Məhkəmə qərarları › İş №2(042)-173/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-173/2023

27.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-173/2023 27.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı atalığın etiraf olunması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi Maraqlı şəxsnə qarşı 1926-cı il tarixdə Kəlbəcər Rayonunda doğulmuş X5 xx.xx.1989-cu il tarixdə Gədəbəy rayonunun Novosaratovka kəndində bədbəxt hadisə nəticəsində ölməsi faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, X8 onun qayınanası olmuşdur. O, 1995-ci il tarixdə X5 oğlu X10 ilə evlənmiş, nikahlarını xx.xx.2008-ci il tarixdə bağlamışlar. X8 xx.xx.1989-cu il tarixdə Gədəbəy rayonunun Novosaratovka kəndində bədbəxt hadisə, yəni, avtoqəza səbəbindən ölmüşdür. Lakin həmin vaxt ona X9 alınmamışdır. Mərhum qayınanası Gədəbəy rayonunun Novosaratovka kənd qəbiristanlığında dəfn edilmişdir. X9 alınması ona vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X11 ifadə verərək, bildirmişdir ki, X8 ərizəçinin qayınanası olmuşdur. Ərizəçi 1995-ci il tarixdə X5 oğlu X10 ilə evlənmiş, nikahlarını xx.xx.2008-ci il tarixdə bağlamışlar. X8 xx.xx.1989-cu il tarixdə Gədəbəy rayonunun Novosaratovka kəndində bədbəxt hadisə, yəni, avtoqəza səbəbindən ölmüşdür. Lakin həmin vaxt ona X9 alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X12 eyniməzmunlu ifadələr vermişlər. İşdə olan X3 surətindən görünür ki, X10 və X1 xx.xx.2008-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Orucova soyadı verilmişdir. İşdə olan X4 surətindən görünür ki, X10 xx.xx.1955-ci il tarixdə doğulmuş, anası qrafasında X8 qeyd edilmişdir. İşdə olan Arayışdan görünür ki, Orucova X2 rayon Qaraməmmədli kəndində yaşayır. İşdə olan X6 sürətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə Gədəbəy rayonunun Novosaratovka kəndində vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etmək töviyy edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə 1926-cı il tarixdə Kəlbəcər Rayonunda doğulmuş X5 xx.xx.1989-cu il tarixdə Gədəbəy rayonunun Novosaratovka kəndində bədbəxt hadisə nəticəsində ölməsi faktı müəyyən edilmişdir. Həmin faktın müəyyən edilməsi ərizəçinin vərəsəlik hüquqlarını həyata keçirilməsi üçün lazımdır və ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. 1926-cı il tarixdə Kəlbəcər Rayonunda doğulmuş X5 xx.xx.1989-cu il tarixdə Gədəbəy rayonunun Novosaratovka kəndində bədbəxt hadisə nəticəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar