Məhkəmə qərarları › İş №2(042)-446/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-446/2023

22.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-446/2023 22.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, XX.XX.1932-ci il tarixdə Gədəbəy rayonunun Arıxdam kəndində anadan olmuş mərhum anası X1 xx.xx.2022-ci il tarixdə ölməsi (vəfat etməsi) faktının müəyyən edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, mərhum anası X6 1932-ci il tarixdə anadan olmaqla Gədəbəy rayonu, Arıxdam kəndində yaşamış və xx.xx.2022-ci il tarixdə evlərinin həyətində xırda buynuzlu heyvanları tövləyə salan zaman qoç arxa tərəfdən başı ilə vuraraq anasını öldürmüşdür. Mərhum anası X6 xx.xx.2022-ci il tarixdə Gədəbəy rayonu, Arıxdm kənd qəbiristanlığında dəfn olunmuşdur. Anasının ölməsi ilə bağlı kənd tibb məntəqəsinə məlumat verməmişlər. Arıxdam kənd İƏDüzrə nümayəndəliyinə ölüm şəhadətnaməsi almaq üçün müraciət edən zaman məlum olmuşdur ki, onlar ölmün tibb məntəqəsində qeydə alınması ilə bağlı məlumat vermədiklərindən tibb məntəqəsində bu barədə qeyd aparılmamışdır. Bu səbəbdəndə mərhum anası X3 ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Halhazırda mərhum anasının dəfn pulunun alınması və digər sənədlərin düzəlməsi üçün onlara ölüm haqqında şəhadətnamə lazımdır. O, mərhum anası X3 ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etsələr də ona anasının ölümünə dair ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığını bildirilmişdir. Bu barədə Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə 05/11-150 saylı imtina arayışı verilmiş və qeyd edilmişdir ki, anası X1 ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsi mümkündür. Ona görə də, mərhum anası X1 xx.xx.2022-ci il tarixdə ölməsi faktının məhkəmə qaydasında müəyyən olunmasını istəyir. Odur ki, o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında bildirdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin anasının adı X6, atasının adı isə X4 olmuşdur. G.Quliyeva xx.xx.2022-ci il tarixdə heyvanın vurması nəticəsində ölmüşdür. Mərhum Gədəbəy rayonu, Arıxdam kənd qəbiristanlığında dəfn olunmuşdur. Dəfn mərasimində o da iştirak etmişdir. X5 məhkəmə iclasında X9 ilə eyni məzmunlu ifadə verərək X1 xx.xx.2022-ci il tarixdə Gədəbəy rayonu, Arıxdam kəndində vəfat etdiyini və Gədəbəy rayonu, Arıxdam kənd qəbiristanlığında dəfn olunduğunu təsdiq etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarında olan sübutları araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı 04276444 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 XX.XX.1932-ci il tarixdə Gədəbəy rayonu, Qaradağ kəndində anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. Atası qrafasında X4, anası qrafasında X6 qeyd edilmişdir. İşdə olan Gədəbəy RİHB-nın Arıqdam kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli, 236 saylı arayışdan görünür ki, Ərizəçi mərhum anası X6 ölən bir günə kimi Gədəbəy rayonu Arıqdam kəndində yaşamışdır və xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İşdə olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Gədəbəy rayon Arıxdam kəndindən MRX-nın TTTY şöbəsinə (müraciət) çağırış verilmişdir. Çağırışa gedən zaman 1932-ci il təvəllüdlü Arıxdam kənd sakini X3 aid qadın meyiti aşkar olunmuşdur. İşdə olan vətəndaş Ərizəçi müraciətinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli, 05/11-150 nömrəli məktubdan görünür ki, mərhum oğlu X1 ölməsinə dair Maraqlı şəxsnə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölümün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığı səbəbdən Maraqlı şəxsndə ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülümüşdür. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, 1932-ci il tarixdə Gədəbəy rayonu, Qaradağ kəndində anadan olmuş, X6 xx.xx.2022-ci il tarixdə Gədəbəy rayonu, Arıxdam kəndində vəfat etmiş və Gədəbəy rayonu, Arıxdam kənd qəbiristanlığında dəfn edilmişdir. Onun 23 noyabr 2022-ci il tarixdə Gədəbəy rayonu, Arıxdam kəndində ölməsi şahid ifadələri və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X1 ölümü ilə əlaqədar tibbi sənədlər olmadığından və onun ölümündən müəyyən müddət keçməsinə görə ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, onun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X1 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 1932-ci ildə Gədəbəy rayonu, Qaradağ kəndində anadan olmuş X1 23 noyabr 2022ci il tarixdə Gədəbəy rayonu, Arıxdam kəndində bədbəxt hadisə səbəbindən ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, X3 veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “23 noyabr 2022-ci il”, öldüyü yer kimi “Gədəbəy rayonu, Arıxdam kəndi”, ölüm səbəbi kimi “bədbəxt hadisə” qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar