 05.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, aliment tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş, onunla Maraqlı şəxs arasında Bakı 13 saylı Mediyasiya Təşkilatında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Barşıq sazişinin qeyd edilən kimi razıllığa gəlmişlər: “(Aliment tələbi) Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs onların qeyri-rəsmi nikahlarından anadan olmuş övladları xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cti il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması məqsədi ilə hər ay hər uşaq üçün 135 manat, ümumilikdə 405 manat aliment məbləğini 2-ci tərəf Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 1-30-u aralığında l-ei tərəf Ərizəçi aid olan kart hesabına və ya digər hesablara köçürür.”. Maraqlı şəxs barışıq sazişinin şərtlərini kobud şəkildə pozaraq, birgə nikahlarından dünyaya gələn xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün 135 manat alimenti ödəmir. Dəfələrlə maraqlı şəxsə barışıq sazişinin şərtlərinə əməl etməyi bildirsə də, o buna məhəl qoymur və barşıq sazişinin şərtlərini pozmuş olur. Bu halları nəzərə alaraq hesab edir ki, aralarında bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiqlənməsinə zərurət vardır. Ərizəçiyə və maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər, nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməli və barışıq sazişinin təsdiqindən imtina edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə, X8 xx.xx.2012-ci il tarixdə, X9 xx.xx.2011-ci il tarixdə doğulmuşlar, atalar qrafasında Maraqlı şəxs, anası qrafasında Ərizəçi qeyd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs onların qeyri-rəsmi nikahlarından anadan olmuş övladları xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması məqsədi ilə hər ay hər uşaq üçün 135 manat olmaqla, ümumilikdə 405 manat aliment məbləğini Maraqlı şəxs xx.xx.2024-cü il tarixindən başlayaraq hər ayın 1- 30-u aralığında Ərizəçi aid olan kart hesabına və ya digər hesablara köçürülməsi barədə saziş bağlamışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmə qeyd edir ki, Maraqlı şəxs ilə Ərizəçi birgə yaşadıqları dövrdə doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulması barədə mediasiya prosesində razılığa gələrək barışıq sazişi imzalasalar da, tərəflər arasında rəsmi nikah olmamış, Maraqlı şəxs uşaqların atası olması faktı müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 üçün Maraqlı şəxs aliment tutula bilməz və bu barədə bağlanmış barışıq sazişi qanuna zidd olduğundan təsdiq edilən bilməz. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməməli və barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 12 dekabr 2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1297/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1297/2024
05.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver