Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1346/2024 27.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı 30 avqust 1976-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş bacısı X2 26 iyul 2024-cü il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində infarkt səbəbindən ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, bacısı X5 30 avqust 1976-cı il tarixdə doğulmuşdur. O, 26 iyul 2024-cü il tarixdə infarkt keçrmiş və ölmüşdür. Onu Söyüdlü kənd qəbirstanlığında dəfn etmiş, lakin tibbi şəhadətnamə alınmamış,ona görə də onun ölümünün qeydə alınmasından imtina edilmişdir. Hazırda o, bacısından miras qalmış əmlakı qəbul etmək istəyir. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini nəzərə alaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadə verərək, bildirmişdir ki, ərizəçi onun bacısıoğludur. Ərizəçinin bacısı X5 26 iyul 2024-cü il tarixdə ürək xəstəliyindən ölmüş, Söyüdlü kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında dindirilmiş digər şahid X7 eyniməzmunlu ifadə vermişdir. İşdə olan X6 görünür ki, X5 30 avqust 1976-cı il tarixdə doğulmuşdur. Onun atası X9, anası X4 olmuşlar. İşdə olan X1 surətindən görünür ki, Ərizəçixx xxxxxx 1986-cı il tarixdə doğulmuşdur. Onun atası X9, anası X4 olmuşlar. İşdə olan qəbirdaşının fotoşəklindən görünür ki, X5 26 iyul 2024-cü il tarixdə ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, 30 avqust 1976-cı il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində doğulmuş X2 26 iyul 2024-cü il tarixdə Gədəbəy rayonunun, Söyüdlü kəndində ürək xəstəliyindən ölməsi faktı sübut edilmişdir. Həmin faktın müəyyən edilməsi ərizəçinin vərəsəlik hüquqlarını həyata keçirmək üçün hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməli, 30 avqust 1976-cı il tarixdə doğulmuş X2 26 iyul 2024-cü il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində ürək xəstəliyindən ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i : Ərizə təmin edilsin. 30 avqust 1976-cı il tarixdə doğulmuş Gədəbəy rayonu, Söyüdlü kəndində doğulmuş X2 26 iyul 2024-cü il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində ürək xəstəliyindən ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-1346/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1346/2024
27.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver