Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1345/2025 17.12.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «əmlak tələbi barədə» iddiası üzrə mülki iş (açar sözlər: mülkiyyət hüququ ilə əlaqədar mübahisələr) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «əmlak tələbi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəmədə iddia qaldıraraq, dəyəri 1900-1950 manat olan 2 nəfərlik yataq, termo, şifoner, yataq və 2 ədəd kiçik şkafdan ibarət dəst, dəyəri 250-255 manat olan pərdə, ağı ilə birlikdə, cəmi dəyəri 200-220 manat olan 2 ədəd kiçik gəvə, dəyəri 150- 160 manat olan 1 ədəd böyük gəvə, dəyəri 25-30 manat olan 1 ədəd böyük şirəli ləyən, dəyəri 20-25 manat olan 1 ədəd kiçik şirəli ləyən, dəyəri 15-20 manat olan 1 ədəd şirəli vedrə, dəyəri 25-30 manat olan 1 ədəd miksel, dəyəri 25-30 manat olan 12 ədəd armudu stəkan, dəyəri 150-160 manat olan 1 ədəd çil-çıraq dəyəri, dəyəri 10-12 manat olan 1 ədəd sini, dəyəri 80-90 manat olan 48 ədəd dördkünc qara güllü boşqab dəstindən ibarət cehiz əşyalarının, İddiaçı məxsus atestat və peşə məktəbi tərəfindən verilmiş diplomun, dəyəri 480-510 manat olan 1 ədəd 585 əyyarlı, 5 qram çəkidə ağ qaşlı nişan üzük, dəyəri 1.200-1.275 manat olan 585 əyyarlı 15 qram çəkidə boyunbağı, sırğa, qolbağı və üzükdən ibarət dəst, dəyəri 320-340 manat olan 585 əyyarlı 4 qram çəkidə 1 ədəd qolbağı, dəyəri 400-425 manat olan 585 əyyarlı 5 qram çəkidə 1 ədəd ağ qaşlı üzük, dəyəri 480-510 manat olan 585 əyyarlı, 6 qram çəkidə 1 ədəd boyunbağından ibarət qızıl-zinət əşyalarının özününün, mümkün olmadıqda isə dəyərinin və ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, O, Cavabdeh ilə 14 oktyabr 2023-cü il tarixdə ailə qurmuşdur. Onların rəsmi nikahları olmasa da birgə münasibətlərindən bir övladları olmuşdur. Cavabdeh uşaqları xəstə olduğuna görə ondan ayrılmışdır. Bundan sonra o anası ilə öz evlərinə gəlmişdir. Onun adlarını qeyd etdiyi toyda ona hədiyyə edilmiş əşyaları cavabdehin evində qalmışdır. Cavabdehdə qalan əşyalar bunlardır: dəyəri 1900-1950 manat olan 2 nəfərlik yataq, termo, şifoner, yataq və 2 ədəd kiçik şkafdan ibarət dəst, dəyəri 250-255 manat olan pərdə, ağı ilə birlikdə, cəmi dəyəri 200-220 manat olan 2 ədəd kiçik gəvə, dəyəri 150-160 manat olan 1 ədəd böyük gəvə, dəyəri 25-30 manat olan 1 ədəd böyük şirəli ləyən, dəyəri 20-25 manat olan 1 ədəd kiçik şirəli ləyən, dəyəri 15-20 manat olan 1 ədəd şirəli vedrə, dəyəri 25-30 manat olan 1 ədəd miksel, dəyəri 25-30 manat olan 12 ədəd armudu stəkan, dəyəri 150-160 manat olan 1 ədəd çil-çıraq dəyəri, dəyəri 10-12 manat olan 1 ədəd sini, dəyəri 80-90 manat olan 48 ədəd dördkünc qara güllü boşqab dəstindən ibarət cehiz əşyaları, İddiaçı məxsus atestat və peşə məktəbi tərəfindən verilmiş diplom, dəyəri 480-510 manat olan 1 ədəd 585 əyyarlı, 5 qram çəkidə ağ qaşlı nişan üzük, dəyəri 1.200-1.275 manat olan 585 əyyarlı 15 qram çəkidə boyunbağı, sırğa, qolbağı və üzükdən ibarət dəst, dəyəri 320-340 manat olan 585 əyyarlı 4 qram çəkidə 1 ədəd qolbağı, dəyəri 400-425 manat olan 585 əyyarlı 5 qram çəkidə 1 ədəd ağ qaşlı üzük, dəyəri 480-510 manat olan 585 əyyarlı, 6 qram çəkidə 1 ədəd boyunbağından ibarət qızıl-zinət əşyaları. Cavabdehdə qalmış qızıl əşyalarının mövcudluğu və ona hədiyyə olunması şəkillərdən aydın görünür. Həmin şəkilləri iddia ərizəsinə əlavə edir. Cavabdeh onun qızıllarını, cehiz əşyalarını və şəkillərdə göstərdikləri əmlakları geri qaytarmır. Ona görə də məhkəmədə iddia qaldırmalı olmuşdur.
II. Tərəflərin mövqeləri və şahid ifadələri:
3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, O, idida tələbini qismən qəbul edir. Belə ki, iddiaçının tələb etdiyi cehiz əşyaları sırasında olan dördkünc qara güllü boşqab dəsti 48 ədəd deyil, cəmi 24 ədəd olmuşdur. Eləcə də iddiaçının tələb etdiyi qızıl əşyalarından 1 ədəd qolbağı, 1 ədəd ağ qaşlı üzük və 1 ədəd boyunbağını (iddia ərizəsində 20, 21 və 22-ci sırada qeyd olunan əşyalar) ayrılıb gedərkən özü ilə aparmışdır. Bu halı təsdiq etmək üçün iddiaçının narazılıqla çıxıb getdiyini əks etdirən videogörüntüləri etiraza əlavə edir. Həmin videogörüntülərdən görünür ki, Həlmənin üzərində 1 ədəd klonlu boyunbağı, 1 ədəd üzük və 1 ədəd qolbaq vardır. Qolbağ Həlmənin sağ qolundadır və qucağında uşaq olduğu üçün çətinliklə görmək olur. Eləcə də həmin zinət əşyalarından boyunbağını iddiaçının öz anası almışdır ki, həmin qızılı da qeyd etdiyi kimi özü ilə aparmışdır. Beləliklə, iddiaçının tələb etdiyi cehiz əşyalarından dördkünc qara güllü boşqab dəsti cəmi 24 ədəddir, qızılzinət əşyalarından isə 1 ədəd qolbağı, 1 ədəd ağ qaşlı üzük və 1 ədəd boyunbağını özü ilə aparmışdır. Odur k, İddiaçı tələb edilən cehiz əşayarından dördkünc qara güllü boşqab dəstinin 24 ədəd olmaqla təmin edilməsi, tələb olunan qızıl-zinət əşayalarından isə 1 ədəd qolbağı, 1 ədəd ağ qaşlı üzük və 1 ədəd boyunbağının qaytarılması hissəsində iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
5. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə oxşar izahat verdi və etiraz ərizəsində qeyd edilənlər nəzərə alınmaqla iddia tələbinin qismən təmin edilməsinı etirazının olmadığını bildirdi.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
8. Belə ki, işdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 215 saylı arayışdan görünür ki, 1 ədəd 585 əyyarlı, 5 qram çəkidə ağ qaşlı nişan üzüyün dəyəri 480- 510 manat, 585 əyyarlı 15 qram çəkidə boyunbağı, sırğa, qolbağı və üzükdən ibarət dəstin dəyəri 1.200-1.275 manat, 585 əyyarlı 4 qram çəkidə 1 ədəd qolbağının dəyəri 320-340 manat, 585 əyyarlı 5 qram çəkidə 1 ədəd ağ qaşlı üzüyün dəyəri 400-425 manat, 585 əyyarlı, 6 qram çəkidə 1 ədəd boyunbağının dəyəri 480-510 manat təşkil edir.
9. Məhkəmə qeyd edir ki, İddiaçı hədiyyə edilmiş qızıl-zinət əşyaları tələbi ilə bağlı mübahisə mülki qanunvericiliyin bağışlama müqaviləsi, cehiz əşyaları ilə bağlı mülkiyyət hüququ ilə ilə bağlı normalarına uyğun həll edilməlidir.
10. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.
11. Həmin Məcəllənin 668.1.3-cü maddəsinə əsasən, daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
13. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
15. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir .
16. Azərbaycan Respublikası MPM-in: - 76.1-ci maddəsinə əsasən, Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən, Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
17. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçı tələb etdiyi cehiz, qızıl-zinət və digər əşyalarının mövcudluğunu, həmin əşyaların ona məxsus olmasını, cavabdehdə qaldığını və qaytarılmadığını sübut etməlidir.
18. Məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi - 2 nəfərlik yataq, termo, şifoner, yataq və 2 ədəd kiçik şkafdan ibarət dəst,pərdə, ağı ilə birlikdə, 2 ədəd kiçik gəvə, 1 ədəd böyük gəvə, 1 ədəd böyük şirəli ləyən, 1 ədəd kiçik şirəli ləyən, 1 ədəd şirəli vedrə, 1 ədəd miksel, 12 ədəd armudu stəkan, 1 ədəd çil-çıraq dəyəri, 1 ədəd sini, 24 ədəd dördkünc qara güllü boşqab dəstindən ibarət cehiz əşyalarının, İddiaçı məxsus atestat və peşə məktəbi tərəfindən verilmiş diplomun, 1 ədəd 585 əyyarlı, 5 qram çəkidə ağ qaşlı nişan üzükdən ibarət qızıl-zinət əşyasının mövcudluğunu və iddiaçının gəlin köçdüyü evdə, yəni onda qalmasını cavabdeh etiraf edir.
19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir.
20. Belə ki, Cavabdeh cehiz, qızıl-zinət və digər əşyaların qaytarılması barədə tələbi məhkəmə iclasının fasiləsiz audio yazısı aparılarkən qismən etiraf etmişdir. MPM-in 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın qismən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 191.3 və 52.5-ci maddələrinin göstərişinə əsaslanaraq iddianın qismən etiraf edilməsini qəbul edir və iddianın həmin hissəsinin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır.
21. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin etiraf etdiyi əşyaların mövcudluğunu və cavabdehdə qalmasını sübut etmək vəzifəsindən azad edilmiş sayılır. Lakin iddiaçı iddia tələbi qalan, cavabdehin etiraf etmədiyi hissədə təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.
22. Məhkəmə iddia tələbində göstərilən cehiz əşyalarının qiyməti məsələsini həll edərkən cavabdehdən alınmalı olan cehiz əşyalarının dəyəri müəyyən edilərkən iddiaçının iddia ərizəsində göstərdiyi qiymətlər cavabdeh tərəfindən mübahisələndirilmədiyindən həmin qiymətlərin aşağı həddi, qızıl-zinət əşyalarının qiyməti məsələsini həll edərkən "xxxx" MMC tərəfindən verilmiş arayışda qeyd edilən qiymətlərin aşağı həddi əsas götürülməlidir.
23. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, dəyəri 1900 manat olan 2 nəfərlik yataq, termo, şifoner, yataq və 2 ədəd kiçik şkafdan ibarət dəst,dəyəri 250 manat olan pərdə, ağı ilə birlikdə, cəmi dəyəri 200 manat olan 2 ədəd kiçik gəvə, dəyəri 150 manat olan 1 ədəd böyük gəvə, dəyəri 25 manat olan 1 ədəd böyük şirəli ləyən, dəyəri 20 manat olan 1 ədəd kiçik şirəli ləyən, dəyəri 15 manat olan 1 ədəd şirəli vedrə, dəyəri 25 manat olan 1 ədəd miksel, dəyəri 25 manat olan 12 ədəd armudu stəkan, dəyəri 150 manat olan 1 ədəd çil-çıraq dəyəri, dəyəri 10 manat olan 1 ədəd sini, dəyəri 80 manat olan 24 ədəd dördkünc qara güllü boşqab dəstidən ibarət cehiz əşyaları, İddiaçı məxsus atestat və peşə məktəbi tərəfindən verilmiş diplom, dəyəri 480 manat olan 1 ədəd 585 əyyarlı, 5qram çəkidə ağ qaşlı nişan üzükdən ibarət qızıl-zinət əşyaları, onlardan hər hansı birinin naturada verilməsi mümkün olmadıqda onun dəyər qiyməti Cavabdeh alınıb İddiaçı verilməlidir.
24. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir.
25. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Belə olan halda, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,
qət etdi: İddia qismən təmin edilsin. Aşağıda sadalanan əşyalar Cavabdeh alınaraq İddiaçı qaytarılsın:
2 nəfərlik yataq, termo, şifoner, yataq və 2 ədəd kiçik şkafdan ibarət dəst- dəyəri 1900 manat, pərdə, ağı ilə birlikdə - dəyəri 250 manat, 2 ədəd kiçik gəvə - cəmi dəyəri 200 manat, 1 ədəd böyük gəvə - dəyəri 150 manat, 1 ədəd böyük şirəli ləyən – dəyəri 25 manat, 1 ədəd kiçik şirəli ləyən – dəyəri 20 manat, 1 ədəd şirəli vedrə - dəyəri 15 manat, 1 ədəd miksel – dəyəri 25 manat, 12 ədəd armudu stəkan – dəyəri 25 manat, 1 ədəd çil-çıraq dəyəri – dəyəri 150 manat, 1 ədəd sini – dəyəri 10 manat, 24 ədəd dördkünc qara güllü boşqab dəsti – dəyəri 80 manat, İddiaçı məxsus atestat və peşə məktəbi tərəfindən verilmiş diplom, 1 ədəd 585 əyyarlı, 5 qram çəkidə ağ qaşlı nişan üzüyü - dəyəri 480 manat.
Həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 80 (səksən) manat 40 (qırx) qəpik dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov