Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1696/2025 19.02.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi ölüm faktının müəyyən edilməsi haqqında ərizəsi üzrə mülki iş (açar sözlər: hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında, ölüm faktının müəyyən edilməsi) Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin mahiyyəti
1. Ərizəçi məhkəməyə ərizə verərək, xx.xx.1994-cü il tarixdə doğulmuş övladı X4 xx.xx.1996-cı il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, onun övladı X5 xx.xx.1996-cı il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində ürək çatışmazlığı səbəbindən vəfat etmişdir.Həmin hadisədən sonra keçirdiyi ağır psixoloji vəziyyətlə əlaqədar olaraq uzun müddət oğlunun ölümünün dövlət qeydiyyatına alınması və ölüm haqqında şəhadətnamənin əldə edilməsi üçün müvafiq orqanlara müraciət edə bilməmişdir. O,ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edilmişdir. Lakin oğlunun ölümünü təsdiq edən tibbi sənədlər olmadığı üçün Maraqlı şəxs ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Buna görə də oğlunun vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiqi ona bir sıra hüquqlarının, həyata keçirilməsi üçün zəruridir.
II. Tərəflərin mövqeləri və şahid ifadələri:
3. Ərizəçi məhkəmə iclasında ərizəsi ilə eyniməzmunlu izahat vermiş və ərizənin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X3 ifadələrində bildirmişlər ki, ərizəçi onların qonşusudur. X5 ərizəçinin övladı olmuşdur. O, xx.xx.1996-cı il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində vəfat etmiş və Gədəbəy rayon, Slavyanka kənd qəbiristanlığında dəfn olunmuşdur.
5. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir.
8. İşdə olan X1 təsdiq olunmuş surətindən görünür ki, X5 04 fevarl 1994-cü il tarixdə doğulmuşdur, ata qrafasında Ərizəçi gösətərilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ərizəsinə cavab olaraq verilmiş xx.xx.2025ci il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığından ərizənin qeydiyyat orqanında təmin edilməsi mümkün deyildir.
9. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
10. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, xx.xx.1994-cü il tarixdə doğulmuş X5 xx.xx.1996-cı il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində ürək çatışmazlığından vəfat etmişdir. Onun həmin tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarında olan sənədlərlə təsdiqlənmişdir. X4 ölüm faktını təsdiq edən sənədlər olmadığından ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Bu səbəbdən X4 ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X4 ölüm faktının müəyyən edilməsi ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Buna görə də, ərizə təmin edilməli, xx.xx.1994-cü il tarixdə doğulmuş X4 Gədəbəy rayonu, Slavyanka kəndində ürək çatışmamazlığı xəstəliyindən xx.xx.1996-cı il tarixdə ölməsi faktı müəyyən edilməlidir.
V. Nəticə:
11. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 326, 360, 362-ci maddələrini rəhbər tutaraq,
qət etdi:
Ərizə təmin edilsin. xx.xx.1994-cü il tarixdə doğulmuş X4 Gədəbəy rayonu, Slavyanka kəndində ürək çatışmazlığı xəstəliyindən xx.xx.1996-cı il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Fizuli Mirzəquliyev