Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-133/2025 15.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı xx.xx.1969-cu il tarixdə doğulmuş, Bakı şəhəri, X9, Binəqədi Gənclər şəhərciyi, ev 19, mənzil 54 ünvanında 18 sentyabr 2024-cü il tarixdə X1 ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, X2 onun əri olmudur. O, 20 dekabr 1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, 18 sentyabr 2024-cü il tarixdə Bakı şəhərində şəkər xəstəliyindən ölmüş və həmin tarixdə Bakı şəhəri, Maştağa qəsəbəsi, Subtropik sovxoz qəbiristanlığında dəfn edilmişdir. O, ərinin ölümü ilə əlaqədar şəhadətnamə almaq üçün adiyyati qurumlara müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi sənədlər olmadığı üçün ona ölüm haqqında şəhadətnamə verməkdən imtina edilmiş, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərini nəzərə alaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X3 surətindən görünür ki, X4 ilə X7 xx.xx.2005-ci il tarixdə Gədəbəy Rayon Şahdağ kənd İƏD üzrə Nümayəndəliyində nikah bağlamışlar. İşdə olan X6 Vərəqindən görünür ki, 1969-cu ildə doğulmuş X2 18 sentyabr 2024cü il tarixdə ölmüşdür. İşdə olan Sabunçu Rayon Maştağa Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, X2 Bakı şəhəri, Maştağa qəsəbəsi Subtropik sovxoz qəbiristanlığında dəfn edilmişdir. İşdə olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və şahid ifadələrini təhqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuş X1 18 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, X9 Binəqədi Gənclər şəhərciyi, ev 19, mənzil 54 ünvanda şəkər xəstəliyindən ölməsi faktı sübut edilmişdir. Ona görə də ərizə təmin edilməli, xx.xx.1969-cü il tarixdə Bakı şəhərində doğulmuş X1 18 sentyabr 2024-cü tarixdə Bakı şəhəri, X9, Binəqədi Gənclər şəhərciyi, ev 19, mənzil 54 ünvanda ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i : Ərizə təmin edilsin. xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuş X1 18 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, X9 Binəqədi Gənclər şəhərciyi, ev 19, mənzil 54 ünvanda şəkər xəstəliyindən ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-133/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-133/2025
15.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver