Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-345/2025 19.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair mülki işin məhkəmədə baxılmağa hazırlanması üzrə keçirilən məhkəmə iclasında, məhkəmə müəyyən etdi: Ərizəçi xx.xx.2025-ci il tarixində ərizə ilə Məhkəməyə müraciət edərək anası X1 xx.xx.2022-ci il tarixində ölməsi faktının məyyən edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəyə ərazi aidiyyətinə görə Gədəbəy Rayon Məhkəməsinə baxılmalı deyil. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Hazırkı işin materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi Şəmki rayonu, Çinarlı qəsəbəsində yaşayır. Odur ki, ərazi aidiyyəti qaydalarına görə hazırkı işə Şəmkir Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.2 - 45.3-cü maddələrinə görə işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən 10 gün ərizində şikayət verilə bilər. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət vermə müddəti başa çatdıqdan sonra icra edilir. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi ““ölüm faktının müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair mülki işə baxılması Gədəbəy Rayon Məhkəməsinin yurisdiksiyasına aid olmadığından ərazi aidiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44-45, 263-264, 267-268-ci və 309.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi “ölüm faktının müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(042)-345/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-345/2025
19.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver