Məhkəmə qərarları › İş №2(042)-1616/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1616/2025

18.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1616/2025 18.12.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsi üzrə mülki iş (açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi ilə Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin mahiyyəti

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında əldə olunmuş MSB/8/2025-01567 nömrəli Barışıq Sazişinin əsasən nikah pozulduqdan sonra övladı 04 avqust 2009-cu ildə anadan olmuş X4 anası Ərizəçi himayəsində qalması, 01 sentyabr 2025-ci il tarixdən başlayaraq, Maraqlı şəxs tərəflərin övladı 04 avqust 2009-cu ildə anadan olmuş X4 saxlanılması üçün 18 yaşına çatanadək hər ay Ərizəçi 250 manat məbləğində aliment ödənilməsi, nikah pozulduqdan sonra Maraqlı şəxs Ərizəçi övladı X5 Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarmağa icazə verməsi və bunun üçün zəruri hərəkətlərin edilməsi, Ərizəçi və Maraqlı şəxs təsdiq edirlər ki, sazişin bağlandığı andan birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 79,10 kvadrat metr olan fərdi yaşayış evinə və 0,02 hektar torpaq sahəsinə ümumi paylı mülkiyyət hüquqlarıının müəyyən ediliməsi, evə və torpaq sahəsinə Maraqlı şəxs 1/2 pay, Ərizəçi 1/2 paylarının müəyyən edilməsi barədə barışıq sazişinin məcburi icra edilməsi üçün təsdiq edilməsini xahiş etmişdir.

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 11 dekabr 1999-cu il tarixdə Maraqlı şəxs ilə nikah bağlamışlar. Nikah Ukrayna Respublikasının Donetsk vilayətinin Snejnoe Şəhər Ədliyyə İdarəsinin Vətəndaş Vəziyyəti X1 334 nömrə ilə qeydə alınmışdır. Onun nikaha qədər olan soyadı Ələkbərova olmuşdur. Onalrın birgə nikahlarından 04 avqust 2009-cu ildə X7 doğulmuşdur. 2022-ci ilin may ayından etibarən tərəflərin birgə yaşaması mümkün olmamışdır. O, Maraqlı şəxs ilə aralarında bağlanmış nikahın pozulması və nikah pozulduqdan sonra övladının himayəsində qalması qərarına gələrək, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən mübahisənin qarşılıqlı həlli məqsədilə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir.Maraqlı şəxs mediasiya prosesinin tətbiqi barədə təklifi qəbul etdiyindən, 08 avqust 2025-ci il tarixdə X6 iştirak etmiş və bunun nəticəsində mübahisə predmeti üzrə aralarında barışıq sazişi bağlanmış, mediasiya prosesinə xitam verilmişdir.Tərəflər öz aralarında 11 dekabr 1999-cu il tarixdə Ukrayna Respublikasının Donetsk vilayətinin Snejnoe şəhər Ədliyyə İdarəsinin Vətəndaş Vəziyyəti X1 334 nömrə ilə qeydə alınmış nikah aktının tərəflərə barışıq üçün əlavə vaxt verilmədən pozulması barədə ümumi razılığa gəlmişlər.Lakin barışıq sazişi bağlanmasına baxmayaraq, cavabdeh sazişin şərtlərinə əməl etməmişdir.Bu səbəbdən ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

5. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır.

6. Belə ki, mülki iş materiallarında olan; - mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər, yəni Maraqlı şəxsnın və Ərizəçinun razılığa gəldikləri mübahisənin həlli istiqamətində qəbul etdiyi şərtlər və həmin şərtlərin yerinə yetirilməsinin üsulu və müddətləri aşağıdakı kimi müəyyən olunmuşdur: nikah pozulduqdan sonra 04 avqust 2009-cu ildə anadan olmuş X4 anası Ərizəçi himayəsində qalması, 01 sentyabr 2025-ci il tarixdən başlayaraq, Maraqlı şəxs tərəflərin övladı 04 avqust 2009-cu ildə anadan olmuş X4 saxlanılması üçün 18 yaşına çatanadək hər ay Ərizəçi 250 manat məbləğində aliment ödənilməsi, nikah pozulduqdan sonra Maraqlı şəxs Ərizəçi övladı X5 Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarmağa icazə verməsi və bunun üçün zəruri hərəkətlərin edilməsi, sazişin bağlandığı andan birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 79,10 kvadrat metr olan fərdi yaşayış evinə və 0,02 hektar torpaq sahəsinə ümumi paylı mülkiyyət hüquqlarıının müəyyən ediliməsi, evə və torpaq sahəsinə Maraqlı şəxs 1/2 pay, Ərizəçi 1/2 paylarının müəyyən öhdələrinə götürmüşlər.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. - 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. - 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. - 355-25.4-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. - 355-26.1-ci maddəsinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

8. Beləliklə, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı Şəhəri 8 saylı Mediasiya Təşkilatında 08 avqust 2025-ci il tarixdə barışıq sazişi bağlanılmpışdır. X3 barışıq sazişinin şərtlərini pozmuşdur. Barışıq sazişinin təsdiq edilməməsi üçün Azərbaycan Respublikasının MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Ona görə də barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir.

V. Nəticə:

9. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilsin. İşə baxılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat Maraqlı şəxs alınaraq, Ərizəçi verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Sədrlik edən : Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar