Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-516/2020 08.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmədzadə Xəyal Natiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 08.03.1984-cü il tarixdə Gədəbəy rayonu, Qurudərə kəndində anadan olmuş x3 16.03.2005-ci il tarixdə Bakı şəhərində zəhərlənmə səbəbindən ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 53-cü maddəsinə əsasən, ərizəsində dəqiqləşdirmə aparılması barədə ərizə verərək 08.03.1984-cü il tarixdə Gədəbəy rayonu, Qurudərə kəndində anadan olmuş x3 16.03.2005-ci il tarixdə Bakı şəhərində ürək çatışmazlığı səbəbindən ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək əlavə olaraq göstərdi ki, mərhum x8 onun oğludur. x8 08.03.1984-cü il tarixdə Gədəbəy rayonu, Qurudərə kəndində doğulmuşdur. Oğlu 16.03.2005-ci ildə Bakı şəhərində ürək çatışmazlığı səbəbindən vəfat etmiş və Gədəbəy rayonu, Qurudərə kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin o, savadsızlığı ilə əlaqədar həmin vaxt oğluna ölüm haqqında şəhadətnamə almamışdır. Azadın ölümünü təsdiq edən heç bir tibbi sənəd olmadığından Maraqlı şəxs ona ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Şahid x4 məhkəmə iclasında bildirdi ki, ərizəçi onun bacısıdır. Mərhum Bakıya işləməyə getmişdi. Azad ürək çatışmazlığından 16.03.2005-ci ildə Bakı şəhərində vəfat etmişdir. Azad Gədəbəy rayonu, Qurudərə kənd qəbiristanlığında dəfn edilmişdir. Dəfndə o da iştirak etmişdir. Şahidlər x10 və x6 məhkəmə iclasında x2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək x3 16.03.2005-ci ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etdiyini təsdiq etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Gərgər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.06.2020-ci il tarixli, 212 saylı arayışdan görünür ki, Qarıkənd kəndində qeydiyyatdadır və hal-hazırda ərazidə yaşayır. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Böyük Qaramurad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 22.05.2020-ci il tarixli, 198 saylı arayışdan görünür ki, Böyük Qaramurad kənd İƏD üzrə nümayəndəlik bildirir ki, 08.03.1984-cü il tarixdə Nümayəndəliyin (Qurudərə) Gülallı kəndində anadan olmuş x3 anası Ərizəçi və bacısı x1 hər ikisinin deməsinə görə x8 16.03.2005-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Halhazırda Nümayəndəliyin ərazisindəki qəbiristanlıqda olan mərhuma aid baş daşındakı məlumatda da həmin tarix göstərilmişdir. İşdə olan vətəndaş Ərizəçi ərizəsinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş 04 iyun 2020-ci il tarixli, 05/-14/153 nömrəli məktubdan görünür ki, x3 ölümünün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığından ərizənin qeydiyyat şöbəsində təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, x8 08.03.1984-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur. x8 16.03.2005-ci il tarixdə Bakı şəhərində ürək çatışmazlığından ölmüşdür. Onun 16.03.2005-ci il tarixdə dəfn edilməsi şahid ifadələri və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. x3 ölümü ilə əlaqədar tibbi sənədlər olmadığından ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, onun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. x3 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 08 mart 1984-cü il tarixdə Gədəbəy rayonu, Qurudərə kəndində anadan olmuş x3 16 mart 2005-ci il tarixdə Bakı şəhərində ürək çatışmazlığı səbəbindən ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, x5 veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “16 mart 2005-ci il”, öldüyü yer kimi “Bakı şəhəri”, ölümün səbəbi kimi “ürək çatışmazlığı” qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-516/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-516/2020
08.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver