Məhkəmə qərarları › İş №2(042)-209/2025

Gədəbəy Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(042)-209/2025

05.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-209/2025 05.03.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı çəkilən xərclərin ödənilməsi və əmlak tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı dəyəri 600 manat məbləğində soyuducu, 500 manat məbləğində televizor,100 manat məbləğində stol, 300 manat məbləğində 12 ədəd stul, 750 manat məbləğində çarpayı, 300 manat məbləğində paltaryuyan maşın, 300 manat məbləğində xalça, 400 manat məbləğində qab-qacaq, 100 manat məbləğində 2 ədəd linolium, 150 manat məbləğində bir ədəd beşik, 100 manat məbləğində şkaf cavabdehdən alınaraq, ona verilməsi, həmin əşyalar olmadıqda isə həmin əşyaların dəyəri və birgə yaşadıqları müddətdə yaşayış sahəsinə çəkdiyi 6500 manatın alınaraq, ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Cavabdeh ilə 2010-cu ilin iyul ayında nikah bağlamadan ailə qurmuş, qaynatasına məxsus Tərs Yer kəndində yerləşən evə gəlin köçmüşdür. Həmin kənddə 2017-2018-ci illərdə Elçinlə birlikdə ümumi vəsaitləri hesabına birmərtəbəli, ikiotaqlı, bir aynəbədli ev, hamam və əlavə iki otaq tikdirmişlər. Həmin evdə Elçin və uşaqalarla 2023cü ilə kimi orada yaşamışlar.O, fəhləlik etməklə evin tikilişinə xeyli vəsait qoymuşdur.Anası isə həmin evin tikintisi üçün 1200 manat vermişdir.Ümumilikdə, anası 3000 manat evin tikilisinə kömək etmişdir.Həmin ev cavadehlə onun ümumi mülkiyyəti hesab olunur və evin tikilişinə birgə xərc çəkmişlər. Çəkilən xərcin yarsının ona qaytarılmasını istəyir. Evin tikilişinə cəmi, 13000 manat xərc çəkilib. Çəkilən xərcin yarsının, yəni,6500 manatın cavabdehdən alınaraq, ona qaytarılmasını istəyir. Bundan başqa, ona cehiz kimi verilmiş dəyəri 600 manat olan soyuducu, dəyəri 500 manat olan televizor, dəyəri 100 manat olan stol, dəyəri 300 manat olan 12 ədəd stul, dəyəri 750 manat olan çarpayı, dəyəri 300 manat olan paltaryuyan maşın, dəyəri 300 manat olan xalça, dəyəri 400 manat olan qab-qacaq, dəyəri 100 manat olan 2 ədəd linolium, dəyəri 150 manat olan bir ədəd beşik, dəyəri 100 manat olan şkaf da cavabdehdə qalmışdır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Мəhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılması haqqında ərizəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X2 ifadə verərək, bildirmişdir ki,iddiaçı qızıdır.Tərəflər 2010-cu ildə ailə qurmuşlar. Onların ailə münasibətlərindən iki övladları olmuşdur. Birgə yaşadıqları dövrdə öz şəxsi vəsaitləri hesabına birmərtəbli, ikiotaqlı ev tikdirmişlər.Həmin evin tiklməsi uçun o da köməklik göstərmişdir.Cavabdeh spirtli içkilər içdiyinə görə tərəflərin münasibətləri pozulmuş, və ayrılmışlar. Evin tikintisinə, cəmi, 13000 manat xərc çəkilmişdir. Bundan başqa, o, iddiaçıya cehiz kimi dəyəri 600 manat olan soyuducu, dəyəri 500 manat olan televizor, dəyəri 100 manat olan stol, dəyəri 300 manat olan 12 ədəd stul, dəyəri 750 manat olan çarpayı, dəyəri 300 manat olan paltaryuyan maşın, dəyəri 300 manat olan xalça, dəyəri 400 manat olan qab-qacaq, dəyəri 100 manat olan 2 ədəd linolium, dəyəri 150 manat olan bir ədəd beşik, dəyəri 100 manat olan şkaf vermişdir. Tərəflər arasında ailə münasibətləri pozulduqdan və onlar ayrıldıqdan sonra həmin əşyalar cavabdehdə qalmışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X4 və X1 eyniməzmunlu ifadələr vermişlər. İşdə olan sənədlərdən görünür ki, iddiaçı işə məhkəmə baxılması üçün, cəmi, 36 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini və işin faktiki hallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Tərəflər 2010-cu ildə nikah bağlamadan ailə qurmuş, iddiaçı gəlin köçərkən cehiz əşyalarını cavabdehin evinə gətirmişdir.Tərəflər birgə ailə münasibətlərində olduqları müddətdə dəyəri 13000 manat olan yaşayış sahəsi tikmişlər. Tarasında olan ailə münasibətlərinə xitam verildikdən sonra iddiaçı valideynlərinin evinə getmiş, ona məxsus cehiz əşyaları cavabdehin evində qalmışdır.Ona görədə iddia tələbi təmin edilməli cavabdehdən dəyəri 600 manat olan soyuducu, dəyəri 500 manat olan televizor, dəyəri 100 manat olan stol, dəyəri 300 manat olan 12 ədəd stul, dəyəri 750 manat olan çarpayı, dəyəri 300 manat olan paltaryuyan maşın, dəyəri 300 manat olan xalça, dəyəri 400 manat olan qab-qacaq, dəyəri 100 manat olan 2 ədəd linolium, dəyəri 150 manat olan bir ədəd beşik, dəyəri 100 manat olan şkaf və ya onların dəyəri və yaşayış sahəsinin tikintisinə xərclənmiş 13000 manatın yarısı, yəni, 6500 manat alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 238, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh dəyəri 600 manat olan soyuducu, dəyəri 500 manat olan televizor, dəyəri 100 manat olan stol, dəyəri 300 manat olan 12 ədəd stul, dəyəri 750 manat olan çarpayı, dəyəri 300 manat olan paltaryuyan maşın, dəyəri 300 manat olan xalça, dəyəri 400 manat olan qab-qacaq, dəyəri 100 manat olan 2 ədəd linolium, dəyəri 150 manat olan bir ədəd beşik, dəyəri 100 manat olan şkaf və ya onların dəyəri, yaşayış sahəsinin tikintisinə xərclənmiş vəsaitin yarısı olan 6500 manat alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə qiyabi qətnamənin ləğvi üçün şikayət verilə bilər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar