Məhkəmə qərarları › İş №2(042)-40/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-40/2020

16.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-40/2020 16.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq birgə nikah dövründə əldə olunan bütün əmlakların – qoyun və mal-qaranın dəyərinin ½ hissəsi və digər əmlakın ½ hissəsi olan 39750 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi barədə məhəkəmə ərizə verərək, cavabdehlə birgə nikah dövründə əldə edilmiş əmlakları Rusiya Federasiyası istehsalı olan 2005-ci il buraxılışlı, 5000 manat dəyərində olan “Vaz 2107” markalı avtomobil, Rusiya Federasiyası istehsalı olan 4500 manat dəyərində olan (bortlu) “UAZ” markalı avtomobil, 500 baş qoyun, 2 baş inək və onların 2 baş danası və Gəncə şəhərində “Avtozavod” deyilən ərazidə yerləşən 4 sot torpaq sahəsində tikilmiş bazar qiyməti 50000 manat olan evdən ibarət əmlakların ½ hissəsinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, Cavabdeh ilə 1992-ci il tarixdə faktiki olaraq evlənmiş, nikahlarını xx.xx.1997-ci il tarixdə Gədəbəy rayonu, Böyük Qaramurad kənd İƏD üzrə nümayəndəlikdə rəsmiləşdirmişlər. Həmin nikahdan onların 1996-ci il tarixdə X4 və 1999-cu il tarixdə X6 adında iki uşaqları olmuşdur. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-644/2019 saylı qətnaməsi ilə aralarına olan nikah pozulmuşdur. O, cavabdehlə birgə yaşadıqları və birgə nikahları dövründə daşınar, daşınmaz və digər əmlaklar əldə etmişlər. Onların birgə nikah dövründə əldə etdikləri əmlaklar – Rusiya Federasiyası istehsalı olan 2005-ci il buraxılışlı, 5000 manat dəyərində olan “Vaz 2107” markalı avtomobil, Rusiya Federasiyası istehsalı olan 4500 manat dəyərində olan (bortlu) “UAZ” markalı avtomobil, 500 baş qoyun, 2 baş inək və onların 2 baş danası və Gəncə şəhərində “Avtozavod” deyilən ərazidə yerləşən 4 sot torpaq sahəsində tikilmiş bazar qiyməti 50000 manat olan evdən ibarətdir. Eyni zamanda cavabdeh onu döyüb evdən evdən qovan zaman evdə onların ailə büdcəsini təşkil edən 20000 manat məbləğində pul olmuşdur. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli məhkəmə iclasına iddia tələbini qismən etiraf etmiş və izahat verərək bilrmişdir ki, ona qaşı olan iddia tələbini qismən etiraf edir. Onun bu ilin yanvar ayına kimi, 80 baş qoyunu, 80 baş quzusu olmuş, xırda buynuzlu heyvanlarının biri 100 manat olmaqla bütün heyvanları bazarda satmışdır. İribuynuzlu heyvanlarından isə 1 inək və 1 danası olmuş, inəyi 2016-cı ilin mart ayında 550 manata satmış, dana isə xəstəlikdən ölmüşdür. Onun Gəncə şəhərində “Avtozavod” deyilən ərazidə sotunu 1500 manata aldığı 4 sot ölçüdə torpaq sahəsi və içərisində yaşayış evi vardır. X1 xx xxxxxxx 2019-cu il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, 1996-cı il tarixdə Gədəbəy rayonu, Böyük Qaramurad kəndində doğulmuş və hazırda həmin kənddə yaşayır. İddiaçı onun anası, cavabdeh isə atasıdır. Anası və atası arasındakı nikah Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-644/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Onların xırdabuynuzlu və iribuynuzlu mal-qaraları olmuşdur. Təxminən 4 ay olar ki, atası və o, xırdabuynuzlu heyvanların biri 150 manat olmaqla bütün heyvanları bazara çıxardaraq satmışlar. Cavabdeh sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, sonuncu məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Topular kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy İHB-nin Böyük Qaramurad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu-ci il tarixli, 312 saylı arayışdan görünür ki, İddiaçı qeydiyyatda olduğu təsərrüfat Cavabdeh adındadır. xx.xx.2019-cu ilə təsərrüfatda 1967-ci ildə tikilmiş, ümumi sahəsi 72 kv.m olan fərdi yaşayış evi, 0.15 ha həyətyanı torpağı və cəmi 221 baş xırda buynuzlu mal-qarası qeyd edilmişdir. Həmin təsərrüfatda ailə tərkibi bunlardır: - ər- Cavabdeh 1971-ci il, 3-cü qrup əlil, arvad - İddiaçı 1975-ci il, işsiz, oğlu - X4 1996-cı il, işsiz, oğlu - X6 1999-cu il, işsiz. İşdə olan Gədəbəy rayon “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 25 saylı arayışından görünür ki, mal-qaranın alış satış qiyməti aşağıdakı kimidir: – doğar qoyun 1 baş 120-130 manat, erkək 1 baş 230-250 manat, toğlu 1 baş 200-230 manat , inək bir baş 1300-1500 manat, dana 1 baş 1300-1400 manat , düyə 1 baş 1100-1200 manat. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-905/2019 saylı icra sənədinə əsasən, iddia ərizəsinin mahiyyəti üzrə baxılıb yekun qərar qəbul olunanadək iddia ərizəsində göstərilən Rusiya Federasiyası istehsalı olan 2005-ci il buraxılışlı, 5000 manat dəyərində olan “Vaz 2107” markalı avtomobil, Rusiya Federasiyası istehsalı olan 4500 manat dəyərində olan (bortlu) “UAZ” markalı avtomobil, 500 baş qoyun, 2 baş inək və onların 2 baş danası və Gəncə şəhərində “Avtozavod” deyilən ərazidə yerləşən 4 sot torpaq sahəsində tikilmiş bazar qiyməti 50000 manat olan evdən ibarət daşınar və daşınmaz əmlaklar siyahıya alınması və onlardan mövcud olan əmlakların üzərinə həbs qoyulması müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 5156 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhərində “Avtozavod” deyilən ərazidə yerləşən 4 sot torpaq sahəsində inşa edilmiş tikilidə aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 19470.5 manat məbləğində müəyyən olunur. İşdə olan X7 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ƏEM/F 16-044/20 saylı ekspert rəyindən görünür ki, Gəncə şəhərində “Avtozavod” deyilən ərazidə yerləşən 4 sot torpaq sahəsinin xx xxxxxx 2020-ci il tarixə bazar dəyəri 8000 manat təşkil edir. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün iddiaçının bölünməsini tələb etdiyi əmlakların onun cavabdehlə birgə nikah dövründə qazandıqları əmlak olub-olmaması, həmin əmlakın hal-hazırda cavabdehin mülkiyyətində olub-olmaması məsələsinin aydınlaşdırılmasını zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı 1992-ci il tarixdə faktiki olaraq evlənmiş, nikahlarını xx.xx.1997-ci il tarixdə Gədəbəy rayonu, Böyük Qaramurad kənd İƏD üzrə nümayəndəlikdə rəsmiləşdirmişlər. Birgə nikahlarından onların 1996-ci il tarixdə X4 və 1999-cu il tarixdə X6 adında iki uşaqları olmuşdur. Tərəflər arasında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlə birgə nikah dövründə əmlak qazandıqlarını, həmin əmlakların Rusiya Federasiyası istehsalı olan 2005-ci il buraxılışlı, 5000 manat dəyərində olan “Vaz 2107” markalı avtomobil, Rusiya Federasiyası istehsalı olan 4500 manat dəyərində olan (bortlu) “UAZ” markalı avtomobil, 500 baş qoyun, 2 baş inək və onların 2 baş danası və Gəncə şəhərində “Avtozavod” deyilən ərazidə yerləşən 4 sot torpaq sahəsində tikilmiş bazar qiyməti 50000 manat olan evdən ibarət olduğunu iddia edir və həmin əmlaklardan ½ hissədə onun payının müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırıldığı faktları digər tərəfin etiraf etməsi əks tərəfin gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ da iddia tələbini sübut etmək yükünü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyünü qeyd edir. Qeyd olunan hüquq normaları baxımından məhkəmə qeyd edir ki, iddiaçı bölünməsini tələb etdiyi əmlakların iddiaçıya mülkiyyət hüququ ilə məxsus olmasını və həmin əmlakları cavabdehlə birgə nikahda olduqları dövrdə qazandıqlarını sübut etməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Gəncə şəhərində “Avtozavod” deyilən ərazidə yerləşən, Cavabdeh məxsus olan 4 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsində yaşayış evi tikilmişdir. İş materiallarına əlavə edilmiş ekspert rəyinə əsasən, həmin yaşayış evinin bünövrəsi 40x40 sm ölçüdə çay daşından hörülmüş, 60 sm hündürlükdə 40 sm enində mişar daşından kürsü mərtəbə inşa olunmuşdur. Evin üç tərəfi 40 sm enində, qalan divarlar 20 sm enində mişar daşından hörülmüş, taxta atmalar atılmış, pəncərələri plastik materiallarından quraşdırılmışdır. Mətbəxi və dəhlizin divarlarına şpaklyovka çəkilmiş, döşəməsinə taxta və metlağ vurulmuşdur. Hamamayaqyolunun divarları kafellə üzlənmiş döşəməsinə metlağ vurulmuşdur. Yaşayış evinin damı taxtadan yığılaraq, dəmir təbəqə vurulmuşdur.Yaşayış evi və torpaq sahəsi faktiki olaraq cavabdehin nəzarətində və sahibliyindədir. Həmin torpaq sahəsi və torpaq sahəsində tikilmiş evlə bağlı iddiaçının və cavabdehin adına mülkiyyət hüququnu təsdiq edən sənəd məhkəməyə təqdim olunmasa da, həmin evin və torpaq sahəsinin cavabdehə məxsus olması məhkəmədə mübahisələndirilməmiş və cavabdehin xx xxxxxxx 2019-cu il tarixli məhkəmə iclasındakı izahatı ilə öz təsdiqini tapmışdır.Həmin tikilinin dəyəri 19470.5 manat, torpaq sahəsinin dəyəri isə 8000 manat müəyyən olunur. Həmin pul vəsaiti də mülki qanunvericiliyə əsasən, əmlak hesab olunduğundan iddiaçı və cavabdehin birgə mülkiyyəti hesab edilməlidir. İşin mübahisələndirilməyən faktiki halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdehin birgə mülkiyyəti olan əmlaklardan 80 baş qoyun, 80 baş quzu və 1 baş inəkdən ibarət əmlak iddiaçı ilə cavabdeh faktiki olaraq ayrıldıqdan sonra, məhkəmədə həmin əmlakların mübahisəsi gedən zaman satılmış, 1 baş dana isə ölmüşdür. Məhkəmə hesab edir ki, cavabdeh birgə nikah müddətində əldə edilmiş əmlakları satmaqla onların dəyərini iddiaçıya verməmişdir.Odur ki, məhkəmə hesab edir ki, 80 baş qoyun, 80 baş quzu, 1 baş inək və 1 baş danadan ibarət əmlakların yarısının, həmin əşyaların naturada bölünməsi mümkün olmadıqda isə onların dəyər qiymətinin yarısının cavabdehdən alınıb iddiaçıya verilməsi tələbi əsaslıdır. Ona görə də həmin iri və xırdabuynuzlu heyvanlar iddiaçı və cavabdehin birgə mülkiyyəti hesab edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı və CavabdehGəncə şəhərində “Avtozavod” deyilən ərazidə yerləşən mübahisəli tikilinin dəyəri olan 19470.5 manat, torpaq sahəsinin dəyəri olan 8000 manat pul vəsaiti və 80 baş qoyun, 80 baş quzu, 1 baş inək və 1 baş dananın dəyəri olan 21800 manat iddiaçı ilə cavabdehin birgə nikah dövründə əldə etdikləri əmlaka daxil edilməlidir. Məhkəmə iddiaçının iddia tələbinin Rusiya Federasiyası istehsalı olan 2005-ci il buraxılışlı “Vaz 2107” markalı avtomobil, Rusiya Federasiyası istehsalı olan (bortlu) “UAZ” markalı avtomobil pay tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı həmin əmlakların cavabdehə mülkiyyət hüququ ilə məxsus olmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 163.1-ci maddəsində qeyd edilmişdir ki, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktiki sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Məhkəmə iddiaçı ilə cavabdeh arasında yaranmış əmlakın bölünməsi mübahisəsinə tətbiq ediləcək hüquq normaları baxımından qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında rəsmi nikah olduğundan iddiaçının mübahisəli əmlaklardan pay tələbi ilə bağlı mübahisə ailə qanunvericiliyinin ər-arvadın birgə mülkiyyəti ilə bağlı normalarına uyğun həll edilməlidir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki məcəlləsinin 225.1-ci maddəsinə əssən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ərarvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Məhkəmə fərdi yaşayış evinin, torpaq sahəsinin və iri və xırdabuynuzlu heyvanların dəyəri məsələsini həll edərkən qeyd edir ki, iş materiallarına əlavə edilmiş ekspert rəylərinə və qiymətləndirmə barədə arayışa əsasən həmin evin qiyməti 19470.5 manat, torpaq sahəsinin dəyəri 8000 manat, iri və xırdabuynuzlu heyvanların dəyəri isə 21800 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında payları müəyyən edilən fərdi yaşayış evinin və torpaq sahəsinin dəyəri müəyyən edilərkən iş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 5156 nömrəli, X7 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ƏEM/F 16-044/20 saylı ekspert rəyləri və iri və xırdabuynuzlu heyvanların dəyəri müəyyən edilərkən isə Gədəbəy rayon “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 25 nömrəliqiymətləndirmə barədə arayışda göstərilən qiymətlərin aşağı həddi əsas götürülməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh ümumi birgə mülkiyyətlərində olan Gəncə şəhərində “Avtozavod” deyilən ərazidə yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsində tikilmişfərdi yaşayış evinin (tikilinin) dəyəri və 80 baş qoyun, 80 baş quzu, 1 baş inək və 1 baş danadan ibarət olan iri və xırdabuynuzlu heyvanların dəyərinin ½ hissəsinə İddiaçı payı müəyyən edilməli və həmin payın dəyəri olan 24635.25 manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmiş, eləcə də məhkəmə iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə əmtəəşünaslıq ekspertizası və məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının ekspert rəyinin verilməsinə görə çəkilən xərc 250 manat və məhkəmə tikinti-texniki ekspertizasının ekspert rəyinin verilməsinə görə çəkilən xərc isə 100 manat təşkil etmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və hazırkı iş üzrə ekspert rəylərinin verilməsinə görə çəkilən xərc iddiaçıya aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh ümumi birgə mülkiyyətlərində olan Gəncə şəhərində “Avtozavod” deyilən ərazidə yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsində tikilmişfərdi yaşayış evinin (tikilinin) və 80 baş qoyun, 80 baş quzu, 1 baş inək və 1 baş danadan ibarət olan iri və xırdabuynuzlu heyvanların dəyərinin ½ hissəsinə İddiaçı payı müəyyən edilsin və həmin payın dəyəri olan 24635.25 manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ekspert rəyinin verilməsinə görə çəkilən xərc olaraq 250 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "X7" MMC-nin VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22 hesabına köçürülsün. İş üzrə ekspert rəyinin verilməsinə görə çəkilən xərc olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN: **********1, AZ34CTRE******************** hesabına köçürülsün. Ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar