Məhkəmə qərarları › İş №2(042)-524/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-524/2024

29.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-524/2024 29.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı xx.xx.1969-cu ildə Gədəbəy rayonunda doğulmuş X4 xəstəlik (ürək tutması) səbəbindən xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Qaravəllər kəndində ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə baxış iclasında ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, X7 onun əri olmuşdyr. Əri 22 sentyabr 1969-cu il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. O, X7 ilə 07 fevral 1995-ci il tarixdə nikah bağlamışdır. Əri 12 iyul 2023-cü il tarixdə ürək tutması səbəbindən ölmüşdür. Ərinin ölümü ilə bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırılma aparılmış və cinayəti işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. O, mərhum ərinin ölümü ilə əlaqədar şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi sənədlər olmadığı üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina edilmiş, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərini nəzərə alaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X6 ifadə verərək, bildirmişdir ki, ərizəçini tanıyır. Ərizəçi onun qonşusudur. Ərizəçinin əri X7 12 iyul 2023-cü il tarixdə ürək tutması xəstəliyindən ölmüş və Gədəbəy rayonu, Qaravəllər kəndində dəfn edilmişdir. Məhkəmə iclasında dindirilmiş digər şahid X5 eyniməzmunlu ifadə vermişdir. İşdə olan Arayışdan görünür ki, Ərizəçi hazırda Gədəbəy rayonu, Məmmədcəfərli kəndində yaşayır. İşdə olan X2 Surətindən görünür ki, X7 ilə X1 07 fevral 1995-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Tağıyeva soyadı verilmişdir. İşdə olan Cinayət İşinin Başlanılmasının Rədd edilməsi Haqqında Qərarın surətindən görünür ki, X4 yüksək qan təzyiqi və ürək çatışmazlığı xəstəliyinin olması müəyyən edilmiş və cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və şahid ifadələrini tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, xx.xx.1969-cu il tarixdə Gədəbəy rayonunda doğulmuş X4 xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Qaravəllər kəndində ürək çatışmazlığı səbəbindən ölməsi faktı sübut edilmişdir. Ona görə də ərizə təmin edilməli, xx.xx.1969-cu il tarixdə Gədəbəy rayonunda doğulmuş X4 ürək çatışmazlığı səbəbindən xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Qaravəllər kəndində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i : Ərizə təmin edilsin. xx.xx.1969-cu il tarixdə Gədəbəy rayonunda doğulmuş X4 ürək çatışmazlığı səbəbindən xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Qaravəllər kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar