Məhkəmə qərarları › İş №2(042)-301/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-301/2021

31.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-301/2021 31.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X17 oğlunun katibliyi, İlk İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Şəmkir rayon Vəkil Bürosunun vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların vəkili, fərdi qaydada fəaliyyət göstərən vəkil X11 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın əvəzinə kompensasiya verilməsi və ya avtomobilin hərracda satılması” tələbinə dair ilk iddiası və qarşılıqlı iddiaçılar (ilk iddia üzrə cavabdehlər) Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum X14 adına olan “Ford Tranzid” markalı **-MJ-*** dövlət nömrə nişanlı avtomobildə övladları ilə birlikdə olan 8\10 hissə payının əvəzinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 16000 (on altı min) manat məbləğində kompensasiyanın ona ödənilməsini, belə bir razılıq olmadıqda isə həmin avtomobilin açıq hərracdan satılaraq satış pulunun paylara mütənasib surətdə bölünməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı vermiş olduqları cəmi 49550 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı alınaraq onlara qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İlk İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun mərhum əri şəhid X14 valideyinləridir. X25 ilə 2012-ci ilin oktyabr ayında ailə qurmuş, nikahlarını 18.12.2013-cü ildə rəsimləşdirmişlər. Birgə nikahlarından 01.10.2014-cü ildə Aişə və 27.06.2017-ci ildə Ömər adlı iki övladları dünyaya gəlmişdir. Tural Məmişovla ailə qurduqdan sonra cehiz əşyaları cavabdehlərin yaşadığı ünvana aparmışdır və həmin vaxtdan Tural Məmişovla birlikdə həmin ünvanda yaşamışlar. 23.10.2020-ci ildə həyat yoldaşı Tural Məmişov könüllü olaraq ölkəsinin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün hərbi xidmətə getmiş və 04 noyabr 2020-ci il tarixdə 2-ci Qarabağ müharibəsində Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Tural Məmişov 05.11.2020-ci il tarixdə Gədəbəy rayonu Maarif kəndində dəfin edilmişdir. Tural Məmişovun dəfnindən sonra cavabdehlər heç bir səbəb olmadan ona qarşı aqresiv olmuşlar. Nəticədə həyat yoldaşı Tural Məmişovun şəhid olmasından 40 gün keçməmiş 29.11.2020-ci ildə cavabdehlər onu uşaqları ilə birlikdə evdən zorla çıxarmışlar. Bundan sora onun başqa yaşayış yeri olmadığı üçün övladları ilə birlikdə valideyinlərinin yanına getmək məcburiyyətində qalmışdır. Bir neçə gündən sonra cavabdehlərin ona məxsus əşyaları həyətə yığdıqlarını öyrənmiş və buna görədə əşyalarını evdən çıxartmaq məcburiyyətində qalmışdır. Hazırda övladları onun himayəmdədir. Qeyd edir ki, mərhum həyat yoldaşı şəhid Tural Məmişovun mülkiyyətində “Ford Tranzid” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Həmin avtomobili Tural Məmişovla birgə nikahda olduqları dövrdə yəni 07.12.2018-ci ildə əldə etmişdirlər. Hazırda həmin avtomobil cavabdehlərin yaşadığı ünvandadır və həmin avtomobildən onlar istifadə edirlər. 28.01.2021-ci il tarixdə Gədəbəy rayon notariat ofisinə müraciət edərək qeyd olunan avtomobilə vərəsələrin hər birinə miras əmlakdan 1/10 payın müəyyən edilməsinə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və əmlakın 1/2 hissəsinin onun olması barədə mülkiyyət hüququ haqqında şəhadətnamələr almışdır. Hazırda övladları ilə birlikdə onların miras əmlakdan payımız 8/10 hissədədir. Belə ki, 1/2 hissədə (5/10 hissədə) payı Tural Məmişovla birgə nikah dövründə əldə olunmasına görə, digər 3/10 hissədə pay isə onun və iki övladına miras əmlakdan qanunun üzrə çatası paydır. Həmçinin cavabdehlərin hər birinə də miras əmlakdan 1/10 hissədə payları müəyyən edilmişdir. Bildirir ki, hazırda sözügedən avtomobilin bazar qiyməti təxminən 20000 (iyirmi min) manat təşkil edir. Lakin avtomobilin 2/1 (5/10 hissə) və övladları ilə birlikdə miras əmlakdan məcburi pay üzrə 3/10 hissinin onların mülkiyyətlərində olmasına baxmayaraq, cavabdehlərin ucbatından mülkiyyətindən istifadə edə bilmir. Elə bu səbəbdən də məcburiyyət qarşısında qalaraq övladları ilə birlikdə avtomobildə olan 8/10 hissə paylarının əvəzinə cavabdehlər tərəfindən 16000 (on altı min) manat məbləğində kompensasiyanın onlara ödənilməsi, belə bir razılıq olmadıqda isə həmin avtomobilin açıq hərracdan satılaraq satış pulunun onların arasında bölünməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Əks təqdirdə avtomobilin 8/10 hissəsinin onun mülkiyyətində olmasına baxmayaraq, mülkiyyətindən yararlana bilmir. Yəni, onun mülkiyyət hüquqları cavabdehlər tərəfindən pozulur. Məhkəmə iclasında ilk İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və qarşılıqlı iddia tələbini etiraf etməyərək ilk iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunlu izahat verib göstərdi ki, şəhid Tural Məmişovun mülkiyyətində olan “Ford Tranzid” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil avtomaşın ilk iddiaçı ilə birgə nikah dövründə əldə edilmişdir. Ərizədə həmin avtomaşının qiymətini təqribi 20.000 manat qeyd etmişlər. Ekspert rəyinə əsasən isə avtomaşının bazar qiyməti 19.000 manatdır. Həmin məbləğlə razılaşır. İlk iddiaçının avtomaşına olan 8/10 hissədə payının əvəzinə kompensasiya olaraq pulun cavabdehlərdən alınaraq verilməsini, yaxud həmin avtomaşının açıq hərracda satılmasını, qarşılıqlı iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş edir. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 məhkəmə iclasında ona qarşı olan ilk iddia tələbini etiraf etdi və qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, mərhum oğulları X3 Ülkər Dilqam qızı ilə 2012-ci ilin oktyabr ayında qeyri-rəsmi ailə qurmuşlar, nikahlarını 18 dekabr 2013-cü ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından onların Aişə və Ömər adında iki övladları olmuşdur. Oğulları və gəlinləri ilə birlikdə ailə qurduqları vaxtdan bir ailədə Gədəbəy rayonu, Maarif kəndində yerləşən evlərində yaşamışlar. 23 oktyabr 2020-ci ildə Vətən müharibəsi ilə əlaqədar oğlu Tural Məmişov səfərbərliyə çağrılmışdır. 04 noyabr 2020-ci il tarixdə Tural Laçın uğrunda gedən döyüşlərdə şəhid olmuş, 05 noyabr 2020-ci ildə Gədəbəy rayonu, Maarif kənd qəbristanlığında dəfn edilmişdir. Turalın ölümündən sonra cavabdeh olan gəlinləri İddiaçı ilə aralarında əmlak mübahisələri yaranmışdır. İddiaçı 12 dekabr 2020-ci ildə Slavyanka kənd icra nümayəndəliyinin və Slavyanka kənd bələdiyyəsinin iştirakı ilə evlərində olan cehiz əşyalarını, özünə məxsus olan palaz-paltarını və digər əşyalarını götürmüş, bundan sonra onlara qarşı hər hansı daşınar və daşınmaz əmlaka dair iddia tələbinin olmayacağını bildirmişdir. Bu barədə akt tərtib edilmişdir. Eyni zamanda həmin gün şəhid ailəsinə H.Əlieyev fondu tərəfindən verilən 10000 manat məbləğində pul İddiaçı təhvil verilmişdir. Şəhid oğlu Tural Məmişovun mülkiyyətində “Ford Tranzid” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Həmin avtomobilin 19.000 manat qiyməti ilə razılaşır. Eləcə də ilk iddiaçıya maşına olan payının əvəzinə kompensasiya verməklə razıdır. Buna baxmayaraq qeyd edir ki, Ülkər, oğlu Tural, nəvələri, özü və arvadı bir ailədə yaşamışlar. Onların xərci və qazancı bir olub. Oğlunun da ayrıca təsərrüfatı olmamışdır. Oğul olaraq o bütün işləri ona tapşırmış, əkin üçün xərclər vahid büdcədən xərclənmişdir. Tural Məmişovun sağlığında onlar Gədəbəy rayonu, Maarif kəndində əkin sahəsi götürərək qırmızı çuğundur əkmişlər. Əkdikləri məhsuldan 60 ton çuğundur əldə etmişlər. Oğlu şəhid olandan sonra 2020-ci ilin noyabr ayının ortalarında həmin çuğundur məhsulunu Bakı şəhərində satmaq üçün göndərmişlər. 60 ton çuğundurun 50 tonu 55 qəpikdən, 10 tonu isə 10 qəpikdən satılmışdır. Çuğundurdan əldə etdikləri ümumi gəlir 28500 manat təşkil etmişdir. Onlar həmin pulu da İddiaçı vermişlər. Bundan başqa onlar oğulları Turalın Eşqin adlı şəxsə borc olaraq verdiyi 6150 manat pulu Turalın ölümündən sonra Eşqin qaytararkən onların razılığı ilə həmin pulu İddiaçı vermişdir. Bundan əlavə olaraq onlar İddiaçı özlərinə məxsus olan 9900 manat bir dəfə, 5000 manat da bir dəfə pul vəsaiti vermişlər. Qeyd etdikləri bu faktları məhkəmə baxışında təqdim edəcəkləri şahid ifadələri ilə sübut edəcəklər. Baxmayaraq ki o, pulu verməyə borclu deyildilər və pul onlara məxsus idi. Pulu ona görə Ülkərə vermişlər ki, onun gələcəkdə onlara qarşı hər hansı əmlak iddiası olmayacaq. Belə ki, İddiaçı Turalın “40” mərasimi çıxmamış onlara bildirmişdir ki, “mən çıxıb Bakıya gedəcəm, bu evdə qalmayacam, mənə maddi köməklik edin, atam və qardaşım mənə Bakı şəhərindən ev tikəcəklər, sizə qarşı heç bir iddia tələbim olmayacaq”. Onlar da əllərində olan bütün pulları (49550 manatı) Ülkərə vermişlər. Lakin 12 fevral 2021-ci il tarixdə İddiaçı onlara qarşı “avtomobildən pay əvəzinə kompensasiya və ya avtomobilin açıq hərracda satılması” tələbinə dair məhkəmədə iddia qaldırmış, eləcə yaşadıqları evdən və istifadə etdikləri torpaqdan pay tələb etmişdir. Belə olan halda onlar İddiaçı verdikləri cəmi 49550 manat məbləğində pulu (28500 AZN + 9900 AZN + 6150 AZN + 5000 AZN = 49550 AZN) geri tələb edirlər. Hansı ki, cavabdeh İddiaçı həmin pulla əsassız olaraq varlanmışdır və onlar həmin pul vəsaitindən məhrum olmuşlar. Həmin pul vəsaitlərinə qarşı İddiaçı heç bir haqqı yoxdur. Belə ki, onlar İddiaçı həmin pul vəsaitlərini ödəmək üçün heç bir öhdəlik daşımırlar və həmin pulu Ülkərə ona görə vermişdirlər ki, o, onlara qarşı məhkəmədə hər hansı əmlak tələbinə dair iddia qaldırmasın. Lakin Ülkərin etdiyi hərəkətlər gözlənilən məqsədə uyğun olmamış, ona görə də hesab edirlər ki, onların həmin pul vəsaitlərini əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb hüquqları vardır. Cavabdeh (qarşılıqlı üzrə iddiaçı) Cavabdeh2 Cavabdeh1la eyni məzmunlu izahat verib məhkəmə iclasında ona qarşı olan ilk iddia tələbini etiraf etdi və qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehlər (qarşılıqlı üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 vəkilləri X18 qarşılıqlı iddia tələbini müdafiə etdi və ilk iddia tələbini qəbul edərək hüquqi yardım göstərdiyi şəxslərin izahatına uyğun izahat verdi. X4 məhkəmə iclasında bildirdi ki, Gədəbəy rayonu, Maarif kəndində yaşayır. İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qonşu olmaqla tanıyır. Cavabdeh1 oğlu Turalı da tanımışdır. Tural 2-ci Qarabağ Müharibəsində şəhid olmuşdur. İddiaçı Turalın arvadıdır. Tələt, Esmira, Tural, Ülkər və uşaqları bir evdə bir ailədə yaşamışlar. Tural Məmişovun ölümündən sonra yas mərasimində Tələt evdən 5000 manat pulu onun yanında gəlini İddiaçı vermişdir. Cavabdeh1 və Tural Məmişov 2020-ci ildə torpaq sahələrinə qırmızı çuğundur əkmişlər. Çuğundurun bir az hissəsi Tural sağlığında satılmış, qalan hissəsi isə Gədəbəy rayonu Maarif kəndində Tələtin evinə navesin altına yığılmışdır. Tural şəhid olandan sonra daim Tələtgildə olmuşdur. O, çuğundurun yığılmasında və satılmasında köməklik etmişdir. Belə ki, Tələtin qapısına toplanmış çuğundur üç ədəd Kamaz markalı maşına yüklənmiş, satılması üçün Bakı şəhərində “Meyvəli” bazarında həmişə onların kənd məhsulunun satışını həyata keçirən Raminə göndərmişlər. Çuğundurun hər kiloqramı 55 qəpikdən satılmış, 28.500 manat pul isə İddiaçı verilmişdir. X8 məhkəmə iclasında bildirdi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tanımış, onların oğlu şəhid X25 ilə şərikli işləmişdir. Tural müharibəyə getdiyi zaman fəhlələrini o işlətmişdir. 6150 manat pul borcu qalmış, həmin pulu yas mərasimində Tələtə vermək istəmiş, Tələt isə pulu İddiaçı verilməsini demiş, o da pulu Ülkərə vermişdir. Həmçinin, Turalın ölümündən sonra üç ədəd Kamaz marlkalı maşın çuğundur məhsulsu olmuş, həmin məhsul Bakı şəhərində Meyvəli bazarda işləyən Raminə göndərilmişdir. Ramin ona demişdir ki, məhsulun pulunu Tələtə , yoxsa Dilqama versin. Tələt onun başı qarışıq olduğundan pulun Dilqama çatacağını bildirdiyindən o, Raminə bu barədə demişdir. Məhsulun bütün pulunu Ramin Dilqama göndərmişdir . X5 məhkəmə iclasında bildirdi ki, Gədəbəy rayonu, Maarif kəndində yaşayır. İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qonşu olmaqla tanıyır. Cavabdeh1 oğlu Turalı da tanımışdır. Cavabdeh1 9900 manat məbləğində pulu onun yanında gəlini İddiaçı vermişdir. Qonşuları Eşqindən 6150 manat alacaqları olmuş, həmin puluda Eşqin İddiaçı vermişdir. Tələtgilin həyətində üç “Kamaz” maşını miqdarda çuğundur olmuş, həmin çuğundurun satışından əldə olunan 28.500 manat pul da İddiaçı verilmişdir. Tələtgilin evinə gediş-gəlişi olan qonşu kimi bunu bilmişdir. X1 məhkəmə iclasında bildirdi ki, Gədəbəy rayonu, Maarif kəndində yaşayır. İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qonşu olmaqla tanıyır. Cavabdeh1 oğlu Turalı da tanımışdır. Tural Məmişovun yas mərasimində 5000 manat pul onun yanında İddiaçı verilmişdir. Həmin pul da çuğundurun satışından əldə olunmuş puldur. Bütün çuğundur məhsulu satılaraq pulu Cavabdeh1 tərəfindən Dilqama verilmişdir. Çuğundurun nə qədər olmasını bilməmiş, amma təxminən 5-6 Kamaz maşını qədər olduğunu bilmişdir. O Tural Məmişov rəhmətə getdiyi gündən onların evinə gedib gəlmiş, bu barədə məlumatları dəqiqdir. X2 məhkəmə iclasında bildirdi ki, Gədəbəy rayonu, Maarif kəndində yaşayır. İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qonşu olmaqla tanıyır. Cavabdeh1 oğlu Turalı da tanımışdır. Tural Məmişov şəhid olduğu üçün və Cavabdeh1gilin başları yas mərasiminə qarışdığı üçün Tural Məmişovla birgə əkmiş olduqları çuğunduru Dilqamın Bakı şəhərinə satmaq üçün apardığını görmüş, ancaq pulunun kimə çatdığın görməmişdir. Çuğundur məhsulu Cavabdeh1 qapısında olmuş, hər biri 20 ton çəkisi olmaqla üç ədəd Kamaz markalı maşınla göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri, şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyəti təsdiq edən sənəddən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Gədəbəy rayon Maarif kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayır. İşdə olan 10.11.2020-ci il tarixli, 126418 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X25 04.11.2020-ci il tarixdə Laçın rayonunda ölmüşdür. Ölüm səbəbi hərbi əməliyyat zamanı odlu silah və digər adi silah növləri ilə törədilmiş zədələmələr kimi göstərilmişdir. İşdə olan 13 dekabr 2018-ci il tarixli 916452№-li nikah haqqında şəhadətnamədən görünür ki, 05 aprel 1992-ci il tarixdə Gədəbəy rayonu, Maarif kəndində anadan olmuş X25 ilə xx xxxxxx 1992-ci il tarixində Gədəbəy rayonu, Maarif kəndində anadan olmuş X19 ilə 18.12.2013-cü il tarixdə nikah bağlamışlar. İşdə olan 12.03.2015-ci il tarixli, 438808№-li doğum haqqında şəhadətnamədən görünür ki, X26 01.10.2014-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, atası qrafasında X25, anası qrafasında İddiaçı göstərilmişdir. İşdə olan 10.11.2017-ci il tarixli, 026501№-li doğum haqqında şəhadətnamədən görünür ki, X27 27.06.2017-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonunda doğulmuş, atası qrafasında X25, anası qrafasında İddiaçı göstərilmişdir. İşdə olan 28.01.2021-ci il tarixli **********043 №-li mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən 04.11.2020-ci ildə vəfat etmiş X7 qalmış əri (arvadı) Gədəbəy, Maarif kəndində qeydiyyatda olan İddiaçı (AZE********, 01.03.2017- Gədəbəy RPŞ, FİN:xxxxxxx, d/t: xx.xx.1992) onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. X13 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı - Tovuz RQİ və TBŞ tərəfindən verilmiş 07.12.2018-ci il tarixli AD338784 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi ÜF0LXXGBFL2Y83887, mühərrikin nömrəsi – və buraxılış ili 2002-ci il olan FORD TRANSİT YÜK markalı 90MJ945 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. O cümlədən ölmüş ərin (arvadın) ümumi əmlakdan payı FORD TRANSİT YÜK Markalı 90MJ945 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 2/1 hissəsindən ibarətdir. İşdə olan 28.01.2021-ci il tarixli **********042 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 04.11.2020-ci il tarixdə vəfat etmiş, X14 vərəsələri: Gədəbəy, Maarif kəndində qeydiyyatda olan arvadı İddiaçı (AZE********, 01.032017- Gədəbəy RPŞ, FİN:xxxxxxx, d/t:xx.xx.1992) ünvan 1i ünvanında qeydiyyatda olan qızı X26 (AA0865855, 16,09,2019- Gədəbəy RPŞ QvŞV qrupu, FİN:8Q5F5QR, d/t:01.10.2014) Gədəbəy rayonu, Slavyanka Ərazi Dairəsi Maarif kəndində qeydiyyatda olan oğlu X27 (AA0852572, 29.09.2019- Gədəbəy RPŞ QvŞV qrupu, FİN:8946LNM, d/t:27.06.2017) və onların hər biri miras əmlakdan 1/10 irs almalıdır. İşdə olan 14.01.2021-ci il tarixli **********011 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 04.11.2020-ci il tarixdə vəfat etmiş-X14 vərəsələri:

1. Gədəbəy rayonu, Maarif kəndində qeydiyyatda olan atası Cavabdeh1

2. Gədəbəy rayonu, Maarif kəndində qeydiyyatda olan anası Cavabdeh2

3. Gədəbəy rayonu, Maarif kəndində qeydiyyatda olan arvadı İddiaçı

4. ünvan 1ində qeydiyyatda olan oğlu X27

5. ünvan 1ində qeydiyyatda olan qızı X26 Şəhadətnamə verilən miras əmlak – Azərbaycan Respublikası Dövlət Siğorta şirkətinin 13.01.2021-ci il tarixli 17 nömrəli arayışına əsasən hesabında olan 11000 on bir min manat pul vəsaitindən ibarətdir. İşdə olan AZE serialı 0******* №-li şəxsiyyəti təsdiq edən sənəddən görünür ki, Məmişov X10 rayonu, Maarif kəndində anadan olmuş, həmin kəntdə qeydiyyatda olmaqla yaşayır. İşdə olan AZE seriyalı 0******* №-li şəxsiyyəti təsdiq edən sənəddən görünür ki, Cavabdeh2 Gədəbəy rayonu, Maarif kəndində anadan olmuş, həmin kənydə qeydiyyatda olmaqla yaşayır. İşdə olan Məhkəmə Ekspertizası Xidmətləri MMC-nin 25 may 2021-ci il tarixli 02- 39/21 nömrəli ekspert rəyindən görünür ki, aparılan araşdırmalar və təhlillərə əsasən X20 məxsus qeyd edilən ** MJ *** dövlət qeydiyyat nişanlı “FORD Transit” Yük avtonəqliyat vasitəsinin 25 may 2021-ci il tarixinə bazar dəyəri 19000,0 (on doqquz min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İlk iddia üzrə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, X14 ölümündən sonra digər əmlaklarla yanaşı mübahisə predmeti olan ** MJ *** dövlət qeydiyyat nişanlı, “FORD Transit” yük avtonəqliyat vasitəsi miras qalmışdır. Tural Məmişovun qanun üzrə vərəsələri kimi valideynləri Cavabdeh1 1/10 hissədə paya, anası Cavabdeh2 1/10 hissədə paya və İddiaçı onun azyaşlı uşaqları ilə birlikdə 8/10 hissədə paya vərəsəlik hüquqları müəyyən edilmişdir. Qeyd olunan şəxslər ** MJ *** dövlət qeydiyyat nişanlı, “FORD Transit” yük avtonəqliyat vasitəsinə miras şərikləridir. İlk iddiaçı məhkəmədə miras əmlak olan nəqliyyat vasitəsinin bölüşdürülməsinin həlli ilə əlaqədar iki alternativ tələb irəli sürmüşdür ; 1. Miras qalmış əmlakdan paya görə kompensasiya tələbi: 2. Avtomobilin açıq hərracdan satılması barədə tələb. İlk iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası MM-nin 1157, 1274, 1279cu maddələri təşkil edir. Azərbaycan Respublikası MM-nin 1157-ci maddəsinə əsasən, əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1279-cu maddəsinə əsasən, miras şəriklərinin razılaşması üzrə bütün mirasın bir miras şərikinə keçməsi mümkündür. Öz növbəsində o, digər miras şəriklərinə müvafiq kompensasiya verməyə borcludur. Qeyd olunan hüquq normalarına əsasən, iddiaçı ilə cavabdehlər Tural Məmişovun ölümündən sonra qalmış bölünməz daşınar əşya olan avtomaşına münasibətdə miras şərikləridir. İddiaçı ona və azyaşlı uşaqlarına düşün miras pay görə cavabdehlərdən kompensasiya tələb edir. Cavabdehlər isə bu iddia tələbini etiraf edirlər və miras şəriki olaraq iddiaçı və onun azyaşlılarına düşən paya görə kompensasiya verməyə etiraz etmirlər. Azərbaycan Respublikası MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddia tələbini etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, məhkəmə cavabdehlərin iddia tələbini etiraf etməsini qəbul edir. Məhkəmə ilk iddia üzrə belə qənaətə gəlir ki, ilk iddia tələbi qismən təmin edilməli, X14 ölümündən sonra miras qalmış ** MJ *** dövlət qeydiyyat nişanlı, “FORD Transit” yük avtonəqliyat vasitəsinin bazar qiyməti 19.000 manat qiymətləndirilməklə iddiaçiya və azyaşlı uşaqlarına düşən 8/10 hissə paya görə cavabdehlərdən kompensasiya olaraq 15.200 manat alınıb iddiaçıya verilməlidir. Məhkəmə iclasında qarşılıqlı iddia tələbi üzrə tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdehlər Cavabdeh1, arvadı Cavabdeh2, oğlu X25 və sonuncunun arvadı İddiaçı bir ailə olaraq eyni fərdi yaşayış evində Gədəbəy rayon Maarif kəndində yaşamışlar. Onların vahid ailə təsərrüfatı olmuş, bir büdcələri olmuş, qazancları və xərcləri bir olmuşdur. 2020-ci ildə qeyd olunan ailə təsərrüfatı tərəfindən Gədəbəy rayon Maarif kəndində çuğundur əkib becərmişlər. Həmin çuğundurun satışı ilə 5000 manat, 9900 manat 6150 manat və 28.500 manat olmaqla cəmi 49.500 manat qazanc əldə edilmiş, həmin pul ilk İddiaçı verilmişdir. Cavabdehlər qarşılıqlı iddia qaldıraraq, həmin pulun iddiaçıdan alınaraq onlara qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinin qanuni əsaslarını Azərbaycan Respublikası MM-nin 213.1, 214.1, 1151.2, 157.2-ci maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası MM-nin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçıların iddiaçıdan tələb etdiyi 49.500 manat məbləğində pul vəsaiti bölünən əşya olaraq Cavabdeh1, arvadı Cavabdeh2, oğlu X14 və sonuncunun arvadı İddiaçı ümumi paslı mülkiyyətidir. Onların qeyd olunan pul vəsaitinə bərabər olmaqla ¼ hissədə payları var. Belə olan halda hər bir payçıya 49.500 manat pul vəsaitinin 12.375 manat hissəsi düşür ki, qarşılıqlı iddiaçılara ümumi mülkiyyətdən düşən cəmi pul məbləği 24.750 manat təşkil edir. Azərbaycan Respublikasının 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmçinin qeyd edir ki, X14 qeyd olunan ümumi mülkiyyətdə olan pul vəsaitindəki 12.375 manat hissədə payı da miras kütləsinə daxildir və həmin pul vəsaitinin 2/10 hissəsi yəni 2475 manat 10 qəpik hissəsinə qarşılıqlı iddiaçıların payı vardır. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçıda olan 49.500 manat pul vəsaitinin 24.225,10 (iyirmi dörd min iki yüz iyirmi beş manat on qəpik) manat hissəsinə mülkiyyət hüquqları vardır və həmin pul vəsaiti ilk iddiaçının qanunsuz sahibliyindədir. Odur ki, qarşılıqlı iddiaçıların iddia tələbləri qismən, yəni 24.225,10 (iyirmi dörd min iki yüz iyirmi beş manat on qəpik) manat hissəsində əsaslıdır və təmin edilməli, qalan hissədə rədd edilməlidir. İddiaçı və qarşılıqlı iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişlər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İlk iddia tələbi və qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Miras qoyan X20 məxsus “Ford Tranzit” markalı, **-MJ-*** dövlət nömrə nişanlı avtomobildən İddiaçı və onun azyaşlı uşaqlarına düşən 8\10 hissədə payın əvəzinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15.200 manat pul kompensasiya olaraq alınıb İddiaçı verilsin. İddiaçı 27.225,10 (iyirmi yeddi min iki yüz iyirmi beş manat on qəpik) manat pul vəsaiti alınaraq Cavabdeh1 və Cavabdeh2 qaytarılsın. İlk iddia tələbi və qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. İlk iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 24 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ilk İddiaçı, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun 16 manatı İddiaçı alınaraq cavabdehlər X6 və Cavabdeh2 verilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi müvafiq olaraq iddiaçı və cavabdehlərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar