Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-295/2024 14.03.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə ərizəçi X3 Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı 1939-cu ildə doğulmuş atası X1 ürək tutması xəstəliyi səbəbindən 12 dekabr 1982-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Ələkbərov Sultanəli oğlu onun atası olmuşdur. Atası 1939-cu ildə Göyçə mahalının, Ağbulaq kəndində doğulmuşdur. Onun atası X2 1959-cu ildə ailə həyatı qurmuş və xx.xx.1961-ci ildə nikah bağlamışlar. Həmin ailədən valideynlərinin 8 uşaqları olmuşdur. Atası xx.xx.1982-ci ildə Bakı şəhərində ürək tutması xəstəliyi səbəbindən ölmüşdür. Atasının sənədi olmadığından kimsəsizlər qəbiristanlığında dəfn edilmişdir. Sonradan həmin qəbiristanlıq dağıdılmışdır. Ona görə də atasının qəbrdaşı yoxdur. Atası Bakıda dəfn edilməsinə baxmayaraq, Novoivanovka kəndində qonşuları mərhum atasına dəfn mərasimi təşkil etmişlər.Onun hüquqi savadı olmadığından vaxtında Qeydiyyat Şöbəsinə müraciət etməmişdir. O, X10 almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona atasının ölümünü təsdiq edən tibbi sənədlər olmadığı üçün ona X10 verməkdən imtina edilmiş, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. X10 alınması ona sosial hüquqlarının həyata keçirilməsi məsələsinin həll edilməsi üçün lazımdır. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini nəzərə alaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X7 ifadə verərək, bildirmişdir ki, ərizəçini tanıyır. Ərizəçinin atası X4 olmuşdur. Ərizəçinin atası12 dekabr 1982-ci ildə ölmüşdür. Məhkəmə iclasında dindirilmiş digər şahid X12 eyniməzmunlu ifadə vermişdir. İşdə olan X6 surətindən görünür ki, ərizəçi xx xxxx 1962-ci ildə Gədəbəy rayonu, Novosaratovka kəndində doğulmuşdur. Onun atası qrafasında X4, ana qrafasında isə X2 göstərilmişdir. İşdə olan Çıxarışdan görünür ki, X4 ilə X5 05 aprel 1961-ci ildə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Ələkbərova soyadı verilmişdir. İşdə olan Arayışdan görünür ki,X2 xx.xx.2006-cı il tarixdə Gədəbəy rayonu, Novo- İvanovka kəndində ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, 1939-cu ildə doğulmuş X1 xx.xx.1982-ci il tarixdə Bakı şəhərində ölməsi faktı sübut edilmişdir. Ona görə də ərizə təmin edilməli, 1939-cu ildə doğulmuş X1 xx.xx.1982-ci il tarixdə Bakı şəhərində ürək tutması səbəbindən ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i : Ərizə təmin edilsin. 1939-cu ildə doğulmuş X1 ürək tutması xəstəliyi səbəbindən 12 dekabr 1982-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-295/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-295/2024
14.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver