Məhkəmə qərarları › İş №2(042)-413/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-413/2025

05.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-413/2025 05.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi ilə Ərizəçi və Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi tələbi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Maraqlı şəxs ilə xx.xx.2015-ci il tarixdə nikah bağlamadan ailə qurmuşlar. Ailə münasibətlərindən xx.xx.2017-ci il tarixdə X5, xx.xx.2019-cu il tarixdə X6 və xx.xx.2021-ci il tarixdə X7 adlı doğulmuşlar. Uşaqların atalıqları müəyyən edilmişdir. Ayrıldıqdan sonra aliment tutulması tələbinə dair məhkəmədən öncə mediasiya xidmətinə müraciət etmişlər və mediator X2 iştirakı ilə Maraqlı şəxs ilə barışıq sazişi bağlamişlar.Həmin sazişin şərtlərinə görə birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X3 onun himayəsinə verilməsi razılaşdırılmış və uşaqların yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdeh onun xeyrinə hər ay hər uşağa görə 70 manat, ümumilikdə, 210 manat sabit pul məbləğində aliment ödənilməsi barədə öhdəlik götürmüşdür. Lakin, maraqlı şəxs barışıq sazişini könüllü icra etməkdən imtina edir. O, bu günə kimi aliment ödəməmişdir.Ona görə də Maraqlı şəxs oğlu ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iş üzrə qərar qəbul olunmasını məhkəmənin mulahizəsinə buraxır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X1 surətlərindən görünür ki, tərəflərin ailə münasibətlərindən xx.xx.2017-ci il tarixdə X5, xx.xx.2019-cu il tarixdə X6 və xx.xx.2021-ci il tarixdə X7 adlı doğulmuş, ata qrafasında Maraqlı şəxs, ana qrafasında Ərizəçi qeyd edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli Barışıq Sazişindən görünür ki, Maraqlı şəxs Ərizəçi mediasiya təklifini qəbul etmiş, tərəflər arasında barışıqı sazişi imzalanmış, barışıq sazişinin şərtlərinə əsasən maraqlı şəxs tərəflərin ailə münasibətlərindən xx.xx.2017-ci il tarixdə doğulmuş X5, xx.xx.2019-cu il tarixdə doğulmuş X6 və xx.xx.2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində cəmi, 200 manat alimenti ödəyəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədləri təhqiq edərək, belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məcəllənin 355-25.4-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məcəllənin 355-26.1.-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Məcəllənin 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Məcəllənin 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, Maraqlı şəxs Ərizəçi mediasiya təklifini qəbul etmiş, tərəflər arasında barışıqı sazişi imzalanmış, tərəflər arasında ailə münasibətləri pozularsa, tərəflərin razılığı əsasında aliment hər ay cəmi, 200 manat miqdarında müəyyən edilmişdir. Lakin Maraqlı şəxs öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barışıq sazişinin təsdiq edilməməsi üçün Azərbaycan Respublikasının MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Ona görə də ərizə təmin edilməli, barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MSB/18/2024- 01205 sayılı barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar