Məhkəmə qərarları › İş №2(042)-431/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-431/2022

08.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-431/2022 08.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi Maraqlı şəxsnə qarşı xx.xx.1955-ci il tarixdə Gədəbəy rayonu, Çobankənd kəndində doğulmuş X2 xx.xx.2021-ci il tarixdə Gədəbəy rayonunun Çobankənd kəndində ümumi xəstəliklər səbəbindən ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, X6 onun qardaşı olmuşdur. O, xx.xx.1955-ci il tarixdə doğulmuş, xx.xx.2021-ci il tarixdə Gədəbəy rayonunun Çobankənd kəndində ümumi xəstəliklər səbəbindən ölmüşdür. Mərhum qardaşının ölümü ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ona qardaşının ölümü ilə əlaqədar X8 verilməmişdir. Mərhum qardaşı Gədəbəy rayonu Çobankənd kənd qəbiristanlığında dəfn edilmişdir. X8 alınması qardaşından miras qalmış əmlakın qəbul edilməsi və vərəsəlik işləri ilə əlaqədar lazımdır. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X7 ifadə verərək, bildirmişdir ki, X6 xx.xx.1955-ci il tarixdə Gədəbəy rayonu, Çobankənd doğulmuşdur. xx.xx.2021-ci il tarixdə Gədəbəy rayonunun Çobankənd kəndində ümumi xəstəliklər səbəbindən ölmüşdür. X1 rayonu, Çobankənd kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında dindirilmiş digər şahid X4 eyniməzmunlu ifadə vermişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş imtina məktubundan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan X3 surətindən görünür ki, X6 xx.xx.1955-ci il tarixdə Gədəbəy rayonunun Çobankənd kəndində doğulmuşdur. İşdə olan X3 surətindən görünür ki, Ərizəçi xx.xx.1950-ci il tarixdə Gədəbəy rayonunun Çobankənd kəndində doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə xx.xx.1955-ci il tarixdə Gədəbəy rayonu, Çobankənd kəndində doğulmuş X2 xx.xx.2021-ci il tarixdə Gədəbəy rayonunun Çobankənd kəndində ümumi xəstəliklər səbəbindən ölməsi faktı sübut edilmişdir. Həmin faktın müəyyən edilməsi ərizəçinin sosial hüquqlarını həyata keçirmək üçün hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməli, xx.xx.1955-ci il tarixdə Gədəbəy rayonu, Çobankənd kəndində doğulmuş X2 xx.xx.2021-ci il tarixdə Gədəbəy rayonunun Çobankənd kəndində ümumi xəstəliklər səbəbindən ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.1955-ci il tarixdə Gədəbəy rayonu, Çobankənd kəndində doğulmuş X2 xx.xx.2021-ci il tarixdə Gədəbəy rayonunun Çobankənd kəndində ümumi xəstəliklər səbəbindən ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar