Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-269/2025 09.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «əmlak tələbi barədə» iddiasına dair mülki iş (açar sözlər: mülkiyyət hüququ ilə əlaqədar mübahisələr, əmlak tələbi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmlak tələbi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh qalmış, ona məxsus olan dəyəri 1000 manat olan 1 ədəd qızıl üzüyün və dəyəri 240 manat olan “Redmi” markalı telefonun, həmin əşyalardan hər hansı birinin naturada qaytarılması mümkün olmadıqda isə onun dəyərinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2022-ci ildə qeyrirəsmi ailə qurmuş, aralarında rəsmi nikah olmamışdır. Onların birgə yaşayışlarından xx.xx.2024-cü il doğum tarixli X1 adında bir övladları olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət münasibətləri normal olmuşdur. Sonradan aralarında baş vermiş narazılığa görə ayrılmışlar. Ayrılıqlarına səbəb cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi və dolana bilməmələri olmuşdur. Cavabdeh bir neçə dəfə onu döymüş, şiddət göstərmişdir. Sonuncu dəfə 2024-cü ilin avqust ayında cavabdeh onu döyüb evdən qovmuşdur. Hal-hazırda o uşaqları ilə birlikdə atasının evində yaşayır. Cavabdehlə aralarında rəsmi nikah olmadığından uşağın atalığı müəyyən edilməmişdir. Bununla əlaqədar Gədəbəy Rayon Məhkəməsində ayrıca iddia qaldırmışdır. O, Təbrizlə nişanlı olarkən sonuncu ona bir ədəd qızıl üzük hədiyə etmişdir. Atası da Təbrizə bir ədəd nişan üzüyü almışdır. O, evdən qovularkən ona alınmış qızıl üzük cavabdehdə qalmışdır. Üzüyün dəyəri 1.000 manatdır. Eləcə də atası ona bir ədəd “Redmi” markalı mobil telefon almışdır. Həmin telefon da cavabdehdə qalmışdır. Telefonun dəyəri 240 manatdır. Hazırda cavabdeh onun nə qızılını, nə də telefonunu geri qaytarmır. Qızıl üzüyün mövcud olması və ona hədiyyə edilməsi ilə bağlı görüntüləri əks etdirən foto şəkilləri mövcuddur. Ona görə də məhkəmədə iddia qaldırmalı olmuşdur.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi cavabdehin ünvanda yaşamaması barədə qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM-nin) 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir.
7. Belə ki, mülk iş materiallarında olan; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2024-cü il tarixdə doğulmuş, atası qrafasında X2, anası qrafasında X3 qeyd edilmişdir. - foto şəkillərdən görünür ki, iddiaçı və cavabdehin toy məclisindən görüntülər əks olunmuşdur. İddiaçının barmağından bir ədəd üzüyün olması görünür.
8. Beləliklə, məhkəmə iclasında işdə iştirak edən şəxsin izahatı və iş materiallarında olan sübutlarla müəyyən olundu ki, İddiaçı və Cavabdeh 2022-ci ildə qeyri-rəsmi olaraq ailə qurmuşlar. Aralarında rəsmi nikah olmamışdır. İddiaçı cavabdehlə aralarında yaranmış ailə münaqişəsinə görə cavabdehin yaşadığı evi tərk edərək atası evinə getmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehin yaşadığı evdə onun dəyəri 240 manat olan 1 ədəd “Redmi” markalı telefon və dəyəri 1.000 manat olan 1 ədəd qızıl üzük əşyasının qalmasını bildirmiş və həmin əşyaların cavabdehdən alınaraq ona verilməsini tələb etmişdir.
9. Məhkəmə iddiaçının qızıl-zinət əşyaları tələbi ilə bağlı münasibətlərə tətbiq ediləcək hüquq normaları baxımından qeyd edir ki, İddiaçı hədiyyə edilmiş qızıl-zinət və telefon əşyaları tələbi ilə bağlı mübahisə aralarında rəsmi nikah olmadığından, mülki qanunvericiliyin bağışlama müqaviləsi ilə bağlı normalarına uyğun həll edilməlidir.
10. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. - 668.1.3-cü maddəsinə əsasən, daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır. - 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 225.2-ci maddəsinin tələblərinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
12. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
13. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
14. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər 2022-ci il tarixində el adəti ilə toy məclisi keçirib ailə qurmuşlar. İddiaçı tələb etdiyi qızıl-zinət və telefon əşyasının cavabdehdə qalmasını iddia edir. Lakin, cavabdeh məhkəməyə gəlməmiş, qızıl-zinət və telefon əşyasının iddiaçı tərəfindən aparıldığına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, həmin halları sübut etmək vəzifəsi Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçıya bağışlanmış və sonuncunun mülkiyyəti hesab edilən olan 1 ədəd “Redmi” markalı telefon və 1 ədəd qızıl üzük əşyası və ya naturada qaytarılması mümkün olmadıqda onların dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
15. Əşyaların qiyməti iddiaçı tərəfindən göstərilmiş, cavabdeh isə qiyməti mübahisələndirməmişdir. Ona görə də iddiaçının göstərdiyi qiymətlər əşyaların dəyəri kimi qəbul olunmalıdır.
16. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Aşağıda sadalanan əşyalar Cavabdeh alınaraq İddiaçı qaytarılsın: 1 ədəd “Redmi” markalı telefon – dəyəri 240 manat, 1 ədəd qızıl üzük- dəyəri 1000 manat. Həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. Ödənilmiş 32 (otuz iki) manat 40 (qırx) qəpik dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov