Məhkəmə qərarları › İş №2(042)-1328/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1328/2025

05.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1328/2025 05.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçinın “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki iş (açar sözlər: hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında, ölümün faktının müəyyən edilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. Ərizəçi məhkəməyə ərizə verərək, xx.xx.1986-ci il tarixində anadan olmuş X2n xx.xx.1987-ci il tarixində Gədəbəy rayonun Düzyurd kəndində sudurğa keçirmə səbəbindən vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə Gədəbəy rayonu, Düzyurd kəndində anadan olmuşdur. X7 adlı xanımla ailə qurmuşdur. Onların birgə evlilikdən xx.xx.1986-ci il tarixində X8 adlı bir övladları doğulmuşdur. X3 xx.xx.1987-ci il tarixində sudurqa keçirdərək vəfat etmişdir. X2 xx.xx.1987-ci il tarixində bir qurub kənd sakinlərinin iştirakları ilə Düzyurd kənd qəbirsanlığında dəfn etmişlər. Oğlu azyaşlı olduğundan ona qəbir daşı qoydurmamış və savadsız olduğuna görə ona ölüm haqqında şəhadətnamə almaq lazım olduğunu bilməmişdir. O, oğlunun ölüm şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubuna əsasən ölüm haqqında akt qeydi aşkar olunmadığına görə məhkəməyə müraciət etməli olduğunu qeyd etmişdir. Onun arvadı X7 vəfat etmişdir, sonuncunun vəfatından sonra torpağının və evinin sənədlərini düzəltdirmək istərkən ona məlum olmuşdur ki, xx.xx.1987-ci il tarixində vəfat etmiş X2n ölüm şəhadətnaməsi yoxdur.

II. Tərəflərin mövqeləri və şahid ifadələri:

3. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadələrində, xx.xx.1986-ci il təvəllüdlü X4 xx.xx.1987-ci il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində “sudurğa keçirmə” səbəbindən vəfat etməsini təsdiq etdilər.

5. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə ərizəçini və şahidləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.

8. Belə ki, mülki iş materiallarında olan; - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X8 xx.xx.1986-ci il tarixdə doğulmuş, atası qrafasında Ərizəçi, anası qrafasında X7 qeyd edilmişdir. - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X9 xx.xx.2025-ci il tarixdə ölmüşdür. - “Elektron notariat” X1 vasitəsilə “X6” AQİS-dən çıxarışdan görünür ki, Ərizəçi Firudun oğlu ilə X7 nikahlarını xx.xx.1985-ci il tarixdə bağlamışlar. - Maraqlı şəxs tərəfindən Ərizəçinın ərizəsinə cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığından ərizənin qeydiyyat orqanında təmin edilməsi mümkün deyildir.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; - 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. - 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. - 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

10. Beləliklə, məhkəmədə müəyyən olundu ki, xx.xx.1986-ci il tarixdə anadan olmuş, X8 xx.xx.1987-ci il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində vəfat etmişdir. Onun xx.xx.1987-ci il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X4 ölüm faktını təsdiq edən sənədlər olmadığından ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, B.Cəfərov ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X4 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir.

V. Nəticə:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 326, 360, 362ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. xx.xx.1986-cı il tarixində doğulmuş X4 xx.xx.1987-ci il tarixində, Gədəbəy rayonu, Düzyurd kəndində “sudurğa keçirmə” səbəbindən ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar