Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-48/2021 16.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, ilkin iddia ərizəsi üzrə iddiaçı X7, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh iştirakları ilə, ilkin iddia ərizəsi üzrə iddiaçı X7 Cavabdeh qarşı cehiz əşyalarının çıxarılması və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh X10 qarşı əmlak tələblərinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İlkin iddia ərizəsi üzrə iddiaçı X12 Cavabdeh qarşı cavabdehə məxsus cehiz əşyalarının ona məxsus evdən çıxarılması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh X10 qarşı ona məxsus əmlak və ya onların dəyəri 8399 manatın alınaraq, ona verilməsi haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı X12 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, oğlu X11 ilə cavabdeh 2017-ci il tarixdə faktiki ailə qurmuş, 2019-cu ilin əvvəllərinə kimi birlikdə yaşamışlar. Lakin ailə münasibətləri pisləşmiş və cavabdeh valideynlərinin evinə getmişdir. Cavabdeh onun evinə gəlin köçərkən cehiz əşyalarını da ona məxsus evə gətirmişdir. Hazırda cavabdehə məxsus cehiz əşyaları onun evində qaldığından onun mülkiyyət hüquqlarını pozur. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsinə əsasən cavabdehə məxsus cehiz əşyalarının ona məxsus evdən çıxarılması qət edilmişdir. Həmçinin Cavabdeh ona məxsus evdən gedərkən bütün qızıllarını aparmışdır. Hazırda onun evində Nigara məxsus heç bir əmlak yoxdur. Ona görə də qarşılıqlı iddia tələblərinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmunuma uyğun izahat verərək bildirmişdir ki, X11 ilə 2017-ci il tarixdə ailə qurmuş, lakin ailə münasibətləri çox qısa olmuşdur. O, cavabdehin oğlu ilə ailə qurarkən valideynləri tərəfindən ona dəyəri 140-150 manat olan 1 ədəd LC markalı tozsoran, dəyəri 50-60 manat olan iki ədəd pota, dəyəri, 28-30 manat olan 1 ədəd qara rəngli qadın üçün ayaqqabı, dəyəri, 30-35 manat olan 1 ədəd boz rəngli qadın üçün ayaqqabı, dəyəri 550- 600 manat olan bir ədəd yataq dəsti, dəyəri 18-20 manat olan 1 ədəd güldan, dəyəri 50-60 manat olan 2 ədəd gülləri ilə birlikdə güldan, dəyəri 350-400 manat olan 1 ədəd gəvə, dəyəri 100-110 manat olan 2 ədəd kiçik gəvə, dəyəri, 130-140 manat olan qazan dəsti, dəyəri 110-120 manat olan 2 dəst boşqab, dəyəri 45-60 manat olan 3 kompot qabları dəsti, dəyəri 24-30 manat olan 2 ədəd tort qabı, dəyəri 16-20 manat olan 2 ədəd əl-üz dəsmalı, dəyəri 30-40 manat olan 2 ədəd bədən dəsmalı, dəyəri 10-12 manat olan 2 ədəd çörək qabı, dəyəri, 15-18 manat olan 1 ədəd zibil qabı, dəyəri 14-16 manat olan 2 ədəd pərdə altlığı, dəyəri 140-150 manat olan 1 ədəd döşək, dəyəri 42-45 manat olan 1 ədəd yun yorğan və dəyəri 70-80 manat olan 2 ədəd pastel üzündən ibarət cehiz əşyaları verilmiş, toy və nişan mərasimlərində X3 valideynləri və qohumları ona dəyəri 2000-2125 manat, çəkisi 25 qram olan sırğa üzük dəsti, dəyəri 697-738 manat, çəkisi 8.2 qram olan nişan üzüyü, dəyəri 360-390 manat, çəkisi 4 qram olan paxlava formalı üzük, dəyəri 270- 292 manat, çəkisi 4.5 qram olan yarpaq formalı üzük, dəyəri 240-260 manat, çəkisi 4 qram olan firuzə qaşlı üzük, dəyəri 210-227 manat, çəkisi 4 qram olan göy qaşlı üzük, dəyəri 110-120 manat, çəkisi 2 qram olan sadə qaşsız üzük, dəyəri 150-162 manat, çəkisi 2.5 qram olan kəpənək formalı üzük, dəyəri 598-644 manat, çəkisi 9.2 qram olan bilərzik, dəyəri 715-770 manat, çəkisi 11 qram olan zəncir formasında boyunbağı və dəyəri 240- 260 manat, çəkisi 4 qram olan nazik boyunbağı hədiyyə etmişlər. O, cavabdehdən ona məxsus cehiz əşyalarını və qızıl-zinət əşyalarını dəfələrlə tələb etsə də cavabdeh ona məxsus əmlakı verməkdən imtina etmişdir. Ona görə də ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələblərinin təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X14 ifadə verərək bildirmişdir ki, iddiaçını və cavabdehi tanıyır. Cavabdeh evləndikdə atası ona cehiz vermiş, həmin cehiz və hədiyyə edilmiş qızıllar hazırda İddiaçı qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 eyniməzmunlu ifadə vermişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 2(042)-232/2020 saylı qətnaməsinin surətindən görünür ki, 19 iyun 2018-ci il tarixdə doğulmuş X13 atasının X11 olması faktı müəyyən edilməsi və X2 hər ay X1 üçün 170 manat miqdarında aliment alınaraq, Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Anar MMC tərəfindən verilmiş Arayışdan görünür ki, Cavabdeh qarşılıqlı iddia tələbində göstərdiyi əşyaların qiymətləri ərizədə göstərilənlərlə uyğundur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 2(042)-506/2021 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən, iddiaçı X7 yaşadığı evə yığılmış, Cavabdeh məxsus olan 1 ədəd kravat, 2 ədəd tumbuçka, 1 dəst yorğan-döşək, ayna pərdəsi, 3 ədəd müxtəlif ölçüdə xalça, 2 karobka qab-qacaqdan (çay dəsti, yemək dəstindən) ibarət cehiz əşyaları və cavabdehə məxsus mübahisələndirilməyən digər əşyalar cavabdehin hesabına həmin evdən çıxarılması qət edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 2(042)-956/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdehlər X4, X10, X8 və X5 qarşı istifadə hüququnun verilməsi və cehizi olan həmin otaqlara köçürülmə tələbi haqqında iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi üzrə məhkəmə qətnaməsinin çıxarılması nəzərə alınmalı, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-506/2021 saylı qətnaməsi ilə, Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən, iddiaçı X7 yaşadığı evə yığılmış, Cavabdeh məxsus olan 1 ədəd kravat, 2 ədəd tumbuçka, 1 dəst yorğan-döşək, ayna pərdəsi, 3 ədəd müxtəlif ölçüdə xalça, 2 karobka qabqacaqdan (çay dəsti, yemək dəstindən) ibarət cehiz əşyaları və cavabdehə məxsus mübahisələndirilməyən digər əşyalar cavabdehin hesabına həmin evdən çıxarılması qət edilmişdir. Yəni, ilkin iddia tələbi üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi var. Həmin tələb üzrə məhkəmə qətnaməsi olduğundan ilkin iddia tələbi üzrə icraata xitam verilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbin qiymət verərkən belə nəticəyə gəlir ki, Cavabdeh, cavabdehin oğlu ilə ailə qurarkən valideynləri tərəfindən ona dəyəri 140-150 manat olan 1 ədəd LC markalı tozsoran, dəyəri 50-60 manat olan iki ədəd pota, dəyəri, 28-30 manat olan 1 ədəd qara rəngli qadın üçün ayaqqabı, dəyəri, 30-35 manat olan 1 ədəd boz rəngli qadın üçün ayaqqabı, dəyəri 550-600 manat olan bir ədəd yataq dəsti, dəyəri 18-20 manat olan 1 ədəd güldan, dəyəri 50-60 manat olan 2 ədəd gülləri ilə birlikdə güldan, dəyəri 350-400 manat olan 1 ədəd gəvə, dəyəri 100-110 manat olan 2 ədəd kiçik gəvə, dəyəri, 130-140 manat olan qazan dəsti, dəyəri 110-120 manat olan 2 dəst boşqab, dəyəri 45-60 manat olan 3 kompot qabları dəsti, dəyəri 24-30 manat olan 2 ədəd tort qabı, dəyəri 16-20 manat olan 2 ədəd əl-üz dəsmalı, dəyəri 30-40 manat olan 2 ədəd bədən dəsmalı, dəyəri 10-12 manat olan 2 ədəd çörək qabı, dəyəri, 15-18 manat olan 1 ədəd zibil qabı, dəyəri 14-16 manat olan 2 ədəd pərdə altlığı, dəyəri 140-150 manat olan 1 ədəd döşək, dəyəri 42-45 manat olan 1 ədəd yun yorğan və dəyəri 70-80 manat olan 2 ədəd pastel üzündən ibarət cehiz əşyaları verilmiş, toy və nişan mərasimlərində X3 valideynləri və qohumları ona dəyəri 2000-2125 manat, çəkisi 25 qram olan sırğa üzük dəsti, dəyəri 697-738 manat, çəkisi 8.2 qram olan nişan üzüyü, dəyəri 360-390 manat, çəkisi 4 qram olan paxlava formalı üzük, dəyəri 270-292 manat, çəkisi 4.5 qram olan yarpaq formalı üzük, dəyəri 240-260 manat, çəkisi 4 qram olan firuzə qaşlı üzük, dəyəri 210-227 manat, çəkisi 4 qram olan göy qaşlı üzük, dəyəri 110-120 manat, çəkisi 2 qram olan sadə qaşsız üzük, dəyəri 150-162 manat, çəkisi 2.5 qram olan kəpənək formalı üzük, dəyəri 598-644 manat, çəkisi 9.2 qram olan bilərzik, dəyəri 715-770 manat, çəkisi 11 qram olan zəncir formasında boyunbağı və dəyəri 240-260 manat, çəkisi 4 qram olan nazik boyunbağı hədiyyə etmişlər. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş şahidlər həmin qızılzinət əşyalarının X9 olmasını bildirmişlər. X12 həmin əşyaların onda olmamasını bildirsə də bu barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Bundan başqa X12 məhkəməyə müraciət edərək, Cavabdeh cehiz əşyalarının ona məxsus evdən çıxarılmasını xahiş etmişdir. Tərəflər arasında olan bu mübahisə məhkəmə qətnaməsi ilə artıq həll edilmişdir. Məhkəmə qərar qəbul edərkən tərəflərin izahatları və şahid ifadələrini daxili inamına əsasən qiymətləndirərək, Cavabdeh qızıl-zinət əşyalarının X9 olması qənatinə gəlir. Məhkəmə əmlakın dəyərini müəyyən edərkən belə nəticəyə gəlir ki, onların yüksək qiymətə olmaları barədə Cavabdeh məhkəməyə sübutlar təqdim etməmişdir. Ona görə də cehiz və qızıl-zinət əşyaları arayışda göstərilmiş aşağı qiymətlərlə hesablanmalıdır. Ona görə də ilkin iddia tələbi üzrə məhkəmə qətnaməsinin çıxarılması nəzərə alınmalı, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsində göstərilmiş cehiz və qızıl-zinət əşyalar və ya onların dəyəri, cəmi, 7821 manat X6 alınaraq, Cavabdeh verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İlkin iddia tələbi üzrə məhkəmə qətnaməsinin çıxarılması nəzərə alınsın. Qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. 1 ədəd LC markalı tozsoran, iki ədəd pota, 1 ədəd qara rəngli qadın üçün ayaqqabı, dəyəri, 1 ədəd boz rəngli qadın üçün ayaqqabı, bir ədəd yataq dəsti, 1 ədəd güldan, 2 ədəd gülləri ilə birlikdə güldan, 1 ədəd gəvə, 2 ədəd kiçik gəvə, 1 dəst qazan, 2 dəst boşqab, 3 kompot qabları dəsti, 2 ədəd tort qabı, 2 ədəd əl-üz dəsmalı, 2 ədəd bədən dəsmalı, 2 ədəd çörək qabı, 1 ədəd zibil qabı, dəyəri 2 ədəd pərdə altlığı, 1 ədəd döşək, 1 ədəd yun yorğan və 2 ədəd pastel üzündən ibarət cehiz əşyaları, dəyəri 2000-2125 manat, çəkisi 25 qram olan sırğa üzük dəsti, dəyəri 697-738 manat, çəkisi 8.2 qram olan nişan üzüyü, dəyəri 360-390 manat, çəkisi 4 qram olan paxlava formalı üzük, dəyəri 270-292 manat, çəkisi 4.5 qram olan yarpaq formalı üzük, dəyəri 240-260 manat, çəkisi 4 qram olan firuzə qaşlı üzük, dəyəri 210-227 manat, çəkisi 4 qram olan göy qaşlı üzük, dəyəri 110-120 manat, çəkisi 2 qram olan sadə qaşsız üzük, dəyəri 150-162 manat, çəkisi 2.5 qram olan kəpənək formalı üzük, dəyəri 598-644 manat, çəkisi 9.2 qram olan bilərzik, dəyəri 715-770 manat, çəkisi 11 qram olan zəncir formasında boyunbağı və dəyəri 240- 260 manat, çəkisi 4 qram olan nazik boyunbağı və ya onların cəmi, dəyəri olan 7821 manat X6 alınaraq, Cavabdeh verilsin. Qarşılıqlı iddia tələbləri qismən təmin edildiyi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi X6 alınaraq, Cavabdeh verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-48/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-48/2021
16.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver