Məhkəmə qərarları › İş №2(042)-1543/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1543/2025

27.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1543/2025 27.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs X2 qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsi üzrə mülki iş (açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il doğum tarixli X5 ilə atası Ərizəçi həftənin şənbə, bazar və bayram günləri də daxil olmaqla, gecə qalması təmin edilməklə görüşməsinə razı olduğunu öz öhdəsinə götürür şərtlərinin təsbit olunduğu onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsi, həmçinin məhkəməyə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun qarşı tərəfdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə nikah münsaibətlərinə daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2019-ci il tarixdə doğum tarixdə X4 doğulmuşdur. Sonradan tərəflər arasındakı münasibətlər pisləşmiş və onlar ayrılmışlar. xx.xx.2025-ci il tarixli barışıq sazişinə görə Maraqlı şəxs yetkinlik yaşına çatmayan övladı xx.xx.2019-cü il doğum tarixli X5 ilə atası Ərizəçi həftənin şənbə,bazar və bayram günləri daxil olmaqla gecə qalması təmin edilməsi şərti ilə görüşməsinə razı olduğunu öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs bu öhdəliyi icra etməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

5. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır.

6. Belə ki, mülki iş materiallarında olan; - mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər, yəni X1 və Ərizəçi razılığa gəldiyi mübahisənin həlli istiqamətində qəbul etdiyi şərtlər və həmin şərtlərin yerinə yetirilməsinin üsulu və müddətləri aşağıdakı kimidir; (barışıq sazişinin icra olunması tarixinin xx.xx.2025-ci ildən başlaması müəyyən olunmuşdur.) “Maraqlı şəxs yetkinlik yaşına çatmayan övladı xx.xx.2019-cü il doğum tarixli X5 ilə atası Ərizəçi həftənin şənbə,bazar və bayram günləri daxil olmaqla gecə qalamsı təmin edilməsi şərti ilə görüşüməsinə razı olduğunu öz öhdəliyinə götürür.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. - 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. - 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. - 355-25.4-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. - 355-26.1-ci maddəsinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

8. Beləliklə, Ərizəçi ilə Maraqlı şəxs mediasiya prosesində uşaqla ünsiyyət hüququnun təmin edilməsi barədə razılığa gəlmişlər və barışıq sazişi imzalamışlar. Lakin barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs saziş üzrə öhdəliklərini yerinə yetirməmişdir.Həmçinin barışıq sazişinin təsdiq edilməməsi üçün Azərbaycan Respublikasının MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Ona görə də ərizə təmin edilməli, barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir.

V. Nəticə:

9. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilsin. İşə baxılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat Maraqlı şəxs alınaraq, X3 verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar