Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1544/2025 28.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsi üzrə mülki iş (açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə Ərizəçi Məzair qızının Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il doğum tarixli X4 və xx.xx.2012-ci il doğum tarixli X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025ci il tarixindən etibarən hər bir uşaq üçün 246 manat olmaqla, cəmi 492 manat alimentin təmin edilməsi barədə Maraqlı şəxs ilə bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin məcburi icra edilməsi üçün təsdiq olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2010-cu il tarixdə ailə qurumuşlar və nikahlarını xx.xx.2010-cu il tarixdə Gədəbəy Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X4 və xx.xx.2012-ci il tarixdə X3 gəlmişdir adlı iki övladları doğulmuşlar. Tərəflər əvvəllər normal ailə münasibətlərində yaşasalar da, lakin sonradan aralarında yaranmış narazılıqlar səbəbindən ayrı yaşamışlar.Nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment tələbləri ilə bağlı ilkin mediasiya sessiyasına müraciət edilmiş, mediasiya sessiyası zamanı alimentin müəyyən edilməsi ilə əlaqədar razılıq əldə olunmuş və tərəflər arasında xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Lakin barışıq sazişinə baxmayaraq, Maraqlı şəxs üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.Bu səbəbdən tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin məcburi icra edilməsi üçün məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Ərizəçi məhkəmə iclasında iddia ərizəsinə oxşar izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir.
4. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, iş üzrə qərar qəbul olunmasını məhkəmənin mulahizəsinə buraxır.
III. Məhkəmə baxışının hədləri:
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
5. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır.
6. Belə ki, mülki iş materiallarında olan; - mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər, yəni Maraqlı şəxs və Ərizəçi razılığa gəldiyi mübahisənin həlli istiqamətində qəbul etdiyi şərtlər və həmin şərtlərin yerinə yetirilməsinin üsulu və müddətləri aşağıdakı kimidir; (barışıq sazişinin icra olunması tarixinin xx.xx.202025-ci ildən başlaması müəyyən olunmuşdur.) “Maraqlı şəxs xx.xx.2011-ci il doğum tarixli X4 və xx.xx.2012-ci il doğum tarixli X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixindən etibarən hər bir uşaq üçün 246 manat olmaqla, cəmi 492 manat alimenti Ərizəçi bank (kart) və nəğd vasitəsi ilə ödəməyi öz öhdəsinə götürür.
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; - 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. - 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. - 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. - 355-25.4-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. - 355-26.1-ci maddəsinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - 355-26.2-ci maddəsinə əsasən Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
8. Beləliklə, Maraqlı şəxs ilə Ərizəçi mediasiya prosesində uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment öhdəliyi barədə razılığa gəlmişlər və barışıq sazişi imzalamışlar.Lakin barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs saziş üzrə aliment öhdəliklərini yerinə yetirməmişdir. Barışıq sazişinin təsdiq edilməməsi üçün Azərbaycan Respublikasının MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir.
9. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
V. Nəticə:
10. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq,
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi “Maraqlı şəxs xx.xx.2011-ci il doğum tarixli X4 və xx.xx.2012-ci il doğum tarixli X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025ci il tarixindən etibarən hər bir uşaq üçün 246 manat olmaqla, cəmi 492 manat məbləğində alimenti X2 bank (kart) və nəğd vasitəsi ilə ödəməyi öz öhdəsinə götürməsi” hissəsində məcburi icra edilməsi üçün təsdiq edilsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən başlayaraq hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Sədirlik edən: Fizuli Mirzəquliyev