Məhkəmə qərarları › İş №2(042)-158/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-158/2024

29.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-158/2024 29.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X14 oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və X5 müştərək qaydada cəmi 56540 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən X10 onun sinif yoldaşı olmuş, 1995-ci ildən 2005-ci ilədək onunla eyni məktəbdə oxumuşdur. Buna görə də Könüllə əlaqələri olmuşdur. 2015-ci ilin təxminən mart ayında X22 şəhərində yerləşən özünə məxsus olan, ipoteka ilə alımış olduğu evi satmaq istədiyini bildiyi üçün və o də həmin ərəfədə özünə ev almaq istədiyi üçün Könül ilə əlaqə saxlayıb ona məxsus olan, ünvan 1 ünvanında yerləşən evi almaq istədiyini bildirmişdir. Bu məqsədlə Könül Hüseynova ilə danışıqlar aparmışlar. Həmin vaxt Könül ilkin olaraq ona 24500 manat pul verməli olduğunu bildirmiş və qalan pulu isə onun adından banka olan ipoteka kreditinə görə hər ay 356 manat olmaqla ödəməyi bildirmişdir. O, da 2015-ci ilin mart ayında ünvan 2 ünvanına gedərək orada Könül və onun əri Cavabdeh1 ilə bir qədər söhbət etdikdən sonra onlara 14500 manat pulu nəğd verəcəyini, 10000 manat pulu isə özünə məxsus “Mersedes ML” markalı **-VD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə əvəzləyəcəyini bildirmişdir. Cavabdehlər də onunla razılaşmışlar. Sonra cavabdehlər öz aralarında razılığa gəldikləri müqaviləni rəsmiləşdirmək üçün Eldara məxsus “Mersedes 190 C klass” markalı boz rəngli dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobil ilə Gəncə şəhəri 2 saylı natorial kontora gedib orada cavabdehlər tərəfindən onun adına həmin mənzilə dair mülki etibarnamə vermişlər. Bundan sonra Gəncə şəhəri F.Əmirov küçəsi bina 20 ünvanın qarşısına gəlmişlər. O, Eldarın idarə etdiyi həmin avtomobilin içərisində 14500 manat pulu avtomobildə Eldara nağd şəkildə vermişdir. Həmin vaxt Könül Hüseynova da orada olmuşdur. Eldar pulu alıb saymağa başlamış, Könül də ona inandığını və pulu saymağa ehtiyac olmadığını bildirmişdir. Eldar 14500 manat pulu saydıqdan sonra özünə məxsus “Mersedes ML” markalı **-VD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 10000 manat pulun əvəzinə ona verəcəyini dediyi üçün Gədəbəy rayonuna gəlib avtomobili orada olan 1 nömrəli natoriat kontorunda Eldarın adına rəsmiləşdirmişdir və avtomobili Eldara təhvil vermişdir. O, bundan sonra hər ay “BTB" banka 356 manat pul ödəməli olmuşdur. Buna görə də mən 2015-ci ilin mart ayından 2022-ci ilin avqust ayına qədər həmin evin ipoteka ödənişini “BTB” banka ödəmişdir. Könülün adından ödədiyi pul məbləği 32040 manat təşkil edir (90 ay üçün). Ödəniş qəbzləri hal-hazırda ondadır və həmin qəbzlərdə onun imzası qeyd edilmişdirş Eyni zamanda cavabdehlər mənzili ona təhvil vermiş, mənzil onun faktiki sahibliyinə keçmişdir. X23 Gədəbəy rayonunda yaşayan Zamin adlı taksi sürücüsü ilə xəyanət etdiyi üçün onlar boşanmışdır. Cavabdehlər boşandıqdan sonra Eldar azyaşlı uşaqlarını Könüldən məhkəmə yolu ilə almaq istədiyi üçün onların aralarında narazılıqlar yaranmış və buna görə də Könül Hüseynova ona evi vermək istəmədiyini bildirmişd və Gəncə şəhər Məhkməsində iddia qaldıraraq onun həmin mənzildən çıxarılmasını tələb etmişdir. Gəncə Şəhər Məhkəməsinin qətnaməsi ilə onun həmin mənzildən çıxarılması qət edilmişdir. Halhazırda o cavabdehlərə verdiyi pulu tələb edir. Hesab edir ki, cavabdehlər onun ödədiyi pul məbləği həddində əsassız olaraq varlanmışlar. Eləcə də cavabdeh ondan aldığı “Mersedes ML” markalı 10-VD- 099 dövlət qeydiyyat nömrə nişanlı avtomobili 10000 manata X1. Həmin şəxsin məhkəmə şahid qismində dindirilməsini xahiş edir. Həmçinin, onun cavabdehlərə 14500 manat pulu verməyinin şahidi anası X9 və qaynanası X12 olmuşdur. Həmin şəxslərin məhkəmə iclasında şahid qismində dindirilməsini xahiş edir. Həmçinin, bildirirəm ki, mən hazırki iddia ərizəsindən əvvəl eyni mübahisə ilə bağlı Gədəbəy rayon Məhkəməsində iddia qaldırmış, lakin müəyyən səbəblərdən iddia ərizəsini geri götürmüşdür (iş nömrəsi: 2(042)-550/2023). Həmin mülki iş üzrə ödəniş qəbzləri təqdim edilmişdir ki, həmin qəbzlərdən də görünür ki, X6 banka olan kredit öhdəliyini o icra etmişdir. Həmin qəbzlərdə onun imzası və ad, soyadı qeyd edilmişdir. İddia tələbinin də haqlı olması həm də onunla sübut olunur ki, Könül Hüseynovanın adına olan kredit borclarının ödənilməsini təsdiq edən ödəniş qəbzlərində onun imzası qeyd edilmişdir. Həmçinin, sözügedən mənzilin çıxarışının və texniki pasportunun əsli onda olmuş, halhazırda da ondadır. Bu da onu göstərir ki, həmin mənzilə o cavabdehlərin razılığı ilə sahiblik etmişdir. Bu fakt da dolayısı ilə onun cavabdehlərə həmin mənzilin alınması üçün pul ödədiyini təsdiq edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlərə məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısı ilə bağlı cavabdehlərlə razılığa gəlmişlər. Razılığa əsasən o Cavabdeh1 13800 manat məbləğində nağd pul və özünə məxsus qiymətini 10000 manata razılaşdıqları “Mersedes ML” markalı avtomobili vermişdir. Cavabdeh1 tərəfindən ona mülki etibarnamə verilmişdir. Həmçinin 2015-ci ilin mart ayından 2023-cü ilin sentyabr ayınadək həmin evdə yaşamaqla evin ipoteka ödənişlərini etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında ona qarşı olan iddia tələbini qismən etiraf etdi və izahatında göstərdi ki, o, Cavabdeh2 ilə rəsmi nikah bağlamaqla ailə qurmuşlar, daha sonra Könüllə ayrılmışlar. Könüllə birgə nikahda olduqları dövrdə 2013-cü il tarixdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini ipoteka ilə arvadı Könülün adına almışlar. Onlar 2015-ci il tarixdə İddiaçı ilə həmin fərdi yaşayış evinin alq-satqısına dair razılığa gəlmişlər. Razılığa əsasən, fərdi yaşayış evinin alqı-satqısı üçün İddiaçı onlara nağd 6700 manat məbləğində pul, öz aralarında qiymətini 10000 manata razılaşdırılmış olan “Mersedes ML” markalı avtomobil vermiş, həmçinin iddiaçı evin qalan ipoteka borcunun ödənilməsi öhdəliyini üzərinə götürmüş və fərdi yaşayış evi onlar tərəfindən İddiaçı təhvil verilmişdir. 2015-ci il tarixdən 2023-cü ilin mart ayınadək iddiaçı həmin evdə yaşamış və evin ipoteka ödənişlərini etmişdir. Cavabdeh Könül ilə aralarında olan ailə münasibətləri pozulduğundan və fərdi yaşayış evi Könülün adına oldğundan sonuncu məhkəmə qaydasında iddia qaldıraraq Rüfəti evdən çıxarışmışdır. O, iddiaçıdan aldığı avtomobili 10000 manata razılaşmalarına baxmayaraq, avtomobili 6000 manata satmışdır. O, iddiaçıdan avtomobilin dəyəri ilə birlikdə 16700 manat məbləğində pul almışdır. İddiaçı qalan hissəsini evin ipoteka ödənişlərinə ödəmişdir. Cavabdeh2 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, Cavabdeh1 ilə rəsmi nikah bağlamaqla ailə qurmuşlar, daha sonra aralarında olan narazılığa görə ayrılmışlar. Onlar fərdi yaşayış evini 2012-ci il tarixdə almışlar. O, fərdi yaşayış evinin sənədləşmə işlərinin aparılması məqsədi ilə Eldara etibarnamə vermişdir. Fərdi yaşayış evinin alqı-satqısı barədə danışıqlar Eldarla Rüfət arasında olmuş, “Mersedes ML” markalı avtomobili Rüfət Eldara vermişdir. 2023-cü ilə qədər evin ipoteka ödənişlərini Eldar ödəmişdir. Rüfət pulu Eldara vermişdir. Ona görə də, həmin pulu Eldardan tələb etməlidir. Fərdi yaşayış evi ona məxsusdur. Hazırda ipoteka ödənişlərini o edir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. X3 məhkəmə iclasında bildirdi ki, iddiaçı onun kürəkənidir. İddiaçı cavabdehlərdən Gəncə şəhərində yerləşən fərdi yaşayış evini almışdır. İddiaçı fərdi yaşayış evinin ipoteka borcu ilə bağlı bank vasitəsi ilə ödənişlər etmişdir. X4 məhkəmə iclasında X3 ilə eyni məzmunlu ifadə verdi. X7 məhkəmə iclasında bildirdi ki, Cavabdeh1 onun qardaşıdır. Qardaşı ilə iddiaçı arasında fərdi yaşayış evinin alqı-satqısına dair razılaşma olmuş, danışıqlarda o iştirak etməmişdir. Razılaşmaya əsasən iddiaçı qardaşına avtomobil vermiş və onlar həmin avtomobili 6000 manata satmışdır. Məhkəmə tərəfləri və şahidi dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 48.8 kv.m, yardımçı sahəsi 48.8 kv.m olmaqla ümumi sahəsi 63.6 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır. İşdə olan Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X2 26 dekabr 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Gəncə şəhər prokurorluğuna ərizə ilə müraciət edərək, 2015-ci ilin mart ayında ünvan 3 ünvanında yerləşən evi almaq üçün X8 və onun əri Cavabdeh1 24500 manat pul verdiyini, 2022-ci ilin avqust ayınadək isə hər ay “BTB” banka 356 manat ipoteka ödənişi etdiyini, sonradan Könül Hüseynova əri Cavabdeh1 boşandığına görə ondan məhkəməyə şikayət edərək evi ona satmayacağını dediyini bildirərək həmin şəxslərin barəsində qanuni tədbir görülməsini xahiş etmiş, bununla bağlı araşdırma aparılmış və İddiaçı müraciəti əsasında toplanmış material cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmişdir. İşdə olan Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-422/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı X6 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, 20 nömrəli evin 23 nömrəli mənzilindən çıxarılması qət edilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ilə X10 nikahlarını 12 may 2007-ci il tarixdə bağlamışlar. İşdə olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh2 adından 19283.83 manat məbləğində ipoteka ödənişi edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cıə il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı cavabdehlərə fərdi yaşayış evinin alqı-satqısı məqsədilə 24500 manat verdiyini və fərdi yaşayış evi üzrə 32040 manat məbləğində ipoteka krediti üzrə ödənişi etdiyini sübuta yetirməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehlər arasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi olmamış və belə bir müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmamışdır. Belə ki, Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğısatqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 647-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Lakin işin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 12 may 2007-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Aralarında olan nikah 2018-ci il tarixdə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Onlar birgə nikahda olduqları dövrdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini ipoteka krediti üzrə almışlar. Fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 2015-ci ilin mart ayında fərdi yaşayış evinin alqı-satqısına dair İddiaçı ilə Cavabdeh1 arasında razılaşma olmuş, razılaşmaya əsasən İddiaçı 6700 manat məbləğində pulu və sonuncuya məxsus qiymətini 10000 manata razılaşdıqları avtomobili Cavabdeh1 vermiş, Cavabdeh1 isə fərdi yaşayış evini İddiaçı verməyi öhdəsinə götürmüşdür. Lakin tərəflər arasında daşınmaz əmlaka dair alğı-satqı müqaviləsi bağlanmamışdır. İddiaçı və ailə üzvləri 2015-ci ilin mart ayından 2023-cü il tarixdək həmin evdə yaşamış və ev onların istifadəsində olmuşdur. İddiaçı fərdi yaşayış evində yaşadığı müddətdə evin ipoteka krediti üzrə ödənişlər etmişdir. Cavabdeh2 məhkəmədə iddia qaldıraraq İddiaçı mübahisəli mənizildən çıxarılmasını tələb etmiş və Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-422/2023 saylı qətnaməsinə əsasən, cavabdeh İddiaçı X6 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, 20 nömrəli evin 23 nömrəli mənzilindən çıxarılması qət edilmişdir. Göründüyü kimi, iddiaçı sözügedən fərdi yaşayış evinin satın alınması məqsədi ilə Cavabdeh1 6700 manat pul və qiyməti 10000 manat məbləğində razılaşdırılmış avtomobil vermişdir. Belə ki, Cavabdeh1 bunu məhkəmə iclasında verdiyi ifadəsində etiraf etmişdir. İddiaçının Cavabdeh1 16700 manat pul verməsi Cavabdeh1 tərəfindən təkzib edilmir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlərə 14500 manat məbləğində nağd pul və qiyməti 10000 manata razılaşdırılmış avtomobil verməsini iddia etsə də, Cavabdeh1 iddiaçının 6700 manat məbləğində nağd pul verməsini və qiyməti 10000 manata razılaşdırılmış avtomobil verməsini etiraf etmişdir. İddiaçı tərəfindən isə bununla bağlı iddiasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Eləcə də, fərdi yaşayış evinin alqı-satqısı ilə bağlı Cavabdeh2 əlaqəsi və həmin alqı-satqı üzrə sonuncuya hər hansı pul məbləğinin verilməsi işdə olan sübutlar və işdə iştirak edən şəxslərin izahatı ilə məhkəmə müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı aldığı 16700 manat pul məbləği həddində əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Eləcə də, iddiaçının fərdi yaşayış evi üzrə ödədiyi ipoteka ödənişləri tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən, kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Həmin Məcəllənin 431.3-cü maddəsinə əsasən, əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı 2015-ci il tarixdən 2023-cü il tarixədək Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşaması və həmin müddət ərizində iddiaçı tərəfindən fərdi yaşayış evi üzrə ipoteka ödənişləri etməsi mübahisələndirilmir. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən fərdi yaşayış evi üzrə Cavabdeh2 adından 19283.83 manat məbləğində ipoteka ödənişləri etməsi təsdiqini tapır. İddiaçı qalan hissədə iddia tələbini təsdiq edən sübutlar məhkəməyə təqdim etməmiş və həmin hissədə iddia tələbi təsdiqini tapmamışdır. Göründüyü kimi, Cavabdeh2 bank qarşısında olan ipoteka öhdəliyinin bir hissəsi, 19283.83 manat hissəsi üçüncü şəxs olaraq İddiaçı tərəfindən icra edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh2 banka olan ipoteka borcunun 19283.83 manat hissəsini təmin etdiyindən həmin hissədə tələb hüququ İddiaçı keçir. Eləcə də məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 19283.83 manat məbləğindən ipoteka ödənişi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ərarvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1-ci maddəsinə əsasən, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən ipoteka ödənişləri icra edilmiş fərdi yaşayış evi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə nikah dövrlərində əldə edilmiş əmlakdır və icra edilmiş ipoteka ödənişinə görə cavabdehlərin hər biri eyni dərəcədə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin qismən edilməli, Cavabdeh1 16700 manat pul vəsaiti alınaraq İddiaçı qaytarılmalı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19283.83 manat pul vəsaiti alınaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 265 manat dövlət rüsumu ödəmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 16700 (on altı min yeddi yüz) manat pul vəsaiti alınaraq İddiaçı qaytarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19283 (on doqquz min iki yüz səksən üç) manat 83 (səksən üç) qəpik pul vəsaiti alınaraq İddiaçı qaytarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 265 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar