Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-348/2022 15.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İş № 2 (042)-346/2022 Azərbaycan Respublikası adından QƏTNAMƏ 20 aprel 2022-ci il Gədəbəy şəhəri Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, cavabdeh X3 iştirakı ilə, iddiaçı X9 cavabdeh X5 və üçüncü şəxs X10 qarşı məhkəmə aktları ilə müəyyən edilmiş məbləğin azaldılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X16 cavabdeh X5 qarşı X9 cavabdeh X5 məhkəmə aktları ilə müəyyən edilmiş maddi ziyan məbləğinin 2750 manat azaldılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X16 iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli, 2(042)-93/2018 saylı qətnaməsi ilə iddiaçı X9 cavabdeh X5 qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək “HOWO ZZ3407S3267W-yük” markalı **-LC-*** qeydiyyat nişanlı və “SHCMAN SX3315DT326 yük” markalı, **-VE-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin alğı-satqısına dair həmin nəqliyyat vasitələrinin mülkiyyətçisi X6 etibarnamə üzrə nümayəndəsi X12 ilə X16 arasında bağlanmış 27 fevral 2016-cı il tarixli müqavilələr etibarsız hesab edilməklə X2 və X4 7000 manat məbləğində pul alınaraq X13 geri qaytarılması qət edilmişdir. Həmçinin, X3 və X6 X13 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək “HOWO ZZB40783267W–yük” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin təmir-bərpa xərci təşkil edən 11.010 manat məbləğində pul X7 alınaraq X5 və X11 verilməsi qət edilərək ilk iddia və qarşılıqlı iddia tələbləri qalan hissələrdə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 aprel 2019-cu il tarixli, 2(104)-250/2019 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X9 verdiyi apellyasiya şikayəti təmin edilməmiş, ilkin iddia üzrə cavabdehlər X12 və X6 verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş və aşağıdakı məzmunda qətnamə qəbul edilmişdir: Gədəbəy Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli 2(042)-93/2018 saylı qətnaməsi – “qarşılıqlı iddia tələblərinin təmin edilməyən “SHCMAN SX3315DT326 yük” markalı, **-VE-*** qeydiyyat nişanlı yük avtomobilinin təmir-bərpa xərci təşkil edən 7360 (yeddi min üç yüz altmış) manat məbləği hissəsində” ləğv edilsin, “qarşılıqlı iddia həmin hissədə təmin edilsin, “SHCMAN SX3315DT326 yük” markalı, **-VE-*** qeydiyyat nişanlı yük avtomobilinin təmir-bərpa xərci təşkil edən 7360 (yeddi min üç yüz altmış) manat pulun X7 alınaraq, X5 və X11 verilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli, 2(102)-6340/19 saylı qərarı ilə ilkin iddia üzrə iddiaçı X9 və ilkin iddia üzrə cavabdeh Mahmudov Məzahət Maqsud oğlunun kassasiya şikayətləri təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində və apellyasiya instansiyasında iddiaçının məhkəmə baxışı predmeti olmuş məsələlərlə əlaqədar unutduğu və mübahisələndirmədiyi məqam olmuşdur. İddiaçı hesab etmişdir ki, hazırkı iddia üzrə cavabdeh X12 onun barəsində başlanan və xitam edilən cinayət işi üzrə aldığı 2750 manat pulu məhkəmə qətnaməsinin icrası zamanı qəbul edəcəkdir. Lakin, icra prosesində Məzahət Mahmudov 2750 manat pulu almadığını israrla bildirmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı barəsində başlanılmış cinayət işi məhz məhkəmədə baxılan mülki işlə bağlı olmuşdur. Məhz bu səbəbdən apellyasiya instansiyasında mülki iş Məzahət Mahmudovun ərizəsi əsasında cinayət işinə baxılıb nəticə verilənədək dayandırılmışdır. Cinayət işi M.Mahmudovun şikayəti əsasında iddiaçının guya ona qarşı dələduzluq cinayəti törətməsi ilə əlaqədar başlanılmış və əməllərində cinayət tərkibi olmadığına görə cinayət işinə xitam verilmişdir. Sözügedən cinayət işində də mübahisə predmeti M.Mahmudov və N.Mahmudovanın əmlakına ziyan vurma ilə əlaqədar olmuşdur. Həmin cinayət işi üzrə iddiaçı əsassız olaraq həbs edildiyinə görə onun anası X14 tərəfindən vurulmuş ziyan kimi 2750 manat istintaq orqanına ödənilmişdir. İstintaq orqanı tərəfindən ödənilmiş məbləğ şəxsən M.Mahmudova vermiş, bu barədə M.Mahmudov tərəfindən müvafiq qəbz yazılmışdır. Həmçinin, M.Mahmudov istintaq zamanı 23 may 2017-ci il tarixli dindirilmə protokolunda bu xüsusat təsdiq etmişdir. Məhkəmə aktları ilə iddiaçı tərəfindən M.Mahmudov və N.Mahmudovaya vurulmuş maddi ziyanın məbləği 11010 manat və 7360 manat olmaqla, cəmi 18370 manatdır. Ona görə də icra prosesində Məzahət Mahmudov tərəfindən etiraf edilməyən və ziyan hesabına ödənişi nəzərə alınmayan, ibtidai istintaq zamanı ona ödənilmiş olan 2750 manat məhkəmə aktları ilə dəqiqləşdirilmiş məbləğə hesablanmalıdır. Bununla əlaqədar məhkəmə aktları nəticəsində müəyyən edilmiş maddi ziyan 2750 manat azaldılmalıdır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X12 məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, iddiaçının ona olan borcu müəyyən edilərkən həmin məbləğin nəzərə alındığını bildirmiş, iddia müddətinin tətbiq edilməsi haqqında ərizə vermiş, izahat verərək, göstərmişdir ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən ödəməli olduğu pul məbləğinin ödənilməsindən yayınmaq məqsədilə və eyni zamanda inzibati və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs X10 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs X14 məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxs X8 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Protokolun surətindən görünür ki, X9 anası X1 Məzahət Maksud oğluna vurulmuş maddi ziyandan 2750 manat ödənilməsi üçün 2750 manat pulu istintaqa təqdim etmişdir. İşdə olan qəbzin surətindən görünür ki, X12 ona dəymiş ziyandan 2750 manat almışdır. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 06.03.2018-ci il tarixli, 2(042)93/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı X9 cavabdeh X5 qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilməsi, “HOWO ZZ3407S3267W-yük” markalı, **-LC-***i/o qeydiyyat nişanlı və “SHCMAN SX3315DT326 yük” markalı, **-VE-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin alğı-satqısına dair həmin nəqliyyat vasitələrinin mülkiyyətçisi X6 etibarnamə üzrə nümayəndəsi X12 ilə X16 arasında bağlanmış 27 fevral 2016-cı il tarixli müqavilələr etibarsız hesab edilməsi, X2 və X4 7000 (yeddi min) manat məbləğində pul alınaraq X13 geri qaytarılması, X3 və X6 X13 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməsi, “HOWO ZZ3407S3267W-yük” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin təmirbərpa xərci təşkil edən 11.010 (on bir min on manat) manat məbləğində pul X7 alınaraq X5 və X11 verilməsi qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 03.04.2019-cu il tarixli, 2(104)250/2019 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə iddiaçı X9 verdiyi apellyasiya şikayəti təmin edilməməsi, ilkin iddia üzrə cavabdehlər X12 və X6 verdiyi apellyasiya şikayəti qismən təmin edilməsi, Gədəbəy Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli 2(042)-93/2018 saylı qətnaməsi - «qarşılıqlı iddia tələblərinin təmin edilməyən «SHCMAN SX3315DT326 yük» markalı, 90-VE- 425 qeydiyyat nişanlı yük avtomobilinin təmir-bərpa xərci təşkil edən 7360 (yeddi min üç yüz altmış) manat məbləği hissəsində» ləğv edilsin, «qarşılıqlı iddia həmin hissədə təmin edilsin, «SHCMAN SX3315DT326 yük» markalı, **- VE-*** qeydiyyat nişanlı yük avtomobilinin təmir- bərpa xərci təşkil edən 7360 (yeddi min üç yüz altmış) manat pulun X7 alınaraq X5 və X11 verilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarından görünür ki, tərəflərin kassasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə iddiaçının cavabdehə ödəməli olduğu pulun miqdarı müəyyən edilmişdir. İddiaçı həmin fakt yenidən mübahisələndirə bilməz. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-348/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-348/2022
15.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver