Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-226/2025 12.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki iş (açar sözlər: hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında, ölümün qeyd edilmə faktı) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. Ərizəçi məhkəməyə ərizə verərək, xx.xx.1964-cü il tarixdə anadan olmuş mərhum X2 xx.xx.2024-cü il tarixdə ölmüş elan edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşmə aparılması barədə ərizə verərək, xx.xx.1964-cü il tarixdə anadan olmuş mərhum X1 (ürək tutma səbəbindən) xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, “Azəriqaz” X9 X13 İdarəsinin Gədəbəy xidmət sahəsi üzrə rəis müavini vəzifəsində işləyir. Mərhum arvadı X5 ilə ünvan 1 ünvanında yaşamışlar. O, xx.xx.2024-cü il tarixdə səhər saatlarında iş yerinə getmiş və günorta saatlarında nahar etmək üçün arvadının mobil telefonuna zəng etmiş, lakin Nərminə telefonu götürməmişdir. O, yaşadıqları evə gələn zaman X1 hamam otağında uzanıqlı vəziyyətdə öldüyünü görmüşdür. X1 cənazəsini Bakı şəhərində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqda dəfn etmişlər. X2 ölməsinə dair Gədəbəy rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X7 tərəfindən xx.xx.2024-cü il tarixli qərarı əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Qərarda mərhumun ölüm səbəbi qeyd edilməmişdir. Bu səbəbdən mərhum arvadı X3 ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Odur ki, mərhum X1 xx.xx.2024cü il tarixdə ölmünün qeyd edilməsi barədə Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 05/14/805/24 saylı məktubunda bu barədə qeydlər aparılmış və bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
II. Tərəflərin mövqeləri və şahid ifadələri:
4. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə oxşar izahat verdi və ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
5. X6 məhkəmə iclasında bildirdi ki, Ərizəçi ilə həm ailəvi dostu, həm də qohumudur. Ərizəçinin arvadı Nərminə xanım həmişə ürəyindən şikayətlənirdi, dərman içdikdən sonra düzəlirdi. 2024-cü ilin 21 oktyabr günü Familə zəng etdikdə, Famil ona Nərminə xanımın dünyasını dəyişdiyini demişdir. O, bu xəbəri eşidən kimi Famil gilə getmişdir.
6. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Məhkəmə ərizəçini və şahidi dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
9. Belə ki, mülki iş materiallarında olan; - nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi və X5 nikahlarını xx.xx.1989-cu il tarixdə bağlamışlar. - Gədəbəy rayon prokurorunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X4 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:47-də Gədəbəy şəhər sakini 20 aprel 1964-cü il təvəllüdlü X2 ölməsi barədə daxil olmuş məlumat əsasında araşdırma aparılmış, araşdırma zamanı X2 öz əcəli ilə ölməsi müəyyən edilmiş və toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Maraqlı şəxs tərəfindən Ərizəçi ərizəsinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığından ərizənin qeydiyyat orqanında təmin edilməsi mümkün deyildir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; - 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. - 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. - 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
11. Beləliklə, məhkəmədə müəyyən olundu ki, xx.xx.1964-cü il tarixdə anadan olmuş, X5 xx.xx.2024-cü il tarixdə Gədəbəy şəhərində vəfat etmişdir. Onun xx.xx.2024-cü il tarixdə Gədəbəy şəhərində ölməsi ərizəçinin izahatı, şahid ifadəsi və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X2 ölüm faktını təsdiq edən sənədlər olmadığından ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, N.Mehdiquliyevanın ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X2 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir.
V. Nəticə:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 326, 360, 362ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. xx.xx.1964-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olmuş X2 xx.xx.2024-cü il tarixində, Gədəbəy rayonunda (Gədəbəy şəhərində) “ürəkçatışmazlığı” səbəbindən ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zamiq Rəsulov