Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-432/2021 06.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov şəhriyar Zülfüqar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 19.09.2006-cı il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində andan olmuş oğlu X7 21.07.2008-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək əlavə olaraq göstərdi ki, mərhum X11 onun doğma oğludur. Xəstəliklə bağlı 31.07.2008-ci il tarixdə vəfat etmiş onu Sabirabad rayonunun Qalaqayın kənd qəbiristanlığında dəfn etmişlər. Lakin oğlunun ölümü barədə şəhadətnamə almamışlar. Hal-hazırda onların sənədləşmə işləri ilə əlaqədar oğlu Ravilin ölüm haqqında şəhadətnaməsi lazımdır. O, ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etsə də lakin Ravilin ölümünə dai şəhadətnamə almaq mümükn olmamışdır. Qeydiyyat şöbəsi tərəfindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında bildirdi ki, o, ərizəçinin dayısının yoldaşıdır. Ərizəçi ilə qonşudurlar. Ərizəçini yoldaşının adı Ramindir. Onların iki uşaqları olmuşdur. Uşaqlarından Ravil 2008-ci il tarixdə vəfat etmişdir. Ravil Sabirabad rayonunda dəfn olunmuş və onlarda dəfndə iştirak etmişdir. X2 məhkəmə iclasında X3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək ərizəçinin dayısı olduğunu, ərizəçinin 19.09.2006-cı ildə Ravil adında bir oğlunun doğulduğunu, uşağın 31.07.2008-ci ildə Sabirabad rayonunda vəfat etdiyini təsdiq etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Novoivanovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.03.2021-ci il tarixli, 183 saylı arayışdan görünür ki, Ərizəçi Gədəbəy rayonu, Novoivanovka kəndində qeydiyyatdadır. İşdə olan AZ-İ № 854582 seriyalı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 19.09.2006-cı ildə Gədəbəy rayonu, Novoivanoka kəndində anadan olmuşdur. İşdə olan vətəndaş Ərizəçi ərizəsinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş 30 mart 2021-ci il tarixli, 05/14/117 nömrəli məktubdan görünür ki, X7 ölümünün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığından ərizənin qeydiyyat şöbəsində təmin edilməsi mümkün deyildir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, X11 19.09.2006-cı il tarixdə Gədəbəy rayonu, Novoivanoka kəndində anadan olmuşdur. X11 31.07.2008-ci il tarixdə Sabirabad rayonunda ölmüşdür. Onun 31.07.2008-ci il tarixdə dəfn edilməsi şahid ifadələri və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X7 ölümü ilə əlaqədar tibbi sənədlər olmadığından və onun ölümündən uzun müddət keçməsinə görə ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, onun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X7 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 19.09.2006-cı il tarixdə Gədəbəy rayonu, Novoivanovka anadan olmuş X7 31.07.2008-ci il tarixdə Sabirabad rayonunda naməlum səbəbdən qəfildən ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, X9 veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “31.07.2008-ci il”, öldüyü yer kimi “Sabirabad rayonu” qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-432/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-432/2021
06.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver