Məhkəmə qərarları › İş №2(042)-195/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-195/2022

27.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-195/2022 27.01.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov şəhriyar Zülfüqar oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 04.08.1987-ci il tarixdə Gədəbəy rayonunun Talakənd kəndində anadan olmuş oğlu X7 və 14.09.1988-ci il tarixdə həmin kəndə anadan olmuş oğlu X4 07.09.2007-ci il tarixdə ölməsi (vəfat etməsi) faktının müəyyən edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi X3 ərizədə qeyd olunanlarla eyni məzmunlu izahat verərək əlavə olaraq göstərdi ki, mərhum X12 və X9 ərizəçinin doğma oğludurlar. Onlar 07.09.2007-ci il tarixdə RF-nın Moskva vilayəti, Orxovo-Zuyevo rayonu, Malodubenskoye şossəsi 3 km-də yol nəqliyyatı qəzası nəticəsində vəfat etmişlər. Onların cənazələri gətirilərək 11.09. 2007-ci il tarixdə Gədəbəy rayonunun Talakənd kənd qəbiristanlığında dəfin edilmişlər. Vüsal və Pərvinin ölməsi barədə RF-ndan tibbi ölüm şəhadətnaməsi verilməsinə baxmayaraq onlara ölüm haqqında şəhadətnamə alınmamışdır. Hal-hazırda onların sənədləşmə işi ilə əlaqədar mərhum Vüsal və Pərvinin ölüm haqqında şəhadətnaməsi tələb edilir. Ərizəçi övladlarının ölüm haqqında şəhadətnaməsini almaq məqsədi ilə Gədəbəy rayon Qeydiyyat şöbəsinə müraciət etsə də ərizəçiyə övladlarının ölümünə dair şəhadətnamənin verilməsinin mümkün olmadığını bildirdilər. Bu barədə Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən 04.12.2021-ci il tarixdə 05/15-13-710 saylı imtina məktubu verilmiş və Vüsal və Pərvinin ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra onların onlara ölüm haqqında şəhadətnamə verilməsi mümkün olacağı qeyd edilmişdir. Ona görə də, mərhum X7 və X4 07.09.2007-ci il tarixdə ölməsi faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Odur ki, o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin etibarnamə üzrə nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Talakənd kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışlardan görünür ki, X14 04.08.1987-ci il tarixdə, X9 isə 14.09.1988-ci il tarixdə anadan olmuşlar, onların ataları qrafasında X10, anaları qrafasında Ərizəçi qeyd edilmişdir. İşdə olan Gədəbəy RİHB-nın Düzyurd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02.12.2021-ci il tarixli, 211 saylı arayışdan görünür ki, Ərizəçi hal-hazırda Gədəbəy rayonu, Talakənd kəndində qeydiyyatdadır və yaşayır. Adı göstərilən uşaqları özü 8 yaşa kimi tərbiyə etmişdir: oğlu X18 04.08.1987 vəfat edib; oğlu X15 14.09.1988 vəfat edib; oğlu X17 02.02.2010; oğlu X20 07.06.2013; qızı X21 07.06.2013. İşdə olan foto şəkillərdən görünür ki, X14 və X9 07.09.2007-ci il vəfat etmşdir. İşdə olan Orexovo-Zuyevo şəh., məhkəmə-tibbi şöbəsi tərəfindən verilmiş M073 seriyalı 1096 nömrəli ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, 14.09.1988-ci il tarixdə anadan olmuş X9 07.09.2007-ci il tarixdə Moskva vilayəti, Orexovo-Zuyevo rayonu, Malodubenskoye şossəsi 3 km-də yol nəqliyyat qəzası nəticəsində ölmüşdür. İşdə olan Orexovo-Zuyevo şəh., məhkəmə-tibbi şöbəsi tərəfindən verilmiş M073 seriyalı 1093 nömrəli ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, 04.08.1987-ci il tarixdə anadan olmuş X12 07.09.2007-ci il tarixdə Moskva vilayəti, Orexovo-Zuyevo rayonu, Malodubenskoye şossəsi 3 km-də yol nəqliyyat qəzası nəticəsində ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X10 17 dekabr 2019-cu il tarixdə ölmüşdür. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən vətəndaş Ərizəçi ərizəsinə cavab olaraq verilmiş 04 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, 04.08.1987-ci il tarixdə Gədəbəy rayonunun Talakənd kəndində anadan olmuş X5 və 14.09.1988-ci il tarixdə Gədəbəy rayonunun Talakənd kəndində anadan olmuş X4 07.09.2007-ci il tarixdə Rusiya Federasiyasının Moskva vilayəti Orexovo-Zuyevo rayonunda avtomobil qəzasında ölmələrinə dair Gədəbəy rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölümün qeydə alınması üçün ölüm faktını təsdiq edən ölüm haqqında şəhadətnamə olmadığı səbəbdən Gədəbəy rayon Qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Beləliklə, məhkəmədə müəyyən olundu ki, X14 04.08.1987-ci il tarixdə, X9 isə 14.09.1988-ci il tarixdə anadan olmuşlar. Onlar 07.09.2007-ci il tarixdə Rusiya Federasiyası Moskva vilayəti, Orexovo-Zuyevo rayonu, Malodubenskoye şossəsi 3 km-də yol nəqliyyat qəzası nəticəsində ölmüşlər. Onların 07.09.2007-ci il tarixdə Moskva vilayəti, Orexovo-Zuyevo rayonu, Malodubenskoye şossəsi 3 km-də yol nəqliyyat qəzası nəticəsində ölməsi ərizəçinin nümayəndəsinin izahatı və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X7 və X4 ölüm faktını təsdiq edən ölüm haqqında şəhadətnamə olmadığına və ölümlərindən uzun müddət keçməsinə görə onlara ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, onun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X7 və X4 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 04 avqust 1987-ci ildə Gədəbəy rayonu, Talakənd kəndində anadan olmuş X5 və 14 sentyabr 1988-ci il tarixdə Gədəbəy rayonu, Talakənd kəndində anadan olmuş X4 07 sentyabr 2007-ci il tarixdə Rusiya Federasiyası Moskva vilayəti, Orexovo-Zuyevo rayonu, Malodubenskoye şossəsi 3 km-də yol nəqliyyat qəzası nəticəsində ölmələrinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Gədəbəy rayon Qeydiyyat şöbəsinə həvalə edilsin ki, X8 və X6 veriləcək ölüm haqqında şəhadətnamədə onların ölüm tarixi kimi “07 sentyabr 2007-ci il”, öldüyü yer kimi “Rusiya Federasiyası Moskva vilayəti, Orexovo-Zuyevo rayonu, Malodubenskoye şossəsi 3 km” qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar