Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1310/2025 25.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə” ərizəsi üzrə mülki iş (açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, “Maraqlı şəxs yetkinlik yaşına çatmayan övladı - xx.xx.2016-cı il doğum tarixli X1 yetkinlik yaşma çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat alimenti ödəməyi xx.xx.2024-cü il tarixdən başlayaraq öz üzərinə öhdəlik götürür” şərtlərinin təsbit olunduğu o və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs onun sabiq həyat yoldaşıdır. Onunla aralarında rəsmi nikah pozulmuşdur. xx.xx.2016-cı il doğum tarixli X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün alimentin artırılması tələbi ilə bağlı xx.xx.2024-cü il tarixdə mediasiyaya müraciət etmişdir. O və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə baş tutmuş mediasiya prosesi nəticəsində MŞT/MT024/2024-0576 nömrəli Barışıq Sazişi imzalanmışdır. X4 əsasən o və Maraqlı şəxs “Maraqlı şəxs yetkinlik yaşma çatmayan xx.xx.2016-cı il doğum tarixli X1 yetkinlik yaşma çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat alimenti iyul 2024-cü il tarixi də daxil olmaqla Ərizəçi qızma ödəməyi öz üzərinə öhdəlik götürməsi” barədə razılığa gəlmişlər. Göstərilən şərtlərə dair o və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin Maraqlı şəxs tərəfindən icra edilməli olan A bəndində nəzərdə tutulmuş şərt hal-hazıradək düzgün icra olunmamışdır. Belə ki, maraqlı şəxs X3 artıq iki aydır ki, alimenti ödəmir və ödəməkdən imtina edir. Bu səbəbdən də hüquqlarının müdafiəsi məqsədilə hazırki ərizə ilə məhkəməyə müraciət edir. Odur ki, qeyd olunan Barışıq Sazişinin maraqlı şəxs tərəfindən icra edilməli olan digər bəndinin (A) xüsusi icraat qaydasında baxılması və hüquqlarının təmin edilməsi barədə müvafiq yekun qərar qəbul olunması zəruridir.
II. Tərəflərin mövqeləri:
3. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır.
7. Belə ki, mülki iş materiallarında olan; - mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər, yəni Maraqlı şəxs və Ərizəçi razılığa gəldiyi mübahisənin həlli istiqamətində qəbul etdiyi şərtlər və həmin şərtlərin yerinə yetirilməsinin üsulu və müddətləri aşağıdakı kimidir; (barışıq sazişinin icra olunması tarixinin xx.xx.2024-cü ildən başlaması müəyyən olunmuşdur.) “xx.xx.2016-cı il doğum tarixli X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat alimentin ödənilməsini iyul 2024-cü il tarixi də daxil olmaqla Maraqlı şəxs öz üzərinə öhdəlik götürür.”
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; - 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. - 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. - 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. - 355-25.4-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. - 355-26.1-ci maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
9. Beləliklə, məhkəmə qeyd edir ki, Maraqlı şəxs ilə Ərizəçi mediasiya prosesində uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment öhdəliyi barədə razılığa gəlmişlər və barışıq sazişi imzalamışlar. Lakin barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs saziş üzrə aliment öhdəliklərini yerinə yetirməmişdir.
10. Həmçinin barışıq sazişinin təsdiq edilməməsi üçün Azərbaycan Respublikasının MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulmuş hallar yoxdur və maraqlı şəxs buna etiraz etmir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişi təsdiq edilməlidir.
11. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
V. Nəticə:
12. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi - “xx.xx.2016-cı il doğum tarixli X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat alimentin ödənilməsini iyul 2024-cü il tarixi də daxil olmaqla Maraqlı şəxs öz üzərinə öhdəlik götürməsi” - hissəsində təsdiq edilsin. Tərəflər barışıq sazişin şərtlərindən irəli gələn öhdəlikləri icra etməkdən imtina edərsə, həmin şərtlər məcburi qaydada icra etdirilsin. Aliment xx.xx.2024-cü il tarixdən başlayaraq hesablansın. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov